2315a qrupu “Mühəndis geodeziyası” fənnindən test sualları Müəllim: Hüseynova Sevil Hüseyn



Yüklə 455,86 Kb.
səhifə1/2
tarix07.01.2022
ölçüsü455,86 Kb.
#83394
  1   2

2315a qrupu

Mühəndis geodeziyası” fənnindən test sualları



Müəllim: Hüseynova Sevil Hüseyn

1. Miqyaslarına görə xəritələr neçə növ olur?

A) üç

B) beş


C) iki

D) dörd


E) alti

2. Planetimizin ən böyük relyef forması hansıdır?

A) Materik çıxıntıları

B) Dağlar

C) Düzənliklər

D) Çökəkliklər

E) Qayalıqlar

3. Suxurların yüksək temperatur şəraitində parçalanması nə adlanır?

A) Eroziya

B) Kimyəvi aşınma

C) Üzvi aşınma

D) Fiziki aşınma

E) Denudasiya

4. Öz aralarında birləşmiş nöqtələrin ardıcıllığından ibarət olan fəza obyektidir:

A) Xətt

B) Paraleloqram

C) Nöqtə

D) Koordinat

E) Parça

5. Astronomik amillərə aid olmayan amil:



  1. Yerin kütləsi və ölçüləri

  2. Günəş sistemində Yerin vəziyyəti və hərəkəti

  3. Yerin fırlanma oxunun orbit müstəvisinə meyliliyi

  4. Yerin öz oxu ətrafında fırlanma sürəti

  5. Günəşin işığı

6. Nivelirləmə nədir?

A) Yerüstü nöqtələrin yüksəkliyini təyin etmək üçün çöldə aparılan əməliyyatqır.

B) sahələrin üfiqi şüa vasitəsi ilə ölçməsidir.

C) verilmiş sahənin şaquli xətti vasitəsi ilə təyin edilməsidir.

D) Yerin ölçülərini təyin etmək üçün

E) cavabların hamısı düzgündür

7. Relyef nəyə deyilir?

A) Yerin fiziki kələ-kötürlüklərinin cəminə

B) Dağ və qayalıqlara

C) Hələ-kötürlüklü sahələrə

D) Dağlıq yerlərə

E) Dağ, təpə, dərə olan yerlərə

8. Düzənliklər mənşəyinə görə neçə cür olur ?

A) 2


B) 7

C) 5


D) 4

E) 3


9. Bakıdan şimal qütbünə qədər olan məsafə nə qədərdir?

A) 5550km

B) 5500km

C) 4450km

D) 4440km

E) 3500km

10. Xəritə nəyə deyilir?

A) Yer səthinin müstəvi üzərində müəyyən riyazi qanunlarla kiçildilmiş şərti-simvolik təsvirinə

B) Məhəllin üfüqi proyeksiyasının kağız üzərində kiçildilmiş oxşar (təhrifsiz) təsvirinə

C) Ərazinin üfüqi proyeksiyasının kağız (müstəvi) üzərində kiçildilmiş oxşar (təhrifsiz) təsvirinə

D) Məhəlin şaquli kəsiminin kağız üzərində kiçildilmiş qrafikinə

E) Göstərilənlərin hamısı düzgündür

11. Zəlzələ hadisələri nəyə deyilir?

A) yerin ani vaxt ərzində titrəməsinə

B) yarğanların sürətlə inkişafına

C) kanyon və terrasların tədricən genişlənməsinə

D) vulkan püskürməsinə

E) sürüşmələrin əmələ gəlməsinə

12. Məhəldə nisbi hündürlüyü ölçmək üçün istifadə olunan alət:

A) Nivelir

B) Flüger

C) Kompas

D) Barometr

E) Hiqrometr

13. Barometrik nivelirləmədə müşahidə qaydası:


  1. Havanın temperaturu (sapand termometrdən) ölçülür; 2.Aneroidin temperaturu ölçülür; 3.Aneroidin əqrəbi üzrə hesabat götürülür (təzyiq ölçülür); 4. Saatla vaxt qeyd edilir. 5. Məlumatları qeyd edir.

A) 1,2,3,4;

B) Göstərilənlərin hamısı;

C) 2,3,5;

D) 3,4,5;

E) 2,3,4,5

14. 1500-lik azimutla hərəkət edən turist hansı azimutla geri qayıdacaq?



  1. 3300

  2. 3500

  3. 3600

  4. 3000

  5. 310

15. Xəritə haqqında düzgün fikir deyil?

A) Proyeksiyalar təhrifsizdir

B) Kartoqrafik proyeksiyadan istifadə edilir

C) Dörd proyeksiya növü var

D) Təhrifli təsvirdir

E) Rəngli təsvirdir

16. Suxurları yuyulması, yonulması nə adlanır?

A) Eroziya

B) Akkumulyasiya

C) Denudasiya

D) Aşınma

E) Deqredasiya

17. Miqyas nəyi bildirir?

A) ərazinin plan və xəritədə neçə dəfə kiçildiyini

B) obyektin təsvirini

C) ərazinin okean səviyyəsindən nisbi hündürlüyünü

D) obyektlərin bir-birindən hansı istiqamətdə yerləşməsin

E) mütləq və nisbi hündürlükləri

18. Tele və radioötürücülər, zavod və fabriklərin tüstü boruları, silos və su qüllələri planda hansı şərti işarələrlə təsvir olunur?

A) Konturlu

B) Miqyassız

C) Nivelir

D) Ədədi

E) Xətti

19. Şimal-şərq istiqamətini göstərən azimut:

A) 900

B) 1250

C) 450

D) 180

E) 270

20. Doğru deyil:

A) Alp, Qafqaz makro relyef formalarıdır

B) Kimyəvi aşınma rütubət tələb edir

C) Kanal, su anbarı antropogen relyefdir

D) Dağ və düzənliklər relyef adlanır

E) Bitkilərin suxurlara təsiri üzvi aşınmadır

21. Mütləq hündürlüyü 200m-ə qədər olan düzənliklərə nə deyilir?

A) Ovalıq

B) Yüksək düzənlik

C) Yayla

D) İlkin düzənlik

E) Çökəklik

22. Süxurların aşınıb-parçalanması və alçaq yerlərə aparılması neçə adlanır?

A) Denudasiya

B) Transformasiya

C) Deformasiya

D) Sublimasiya

E) Kondensasiya

23. ..............azimut deyilir.

A) Meridianın şimal istiqaməti ilə verilmiş xəttin istiqaməti arasındakı bucağa

B) Yerin səthində verilmiş xəttin istiqaməti arasındakı bucağa

C) Meridianın verilmiş xəttin istiqaməti arasındakı istiqamətə

D) Ekvatora paralel verilmiş xəttin istiqaməti arasındakı bucağa

E) Yerin öz oxu istiqamətində və Meridianın verilmiş xəttin arasındakı bucağa

24. Evklid kimdir?

A) Eramızdan əvvəl III əsrdə həndəsəşünas, geodeziya elmini həndəsə üzərində əsaslandırmışdır.

B) Geodeziya elmini elmə ilk dəfə gətirən

C) Xəritəni ilk dəfə öyrənən.

D) geodeziya elmini xəritə üzərində əsaslandırmışdır.

E) Riyaziyyat və həndəsə geodeziya elminə tətbiq edən

25. Sadə geodeziya alətləri

A) bussol, astrolyabiya, qaniometr, ekker və s.

B) teodolit, taxeometr, menzula, nivelir

C) xətkeş, nivelir, menzula, bussol.

D) nivelir, aerofotoaparat.

E) gözəyarı

26. Yerli şəraitdən asılı olaraq polad lentlə ölçülmüş xətlərin nisbi səhvi aşağıdakı kəmiyyətlərlə xarakterizə olunur:

A) Hamar, bərk və düz yerdə 1\2000;

B) Nisbətən hamar və ya azacıq kələ-kötür olan yerdə 1\1000;

C) Qumlu, şumlanmış, daşlı və kollu yerlərdə 1\100.

D) 1\300; 1\200; 1\100.

E)Qumlu1\3000, şumlanmış1\2000, daşlı və kollu yerlərdə 1\1000.

27. Coğrafi koordinat nədir?

A) Coğrafi enlik və uzunluq

B) Paralel və meridianlar

C) Məntəqənin azimutu

D) Qrinviç meridianı və 0 dərəcə paralel

E) horizontallar və meridian

28. Konturlu şəri işarələrə aiddir:

A) yollar

B) fabriklər

C) bulaqlar

D) meşələr

E) kənd təsərrüfatı

29. Yerin ilk qlobuslarından birini tərtib etmişdir:

A) Əl-Biruni

B) N. Tusi

C) X.Kolumb

D) Y. Həməvi

E) Ə. Bakuvi

30. Coğrafi mövqe nədir?

A) Hər hansı bir obyektin digər ətraf obyektlərə nisbətən yerləşməsi

B) Hər hansı bir obyektin yerini dəyişməsi

C) Yerin fırlanması

D) Hər hansı bir obyektin digər ətraf obyektlərlə paralel yerləşməsi

E) Yerin kosmosdan görünüşü

31. Plan nəyə deyilir?

A) Yer səthinin müstəvi üzərində kiçilmiş, oxşar üfqi proyeksiyasına

B) yer səthində ölçmələrə

C) müstəvi üzərində köçürülmüş proyeksiyalara

D) müstəvi üzərində şaquli və paralel şəkilən xətlərə

E) Cavabların hamısı düzgündür

32. Geodeziya –...............haqqında elmdir.

A) yer səthində ölçmələr

B) yeri müstəvi üzərində ölçüsü

C) yer səthində nişanlamalar

D) xəritənin riyazi üsulla planlaşdırılması

E) kosmosun öyrənilməsi

33. Respublikamızın ərazisi geomorfoloji baxımında hansı zonalara bölünür?


    1. düzənlik, dağətəyi, dağlıq və yüksək dağlıq

    2. dağlıq, dağətəyi, düzənlik və səhraliq

    3. düzənlik, dağətəyi, ovalıq

    4. çəmənlik, dağətəyi, dağlıq və aşağı dağətəyi

    5. yüksək dağlıq, dağətəyi, dağlıq və səhralıq

34. Azimut necə dəyişir?

A) şimaldan saat əqrəbinin hərəkəti istiqamətində 0-dan 3600 –yə qədər

B) cənubdan saat əqrəbinin hərəkəti istiqamətində 0-dan 3600 –yə qədər

C) şimaldan saat əqrəbinin hərəkəti istiqamətində 0-dan 1800 –yə qədər

D) şimaldan saat əqrəbinin hərəkəti istiqamətində 450-dan 3600 –yə qədər

E) şimal-qərbdən saat əqrəbinin hərəkəti istiqamətində 0-dan 3600 –yə qədər

35. Rumb nəyə deyilir?

A) Meridianın yaxın (şimal, yaxud cənub) istiqaməti ilə verilən xəttin istiqaməti arasında əmələ gələn bucağa

B) cənub istiqaməti ilə verilən xəttin istiqaməti arasında əmələ gələn bucağa

C) şimal istiqaməti ilə verilən xəttin istiqaməti arasında əmələ gələn bucağa

D) Meridianın uzanan (şimal, yaxud cənub) istiqaməti ilə verilən xəttin istiqaməti arasında əmələ gələn bucağa

E) Yer səthinin şimal, yaxud cənub istiqaməti ilə verilən xəttin istiqaməti arasında əmələ gələn bucağa

36. Miqyaslarına görə xəritələr üç növ olur:

A) irimiqyaslı 1:10000-1:100000; orta miqyaslı 1:200000 – 1:1000000; xırda miqyasmlı 1:1000000 dan xırda miqyaslı xəritələrdir.

B) 1:1000-1:100000; 1:20000 – 1:1000000; 1:100000 miqyaslı xəritələrdir.

C) iri 1:10000; orta 1:200000 – 1:1000000; xırda 1:1000000-dan xırda miqyaslı xəritələrdir.

D) iri 1:20000; orta 1:200000 – 1:1000000; xırda 1:1000000-dan xırda miqyaslı xəritələrdir.

E) iri 1:10000; orta 1:200000 – 1:1000000; xırda 1:12000000-dan xırda miqyaslı xəritələrdir

37. Yerin su səthinin sahəsi....................

A) 361 mln km2

B) 136 mln km2

C) 149 mln km2

D)360 mln km2

E) 510 min km2

38. Doğru deyil:

A) Yamacın dikliyi artdıqca horizontalların sıxlığı artır

B) İki qonşu horizontal arasındakı məsafə kəsmə yüksəklik adlanır

C) Horizontala perpendikulyar çəkilmiş xətlərə berqştrix deyilir

D) Yamacın dikliyi artdıqca horizontal arasındakı məsafə artır

E) Planda relyef horizontallarla göstərilir

39. Ölçmə işləri zamanı üç cür səhvə rast gəlmək olur:

1) kobud; 2) sistematik 3) təsadüfi 4) mexaniki 5) nisbi

A) 1,2, 3

B) 4,5


C) 3,4,5

D) 1,3,5


E) 2,4.5

40. Mütləq yüksəklik nəyə deyilir?

A) Yerin səviyyə səthindən Yer üzərində verilmiş nöqtəyə qədər olan şaquli məsafənin uzunluğuna

B) Şərti qəbul edilmiş səviyyə səthindən Yer üzərində verilən nöqtəyə qədər olan şaquli

məsafənin uzunluğuna

C) İki nöqtədən keçən səviyyə səthləri arasındakı məsafənin uzunluğuna

D) Yerin səviyyə səthindən Yer üzərində verilmiş nöqtəyə qədər olan üfüqi məsafənin

uzunluğuna

E) Yerin mərkəzindən Yer üzərində verilən nöqtəyə qədər olan şaquli məsafənin uzunluğuna

41. Yerin tam kürə deyil, qütblərdən basıq olduğunu, yəni ellipsoid formasında olması fikrini söyləmişdir.

A) İ.Nyuton

B) Pifaqor

C) Demokrit

D) Aristotel

E) Eratosfen

42. Sahələr hansı nisbi səhvlə hesablanır?

A) 1:1000-1:3000

B) 1:2000-1: 3000

C) 1:1000-1:2000

D) 1:12000-1:30000

E) 1:15000-1:20000

43. Kiçik konturların sahəsini ölçmək üçün istifadə olunur....

A) paletdən

B) limb, vernyer

C) alidada

D) taraz


E) durbin

44. Ortofotoşəkillərdən nə kimi istifadə etmək olar?

A) Məsafə, bucaqlar və sahələri ölçmək üçün

B) Fəza obyektlərini ölçmək üçün

C) Mənbələrdən alınan məlumatları köçürmək üçün

D) Monitorinqdə effektiv məlumatlar üçün

E) Təbii fəlakətlərin oyrənilməsi üçün

45. Durbinlər neçə cür olur?

A)2 cür: xaricdən fokuslanan, daxildən fokuslanan.

B) xarici və daxili

C) Dəqiq və gözəyayı

D) 3 cür: sadə, mexaniki və avtomat

E) Bütün cavablar düzgündür.

46. Şəkildə hansı koordinat sistemi əks olunmuşdur?



A) Qauss-Krügerin zona koordinat sistemi

B) Fəza koordinat sistemi

C) Düzbucaqlı koordinat sistemi

D) Geodeziya koordinat sistemi

E) Astronomik koordinat sistemi

47. Profil nəyə deyilir?

A) Verilmiş istiqamət üzrə yerin şaquli kəsiyiminin kiçilmiş təsvirinə

B) müstəvi üzərində şaquli və paralel şəkilən xətlərə

C) müstəvi üzərində müəyyən riyazi ölçülərlə kiçildilmiş miqyasına

D) müstəvi üzərində köçürülmüş proyeksiyalara

E) Yer səthinin müstəvi üzərində kiçilmiş, oxşar üfqi proyeksiyasına

48. Yer səthinin neçə faizini quru dəniz və okeanlar təşkil edir

A) 29%-ni quru, 71%-ni isə dəniz və okeanlar

B) 20%-ni quru, 73%-ni isə dəniz və okeanlar

C) 22%-ni quru, 51%-ni isə dəniz və okeanlar

D) 23%-ni quru, 171%-ni isə dəniz və okeanlar

E) 19%-ni quru, 111%-ni isə dəniz və okeanlar

49. Tarazlar quruluşuna görə iki cür olur:

A) silindrik və dairəvi

B) ştativ, dayaq

C) nivelir, aerofotoaparat

D) ştativ, dayaq

E) planşet, kipregel

50. Nivelirin yoxlanılması hansı variantda düzgündür?

A) silindrik tarazın oxu alətin şaqul oxuna perpendikulyar olmalıdır

B) silindrik tarazın oxu alətin şaqul oxuna paralel olmalıdır

C) silindrik tarazın oxu alətin şaqul oxuna nisbətən 450 bucaq altında olmalıdır

D) silindrik tarazın oxu alətin şaqul oxuna nisbətən 600 bucaq altında yerləşdirilməlidir

E) silindrik tarazın oxu alətin şaqul oxuna nisbətən 750 bucaq altında yerləşdirilməlidir

51. Yerin fiziki səthi ibarətdir:

A) okean və dənizlərdən, materik və adalardan

B) dəniz və çaylardan, materik və adalardan

C) okean və dənizlərdən, materik və qitələrdən

D) okean, materik və adalardan

E) okean və dənizlərdən, su anbarlarından

52. Torpağın məhsuldarlığının azalması əsasən hansı hallarda baş verir? Düzgün olmayan cavabı tapın!

A) Bitkilərin suvarma normasına düzgün riayət edildikdə

B) Torpağın eroziyası nəticəsində

C) Torpağın şoranlaşdırılması nəticəsində

D) Torpağın intensiv çirklənməsi nəticəsində

E) Suvarma prosesində olan pozuntular nəticəsində

53. Teodolitlə planalma.........

A) Yerin konturlu planını almaq üçün teodolit və başqa alətlərlə çöldə aparılan ölçülərdir.

B) Xəritə işləmək üçün taraz və başqa alətlərlə çöldə aparılan ölçülərdir.

C) Yerin konturlu planını almaq üçün teodolit və tarazla aparılan ölçülərdir.

D) Yerin təsvirini almaq üçün teodolit, alidada və başqa alətlərlə çöldə aparılan qiymətlərdir.

E) Hər hansı layihəni yerinə yetirmək üçündür.

54. Formaca miqyas neçə cür olur:

A) ədədi, izahlı, xətti və eninə.

B) ədədi, gözəyarı,

C) kobud, sistematik və təsadüfi.

D) əl ilə, kağız üzərində

E) cavabların hamısı

55.


Yüklə 455,86 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin