1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə103/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   99   100   101   102   103   104   105   106   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Yazı problemi. Tətbiqi dilçiliyin ən qədim problemi dilə 
köməkçi olan yazı yaratmaq və onu təkmilləşdirməkdir. Bu 
problemlə əlaqədar dilçilikdə “yazı nəzəriyyələri” meydana 
gəlmişdir. Yazı nəzəriyyələri milli yazıların yaradılmasına 
elmi istiqamət verərək onların inkişafına təsir etmişdir. Ay-
rı-ayrı dillər üçün yazı yaradılarkən bir neçə prinsipə əsasla-
nılır. Ümumiyyətlə, yazıda sadəlik və vahid formalı olmaq 
başlıca şərtlərdəndir. Yazı məsələləri müasir dövrdə də ak-
tualdır. Hazırda bir çox xarici ölkə xalqlarının yazılarının 
sadələşdirilməsi üzərində işlər aparılır. Məlumdur ki, ərəb 
əlifbası çox çətin öyrənilir. Əlifbadakı 28 hərfin hər birinin 4 
və ya 2 forması vardır. Bu əlifbanı bilmək üçün 100-dən ar-
tıq işarəni öyrənib yadda saxlamaq lazım gəlir. İndi Misirdə 
əlifbanı asanlaşdırmaq məsələsi dövrün aktual filoloji prob-
lemi kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə ərəblər 1976-cı 
ildə islahat əsasında əlifba hazırlamışlar. Həmin əlifba icti-
maiyyətin müzakirəsinə verilib sınaqdan keçirilmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
184
Ədəbi dil normalarının müəyyənləşdirilməsi. Məlum 
olduğu üzrə, ümumxalq dilinin cilalanmış, normalaşdırılmış 
hissəsi ədəbi dil adlanır. Dilçilik elmi bu “ədəbi” deyilən dil 
üçün forma yaratmır, canlı dildə mövcud olan normaların 
hansının ədəbi meyara uyğun olduğunu müəyyənləşdirir.
Ədəbi norma meyarı müxtəlif dövrlərdə müxtəlif for-
mada olur. Ədəbi normalar da tarixi inkişaf prosesinə ma-
likdir. Buna görə də hər hansı bir dildəki bu və ya digər 
ədəbi normanın müəyyən tarixi vardır.
Ədəbi norma müəyyənləşdirilərkən dilin quruluşu-
nun hər üç komponenti – fonetik sistemi, lüğət tərkibi və 
qrammatik quruluşu nəzərə alınır.
Lüğət yaradılması. Tətbiqi dilçiliyin problemləri sı-
rasında müxtəlif tip lüğət yaradılması işi xüsusi mövqeyə 
malikdir. Məlumdur ki, hər bir lüğət xalqın mədəni inkişaf 
və tələbatı əsasında yaranır. Lüğət tərtibi son dərəcə çətin, 
lakin olduqca faydalı və zəruri bir işdir.
Son zamanlar bütün dünya ölkələrində lüğət məsələlə-
rinə böyük əhəmiyyət verilir. İndiyə qədər dünya dillərinə 
aid minlərlə tam və normativ lüğət yaradılmışdır.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin