Məhdud və qeyri-çevik (şifahi cavab, yoxlama işləri, testlər)
Rəngarəng və çevik (müsahibə, söhbət, müşahidə, rubriklər, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri)
4.Azərbaycan dili dərslərində məktəbdaxili qiymətləndirilmənin aparılması
Qiymətləndirmə üsulu dedikdə bu prosesin həyata keçirilmə üsulları nəzərdə tutulur.Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətdir.Əgər qiymətləndirmə üsulu müəyyənləşdirilibsə, istifadə olunan alət – imla, inşa, məsələ və misal həlli qiymətləndirmə vasitəsi olur.Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.
Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə, birbaşa müəllimin təlim strategiyalarının seçilməsinə xidmət edir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jurnallarında qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır, yazılı qeydlər sinif və şagird portfoliosunda saxlanılır.
Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsil alanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir. Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.
Formativ qiymətləndirmənin nəticələri “Müəllimin formativ qiymətləndirmə dəftəri” və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə öz əksini tapır
Şagirdin təlim nəticələrinə nail olması və nəticədə summmativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. Fənn müəllimi formativ qiymətləndirmə aparmaq üçün qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir.Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılır.
Formativ qiymətləndirməni həyata keçirən müəllim bilməlidir:
Fənn üzrə hər bir dərs müəyyən məzmun standartlarının reallaşdırılmasına xidmət edir.Hər dərsdə müəllim təlim prosesini şagirdlərin məzmun standartlarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə yönəltməlidir.
Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər.Müəllim əvvəlcədən hazırladığı qiymətləndirmə meyarları əsasında şagirdlərin müşahidə oluna biləcək fəaliyyət səviyyəsini zəif, orta, yüksək olmaqla qruplaşdırmalı və şagirdin adının qarşısında fəaliyyətinə uyğun müvafiq qeydlərini yazmalıdır.
Formativ qiymətləndirmənin nəticələri müəllimin qeyd dəftərçəsində və şagirdin məktəbli kitabçasında sözlə qeyd olunur.
Formativ qiymətləndirmənin həyata keçirilməsi və nəticələrinin qeydiyyatının aparılması üçün müəllim aşağıdakı bacarıqları inkişaf etdirməlidir:
1. Fənn üzrə mövzu keçilərkən hansı standartı həyata keçirəcəyini müəyyənləşdirmək.
2. Məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirmək.
3. Hər bir qiymətləndirmə meyarına uyğun 4 nailiyyət səviyyəsi üzrə rubriklər hazırlamaq.
Formativ qiymətləndirmə həm şagirdə, həm də valideynə yönəlmiş ola bilər. Bundan asılı olaraq formativ qiymətləndirmənin nəticələri müxtəlif formada çatdırılır:
Şagird üçün onun dəftərlərində və ya digər iş vərəqlərində konstruktiv şərhlər yazılır və nəticələri təkmilləşdirmək üçün konkret göstərişlər və tapşırıqlar verilir.
Şagirdlə əks əlaqə formativ qiymətləndirmənin müxtəlif keyfiyyət üsullarından istifadə edərək yaradıla bilər.
Valideynin nəzərinə isə məktəbli kitabçası vasitəsilə çatdırılır ki, onun uşağı məzmun standartları və ya cari təlim nəticələri üzrə nə dərəcədə irəliləyib və ya hansı nəticələr əldə edib.
Müəllim formativ qiymətləndirmənin nəticələrini “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə qeyd edir.
5.Azərbaycan fənn kurikulumda yeni təlim strategiyaları
“Strategiya”yunan mənşəli sözdür və təhsildə təlim strategiyası anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və üsullardan istifadəsidir” deməkdir.Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni, siyasi və ictimai reallığı ilə bağlıdır.Təhsil prosesində təlim strategiyasının vacibliyi ondan ibarətdir ki, o asan metod və üsullarla öyrənməyə imkan yaradır. Təlim strategiyasının vacib amillərindən biri də interaktiv və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır.Təlim strategiyaları dəqiq nəticə əldə etmək ücün qurulan təlim modelidir və onlar xüsüsi proqramlarla həyata keçirilir. Təlim strategiyasını müəyyən etmək üçün təlimin məqsədini, təhsilin məzmununu öyrənərək, təlim prosesində öyrənçilərə verilən tapşırıqların məzmunundan nəyə istiqamətləndiyi təhlil edilməlidir.Təlim strategiyasının başlıca məqsədi — təlim verməkdir. Burada əsas məsələ təlimin nəticəsidir.
İnsan biliyi üç yolla : eşitmə , vizual- görmə və kinestetik əməllərlə alır. Bu prosesdə öyrənçilərə rahat və keyfiyyətli təlim verilməsi üçün çoxsaylı təlim strategiyası yaradılmışdır.
Təlim strategiyaları aşağıdakı əsaslar üzrə qurulur:
— fəal və özünüidarə edən təhsil;
— şagirdlərin bilik və bacarıqlarına əsaslanma;
— refleksiyaya istiqamətlilik;
— şagirdin idrakının, sosial kompetentliyinin inkişafı;
— təlim prosesində interaktivlik və kooperativlik;
Bu əsaslar özündə zamanın, sürətlə inkişaf edən cəmiyyətin məktəbin qarşısına qoyduğu məqsədləri güdür.Təhsil prosesində təlim strategiyası ilə yanaşı, pedaqoji texnologiyalar da tətbiq edilir.Təlim strategiyasının təlim texnologiyası ilə ümumi oxşarlıqları və fərqləri var.
Oxşarlıq ondan ibarətdir ki, həm təlim strategiyası, həm də təlim texnologiyası öyrənçini inkişafa yönəltməyə , bilik əldə etməyə, qoyulan məqsədə catmağa köməklik edir.
Fərqlər isə bunlardan ibarətdir:
— təlim strategiyası “təlimin bu və başqa məqsədlərinə catmaq ücün biz nə edirik ki?” sualını cavablandırır;
— təlim texnologiyası isə “ təlim məqsədlərinə effektli çatmaq üçün biz nə etməliyik?” sualına cavab verir.
Təlim strategiyaları təlim prosesinin təşkilinə verilən tələbləri, istifadə edilən forma, üsul və vasitələri əhatə edir. Yeni kurikulumlarda təlim strategiyaları anlayışının işlənməsi və pedaqoji prosesin təşkilində ondan daha səmərəli şəkildə istifadə olunması, ilk növbədə, əsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir tələblər baxımından izahını tələb edir. Təhsilə özündə dili, milli və bəşəri dəyərləri, bacarıqları ehtiva edən sistem kimi baxılır. Bu dəyərlərin formalaşmasında şəxsiyyətin istiqamətləndirilməsi, mədəniyyəti, dostluq və yoldaşlıq əsas aparıcı prinsiplər kimi çıxış edir. Təhsil sisteminin ilk pilləsi məktəbəqədər təhsildir. Gözlənilən nəticələri ilə fərqlənən bu pillə bir-birini tamamlayır və ardıcıl olmaqla təhsilin ümumi sistemini təşkil edir. Ona görə də təhsilə bir sistem kimi baxılır. Bu zaman demokratikləşmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşmə, sosiallaşma, variativlilik, inteqrativlik və inkluzivlik aparıcı prinsiplər kimi əsas rol oynayır. İnsanın sosiallaşma prosesində bəşəri və milli dəyərlərə yiyələnməsi müxtəlif fəaliyyət sahələrində həyata keçirildiyindən təhsilə həm də proses kimi yana- şılır. Onun didaktik əsasını qanunauyğunluq, təcrübilik, məqsədyönlülük, sistemlilik, fasiləsizlik, variativlik, mərhələlilik, fərdilik təşkil edir. Təhsil həm də bütövlükdə tərbiyəçi, uşaq və valideynin birgə fəaliyyətinin yekunu olduğundan ona nəticə kimi baxılır, tam və mərhələli prosesin sonu kimi qiymətləndirilir.
Məktəbəqədər təhsilin proqramında (kurikulumunda) təlim strategiyaları aşağıdakı məsələləri əhatə edir:
- təlim prosesi və onun təşkili prinsipləri;
- təlimin təşkilində istifadə olunan forma və üsullar;
-təlimin planlaşdırılması
Ədəbiyyat siyahısı
1.Nabat Cəfərova-İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası-Bakı-2016
2.Ağarəhim-Ana dilinin tədrisi metodikası-Bakı-2015
3.Şəlalə Nəbiyeva- Ana dili tədrisi metodikasının aktual səbəbləri-Bakı-2010