99.İşığın interferensiyasının müşahidə olunma üsulları
- Toplanan dalğaların yollar fərqi tək sayda yarımdalğa uzunluğuna (fazalar fərqi tək sayda π-yə bərabərdir) bərabər olan nöqtələrdə interferensiya minimumu alınır (f):
Δd = λ
2 ⋅ (2k + 1); (5)
Δφ = π ⋅ (2k + 1). (6)
Bu halda əgər dalğaların amplitudlan eynidirsə, onların toplanması nəticəsində yekun rəqsin amplitudu sıfira bərabər olana qədər zəifləyəcək (g):
xmax = A + (-A) = 0. (7)
İşığın interferensiyası. İnterferensiya bütün növ dalğalar, o cümlədən işıq dalğaları üçün xarakterik olan ümumi xassədir. Belə ki, fəzada iki işıq dəstəsi toplandıqda onlar bir-birini gücləndirə və ya zəiflədə bilər, hətta belə də ola bilər:
• İşığın interferensiyası — koherent işıq dalğalarının toplanması nəticəsində fəzanın müəyyən nöqtələrində işıq rəqslərinin güclənməsi, digər nöqtələrində isə zəifləməsi hadisəsidir.
Koherent işıq dalğalarının alınma üsulu uzun illər məlum olmadığından işığın da interferensiya edə
bilmək xassəsini uzun illər sübut etmək mümkün olmamışdır. Yalnız XIX əsrin əvvəllərində Tomas Yunq sadə qurğu vasitəsilə təcrübi olaraq işığın interferensiyasını müşahidə edə bildi (h).
Qurğuda işığın interferensiyası belə alınır: Günəş şüalan qeyri-şəffaf 1 ekranını işıqlandırır. İşıq dar S dəliyindən keçərək 2 ekranına düşür. Bu ekrandakı dar S1 və S2 dəliklərindən artıq iki koherent işıq dalğası çıxır. Həmin dalğalar bir-birinin üzərinə toplanmaqla 3 ekranında işığın interferensiya zolaqlarını əmələ gətirir. Ekranın mərkəzi hissəsində bir-birini əvəz edən rəngli və qaranlıq zolaqlar müşahidə olunur. Mərkəzdən uzaqlaşdıqca bu zolaqlar zəifləyir. Yunq bu təcrübədə interferensiyanın maksimumluq şərtindən istifadə etməklə (1) düsturuna əsasən işığın interferensiya zolaqlarındakı müxtəlifrəngli şüaların dalğa uzunluğunu ölçə bilmişdir. Qəribə də olsa, işığm interferensiyasına aid ilk təcrübəni onun dalğa təbiətli olduğunu qətiyyətlə inkar edən İ.Nyuton aparmışdır. O, müstəvi-qabarıq İmzanı qabarıq tərəfi aşağı olmaqla şüşə lövhə üzərində yerləşdirir və onu yuxandan işıqlandırır (i, 1). Nyuton linzaya yuxandan baxdıqda bir-birini əvəz edən işıqlı və qaranlıq konsentrik dairələr müşahidə edir (i, 2). Lakin nə Nyuton, nə də bu maraqlı təcrübəni 100 ildən çox icra etmiş digər alimlər “Nyuton halqaları” adlandırılan işığın bu sirrini izah edə bilmədilər.
Yalnız 1802-ci ilə T.Yunq “Nyuton halqaları”nın sirrini belə izah etdi: Linzanın müstəvi səthinə düşən işıq şüası qismən onun alt sferik səthindən qayıdır (1 şüası), qismən isə linzanm yerləşdiyi şüşə lövhənin səthindən qayıdır (2 şüası;bax: i, 3). İşıq şüasının belə çoxsaylı qayıtmasından iki koherent şüa əmələ gəlir. Bu şüalar toplanaraq interferensiyanın maksimumluq və minimumluq şərtlərinə uyğun olaraq interferensiya mənzərəsi - işıqlı və qaranlıq konsentrik halqalar mənzərəsi yaradır.
100.Dairəvi deşikdə və diskdə difraksiya
-
Dostları ilə paylaş: |