Səhl b. Sad – radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «Kim iki çənəsi ilə ayaqlarının arasındakını mənə zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm»638. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər– sallallahu aleyhi və səlləm – buyurdu: «Allahdan başqa ibadətə layiq haqq İlah olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət edən bir müsülmanın qanı üç haldan birində halal olur. Zina edən evli, qana-qan (qisas) və dini tərk edib, cəmaatdan gedərsə»639. Bu hədisdə zina küfr və qisas ilə yanaşı gəldiyi kimi həmçinin: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68). Bu ayədə şirk, öldürmək və zina tərtib ilə zikr edilmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – burada ən çox baş verən şeyləri zikr edir. Zina adam öldürməkdən daha çox baş verir. Adam öldürmək isə mürtədlikdən daha çox olur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – burada günahları böyüklüyünə görə də tərtib etmişdir. Zinanın pozuntusu bütün aləmin məsləhətinə ziddir. Əgər qadın zina edərsə o, öz ailəsinə, qohumlarına «AR» daxil edir və onların başını insanlar arasında aşağı edir. Evli olduğu halda zina edərsə öz ailəsinə onlardan olmayan əcnəbini daxil edir. O, əcnəbi uşaq onlardan olmadığı halda onlara varis olur, onlarla baş-başa qalır, onlardan olmadığı halda onların kökünə nisbət edilir. Qadının zina etməsinin bundan başqa nə qədər zərərləri vardır. Kişinin zina etməsi isə nəsəbinin qarışmasına, ismətli qadının korlanmasına, onun tələf olmasına, pozğunçuluğuna gətirib çıxardır. Bu böyük günah dünyanı və dini də korlayar. Bu zina səbəbilə neçə-neçə haramlar halal edilmiş, haqlar tapdalanmış və neçə zülmlər edilmişdir. Həmçinin də zinanın cəzalarından kasıbçılığı vacib edir, ömrü qısaldır, zina edən kimsənin üzünü qaraldır və insanlar arasında qəzəbə düçar olur (insanlar tərəfindən nifrətlə qarşılanır). Qəlbi dağıdır, öldürməsə də qəlbi xəstələndirir. Dərdi, qəmi və kədəri gətirir. Sahibini mələklərdən uzaqlaşdırır və ona şeytanı yaxınlaşdırır. Öldürməkdən sonra zinadan daha böyük və zərərli bir şey yoxdur. Buna görə də zina edən kimsə üçün ən şiddətli cəza tətbiq olunmuşdur. Əgər bir kimsə eşitsə ki, onun yaxını, zövcəsi öldürülüb bu onun üçün zina etməsini eşitməsindən daha yüngül olar. Rəvayət edilir ki, bir gün Sad b. Ubadə - radıyallahu anhu –qışqıraraq: «Əgər mən yad bir kişini öz arvadımla görsəydim onu qılıncla doğrayardım (vurardım)». (Bunu eşidən) Peyğəmbər – sallallahu aleyhi və səlləm –səhabələrə: «Sadın qısqanclığı sizi təəcübləndirirmi? Həqiqətən mən ondan da qısqancam, Allahisə məndən də qısqancdır» deyə buyurdu. Əbu Hureyrə - radıyallahu anhu –rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhə yox ki, Allahqısqanır. Allahın qısqanması mömin bir qulun Allahın haram (qadağan) etdiyi şeyləri etməsi ilədir»640. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Kusuf namazında duada zinanı vurğulamasında fikirləşən insan üçün misilsiz bir sirr vardır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Kusuf namazını qıldıqdan sonra buyurdu: «Ey Muhəmməd ümməti! Allaha and olsun ki, kişinin və ya qadının zina etməsindən ötrü Allah qədər qısqanc olan kimsə yoxdur»641. Kusuf namazından sonra bu böyük günahdan bəhs edilməsində düşünən kimsə üçün bir sirr vardır. Zinanın aşkar edilməsi dünyanın xarab olmasının əlamətlərindəndir. Qiyamətin əlamətlərindən də sayılmışdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – zinanın aşkar edilməsini Qiyamətin əlamətlərindən saymışdır642. Zina zühr etdikdə Allahın qəzəbi şiddətlənir. Allah qəzəbləndiyi zaman onun qəzəbi yerə cəza tərəfdən təsir etməlidir. İbn Məsud - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir məmləkətdə zina ortaya çıxarsa Allah o məmləkətin həlakına izn verər».
Zinaın Cəzası - Zinanın cəzası başqa cəzalardan üç şeylə fərqlənir:
Birinci - Zinakarın öldürülməsi ən pis dərəcədə öldürülməkdir. Onun ən yüngülü isə evli olmayan kimsəyədir ki, qamçılanması və bir il də yaşadığı dövlətdən sürgün edilməsidir. Birisi bədənə, digəri isə qəlbə olan cəzadır.
İkinci - Allah öz bəndələrini çəkindirir zinakara qarşı yumşaq davranmaqdan. Qadağan etmişdir ki, onlara olan şəfqət, mərhəmət bu həddi tətbiq etməkdə mane olmasın. Allah öz şəfqətinə və rəhmətinə görə onlara bu cəzanı tətbiq etmişdir. Allah onlardan bu bəndələrinə daha yaxındır və onlar üçün nəyin xeyirli olduğunu daha yaxşı bilir. Allahın rəhməti bu cəzanı əmr etməyə mane olmadı. Həmçinin sizin qəlbinizdə də olan şəfqət bu həddi tətbiq etməyə mane olmasın. Çünki insanlar zinakara qarşı sərt qəlbli olmurlar. İnsanların qəlbi zinakara rəhm edir. Oğruya, içki içənə qarşı isə belə deyildir. Onlara qarşı daha şiddətli olurlar. Bu rəhm etməyin ən böyük səbəblərindən də biri eşqdir. Qəlblərdə sevənə qarşı rəhm edir və insanların çoxu da aşiqə kömək etməyi Allaha yaxınlaşdıran bir əməl kimi görürlər. Aşiqə yardım etməyi itaətdən sayırlar. Sən bu işi qəribə görmə. Heyvana oxşayanlarda artıq bu hisslər yerləşmişdir. Bu da ən çox ağıl və din tərəfdən naqislik olanlarda baş verir. Qadınlar tərəfindən. Həmçinin də başqa günahlardan fərqli olaraq zina qarşılıqlı razılıqla olur. Zorla və təcavüz nəticəsində olmur. Bunların hamısıda imanın zəifliyinə görə baş verir.