tavka, prefiks, söz kökünün və ya əsasının daxilində iş-
lənənlər isə infiks terminləri ilə adlandırılır. Azərbaycan
dilçiliyində bu terminlərin hamısı şəkilçi termini ilə əvəz
olunur. Bu ondan irəli gəlir ki, Azərbaycan dilinin mor-
foloji sistemində şəkilçinin, bir qayda olaraq, söz kökü-
nün və ya əsasının sonunda işlənməsi qanunauyğunluq
kimi mövcuddur. Flektiv dillərdə budaq morfemlər fəal
yerdəyişmə xüsusiyyətinə malikdir. Dilçilikdə budaq
morfemlər sistemindən bəhs olunarkən interfiks termini
ilə budaq morfemin bir tipi də göstərilir
1
. Azərbaycan
dilində buna uyğun dil hadisəsi əlbəəl, üzbəüz, anbaan,
gəlhagəl, vurhavur və s. sözlərdə özünü göstərir. Görün-
1
Bax: B.И.Koдухов. «Введение в языкознание». M., 1979, c. 239.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
418
düyü kimi, bu sözlərdə -ba, -bə, -ha interfiks şəkilçiləri
eyni söz kökləri ortasında işlənərkən yeni mənalı söz
əmələ gətirir.
Dildə budaq morfemlərin hamısı yeni mənalı (leksik)
söz əmələ gətirir. Buna görə də dilçilikdə budaq morfemlər
iki qola ayrılır: sözdüzəldici, sözdəyişdirici.
Nitq hissələri sistemində budaq morfemlərin bu tipləri
(sözdüzəldici və sözdəyişdirici) daha aydın şəkildə özünü
göstərir. Sözdüzəldici şəkilçilər vasitəsilə müxtəlif nitq his-
sələrinə dair yeni sözlər, sözdəyişdirici şəkilçilər vasitəsilə
müxtəlif nitq hissələrinə dair yeni qrammatik kateqoriya-
lar əmələ gəlir.
Dildə sözlərin nitq hissələrinə görə qruplaşması nitq
hissələri sisteminin əsasını təşkil edir. Dünya dillərində
nitq hissələrinin müxtəlif xüsusiyyətlərinə rast gəlinir. La-
kin bütün dillərdə nitq hissələrinə məxsus sözlər üç qru-
pa bölünür: əsas sözlər, köməkçi sözlər, xüsusi qrup təşkil
edən sözlər.
Əsas sözlər əsas nitq hissələrinə, köməkçi sözlər isə
köməkçi nitq hissələrinə aid edilir. Azərbaycan dilində
isim, sifət, say, əvəzlik, feil, zərf əsas nitq hissələri, qoşma, bağ
layıcı, ədat köməkçi nitq hissələri, nida, modal sözlər, təqlidi
sözlər, imperativ sözlər, uşaq sözləri, ritmik sözlər xüsusi qrup
sözlərdir. Dilin morfoloji sisteminin bir hissəsini kateqori-
yalar təşkil edir. Dilçilikdə kateqoriyalar qrammatik əlaqə
vasitələri kimi öyrənilir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
419
Buraya hal, mənsubiyyət, şəxs, kəmiyyət, zaman, növ və s. ka-
teqoriyalar daxildir. Kök və budaq morfemlər bu ka teqoriyalar
daxilində bir-birindən ayrılaraq xüsusi qrup lar təşkil edir.
Məsələn, qrammatik şəkilçilər – hal şə kilçiləri, zaman şə-
kilçiləri, mənsubiyyət şəkilçiləri, kəmiyyət şəkilçiləri və s.
qruplara bölünür.
Dilin morfoloji sisteminin ümumi mənzərəsini 413-cü
səhifədəki kimi təsəvvür etmək olar.
Dostları ilə paylaş: |