Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
336
zın tarixinə nəzər yetirdikdə aydın olur ki, “Qobustanda
və Abşeronda qayalara nəqş edilmiş rəsmlərin yarandığı
vaxtdan min illər keçir”
1
. Bu vasitə insanların həyatı, dü-
şüncəsi ilə əlaqədar olaraq tədricən
inkişaf edib müasir
tələblər səviyyəsinə qədər ucala bilmişdir. İndi rəsmlərə
hər yerdə – kitab və jurnallarda, ev və idarələrdə, küçə
və meydançalarda, sərgi və muzeylərdə rast gəlmək olur.
Təbiidir ki, zaman keçdikcə rəsm əsərlərinin yaradıl-
masında istifadə edilən ləvazimat dəyişir, təkmilləşir. İndi
keçmiş dövrlərdən fərqli olaraq, şəkil çəkmək üçün müxtə-
lif növ karandaş, fırça, kömür və sairdən istifadə olunur.
Rəsm əsərlərində xətt, cizgi və s. işlədilir. İxtisasçıların mə-
lumatlarına görə, rəssam öz fikrini birbaşa materiala köçü-
rüb şəklini çəkmir, o, əks etdirmək istədiyinə dair qeydlər
aparır, əvvəlcə onun, bir növ, ibtidai formasını hazırlayır.
Rəsm əsərlərində bir sıra ifadə vasitələrindən istifadə
olunur. Bunlardan ən başlıcası rənglərdir. Şəkillərdə rən-
gin zəruriliyi dildə səslərin vacibliyi
ilə müqayisə edilə
bilər. Rənglər maddi aləmin zənginliyini,
gözəlliyini əks
etdirməkdə, əşyaların əlamətini,
keyfiyyətini, formasını,
hərəkətin vəziyyətini, tərzini göstərməkdə rəssama ge-
niş imkanlar verir. Şəklin rəngi insanı düşündürür, onda
müxtəlif əhvali-ruhiyyə yarada bilir. Buna görə də rəssam-
lar öz təəssüratlarını, duyğu və hislərini rənglərin dili ilə
ifadə edirlər. Rəsm əsərlərində
rənglərin sintezi mühüm
məsələdir. Bu mühüm cəhət əsasında rəssamlar bir-birin-
dən fərqlənirlər.
Rəsm ünsiyyətinin başlıca cəhəti ondan ibarətdir ki,
bəzən bir şəkildə ifadə edilən fikri yazıçı nitqlə bir neçə
səhifədə, hətta bir kitabda təsvir edə bilmir.
Rəsmin bu
xarakter xüsusiyyəti ilə əlaqədar olaraq onu oxumağı və
1
Azərbaycan SSR-in incəsənəti. “Avrora” nəşriyyatı. L. 1972, səh. 9.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
337
mahiyyətini başa düşməyi bacarmaq mümkün şərt sayı-
lır. Buna görədir ki, rəsmin “dilini” bilmədən rəssamın nə
demək istədiyini aydınlaşdırmaq olmur.
Bütün bu deyilənləri ümumiləşdirərək belə bir nəti-
cəyə gəlmək olar ki, rəsm insan duyğularının dərinliyinə
nüfuz edib müxtəlif mövzuları təsirli və obrazlı şəkildə
izah etməsinə baxmayaraq, dil kimi ünsiyyət vasitəsi de-
yil, çünki o,
hər şeydən əvvəl, qarşılıqlı ünsiyyət yaratmır.
Dostları ilə paylaş: