25 İstehsal və iqtisadi artım



Yüklə 440 b.
tarix29.10.2017
ölçüsü440 b.
#21336


25

  • İstehsal və iqtisadi artım


İstehsal və iqtisadi artım

  • Bir ölkənin həyat standartları onun məhsul və xidmətlər istehsalı bacarığından asılıdır.



İstehsal və iqtisadi artım

  • Zaman keçdikcə bir ölkənin həyat standartlarında böyük dəyişikliklər baş verir.



İstehsal və iqtisadi artım

  • Keçən əsrdə ABŞ-da adambaşına düşən real ÜDM formasında orta gəlir hər il 2 faiz artmışdır.



İstehsal və iqtisadi artım

  • Məhsuldarlıq işçinin hər saatda istehsal etdiyi əmtəə və xidmətlərin məcmusudur.

  • Ölkənin həyat standartını işçilərinin məhsuldarlıq səviyyəsi müəyyən edir.



Cədvəl1: İqtisadi artım təcrübələrinin müxtəlifliyi



DÜNYADA İQTİSADİ ARTIM

  • Adambaşina düşən real ÜDM formasında həyat standartı ölkələr arasında mühüm dərəcədə fərqlidir.



DÜNYADA İQTİSADİ ARTIM

  • Ən yoxsul ölkələr elə bir ortalama gəlir səviyyəsinə malikdirlər ki, bu səviyyə ABŞ-da onilliklərlər müşahidə olunmamışdır.



DÜNYADA İQTİSADİ ARTIM

  • Kiçik görünən illik iqtisadi artım səviyyəsi uzun illər davam edərək böyük ola bilər.

  • Bu müəyyən dövr ərzində iqtisadi artım yığılmasının olduğunu göstərir.



MƏHSULDARLIQ: ONUN ROLU VƏ DETERMİNANTLARI

  • Məhsuldarlıq dünyada bütün xalqların həyat standartlarını müəyyən etmədə açar rola malikdir.



Nə üçün məhsuldarlıq belə vacibdir?

  • Məhsuldarlıq işçinin hər iş saatı ərzində istehsal edə bildiyi əmtəə və xidmətlərin məcmusudur.



Nə üçün məhsuldarlıq belə vacibdir?

  • Ölkələr arasında həyat standartlarının fərqliliyini dərk etmək üçün əmtəə və xidmətlər istehsalına fikir verilməlidir.



Nə üçün məhsuldarlıq belə vacibdir?

  • Əmtəə və xidmətlər istehsalında istifadə olunan resurslar istehsal amilləri adlanır.

  • İstehsal amilləri birbaşa məhsuldarlığı müəyyən edir.



Məhsuldarlıq necə müəyyən edilir?

  • İstehsal amilləri

    • Fiziki kapital
    • İnsan kapitalı
    • Təbii resurslar
    • Texnoloji bilik


Məhsuldarlıq necə müəyyən edilir?

  • Fiziki kapital

    • İstehsal olunmuş istehsal amilidir.
      • Keçmişdə istehsal prosesindən əldə edilmiş və hazırda istehsal prosesinə daxil olan resursdur.
    • İstehsalda istifadə olunan bina və avadanlıqlardır.
      • Avtomobilləri quraşdırmaqda və ya təmir etməkdə istifadə olunan alətlər.
      • Mebel quraşdırmaqda istifadə olunan alətlər.
      • Ofis binaları, məktəblər və.s


Məhsuldarlıq necə müəyyən edilir?

  • İnsan kapitalı

    • İşçinin təhsil, treyninq və təcrübə yolu ilə əldə etdiyi bilik və bacarıqları ifadə etmək üçün iqtisadçılar tərəfindən istifadə olunan termindir.
      • Fiziki kapital kimi insan kapitalı da xalqın əmtəə və xidmətlər istehsalı bacarığını yüksəldir.


Məhsuldarlıq necə müəyyən edilir?

  • Təbii resurslar

    • İstehsalda istifadə olunan və təbiət tərəfindən təmin edilən resurslardır. Məsələn, torpaq, çaylar və mineral ethiyatlar kimi.
      • Ağaclar və meşələr kimi bərpa oluna bilən resurslar.
      • Neft və kömür kimi bərpa oluna bilməyən resurslar.
    • Yüksək məhsuldarlıqlı əmtəə və xidmətlər istehsalı baxımından iqtisadiyyat üçün əhəmiyyətli ola bilər, ancaq zəruri deyildir.


Məhsuldarlıq necə müəyyən edilir?

  • Texnoloji bilik

    • Cəmiyyətin əmtəə və xidmətlər istehsalının ən yaxşı yollarını bilməsi.
    • İnsan kapitalı iş qüvvəsinin bu bilikləri əldə etməsi üçün xərclənmiş resursları ifadə edir.


ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası

  • İqtisadçılar istehsalda istifadə olunan resursların miqdarı ilə istehsaldan əldə olunan məhsulun miqdarı arasındakı əlaqəni təsvir etmək üçün çox vaxt istehsal funksiyasından istifadə edirlər.



ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası

  • Y = A F(L, K, H, N)

    • Y = istehsal olunmuş məhsul miqdarı
    • A = mümkün istehsal texnologiyası
    • L = əmək miqdarı
    • K = fiziki kapitalın miqdarı
    • H = insan kapitalının miqdarı
    • N = təbii resursların miqdarı
    • F( ) istehsal amillərindən istifadə kombinasiyasını göstərən funkisyadır.


ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası

  • İstehsal funksiyası miqyasa görə sabit məhsuldarlıqa əsaslanır və burada x hər hansı pozitiv rəqəmdir.

  • xY = A F(xL, xK, xH, xN)

  • Belə ki, bütün istifadə olunan istehsal amillərinin miqdarı ikiqat artırsa, istehsal olunan məhsul miqdarı da ikiqat artır.



ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası

  • Miqyasa görə sabit məhsuldarlıqlı istehsal funksiyaları aşağıdakı kimi də ifadə olunur.

    • x = 1/L,
    • Y/ L = A F(1, K/ L, H/ L, N/ L)
      • Burada:
      • Y/L = işçi başına məhsul istehsalı
      • K/L = işçi başına fiziki kapital
      • H/L = işçi başına insan kapitalı
      • N/L = işçi başına təbii resurslar


ƏLAVƏ MƏLUMAT: İstehsal funksiyası

  • Əvvəlki bərabərlikdən aydın olur ki, məhsuldarlıq (Y/L) işçi başına fiziki kapital (K/L), işçi başına insan kapitalı (H/L) və işçi başına təbii resurslardan (N/L), həmçinin də texnologiyanın vəziyyətindən (A) asılıdır.



İQTİSADİ ARTIM VƏ DÖVLƏT SİYASƏTİ

  • Hökumətlər məhsuldarlıq və həyat standartlarının yüksəldilməsi məqsədilə çoxlu tədbirlər görə bilirlər.



İQTİSADİ ARTIM VƏ DÖVLƏT SİYASƏTİ

  • Məhsuldarlıq və həyat standartlarını yüksəldən hökumət siyasətləri

    • Yığım və investisiyanı stimullaşdırmaq
    • Xarici investisiyaları stimullaşdırmaq
    • Təhsil və treninqi stimullaşdırmaq
    • Mülkiyyət hüquqlarının qorunmasını və siyasi stabilliyi təmin emtək
    • Azad ticarəti stimullaşdırmaq
    • Tədqiqat və təkmilləşmələri stimullaşdırmaq


Yığım və investisiyanın əhəmiyyəti

  • Gələcəkdə məhsuldarlığı artırmanın bir yolu da kapital istehsalına sərf edilən resursları artırmaq üçün investisiya qoymaqdır.



Qrafik1: İqtisadi artım və investisiya



Azalan məhsuldarlıq və inkişafın səmərəlilik effekti

  • Kapital ehtiyatı artdıqca əlavə kapital vahidindən əldə olunan əlavə məhsul istehsalı azalır. Buna azalan məhsuldarlıq deyilir.

  • Azalan məhsuldarlıq səbəbindən yüksək yığım dərəcəsi daha böyük iqtisadi artıma səbəb olur.



Azalan məhsuldarlıq və inkişafın səmərəlilik effekti

  • Uzunmüddətli dövrdə daha yüksək yığım dərəcəsi daha yüksək məhsuldarlıq və gəlirə səbəb olsa da, ancaq bu dəyişənlərdə daha yüksək artıma səbəb olmur.



Azalan məhsuldarlıq və inkişafın sürətlilik effekti

  • İnkişafın səmərəlilik effekti yoxsul ölkələrin varlı ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətini ifadə edir.



Xarici investisiya

  • Hökumətlər kapital yığılmasını və uzunmüddətli dövrdə iqtisadi artımı xarici mənbələrdən olan investisiyaları stimullşdırmaqla yüksəldə bilirlər.



Xarici investisiya

  • Xarici investisiyaların formaları:

    • Birbaşa Xarici İnvestisiya
      • Kapital investisiyasının sahibi və idarə edəni xarici iqtisadi subyektdir.
    • Portfel Xarici İnvestisiya
      • İnvestisiyalar xarici valyuta ilə maliyyələşdirilir, ancaq daxili rezidentlər tərəfindən idarə edilir.


Təhsil

  • Ölkənin uzunmüddətli iqtisadi artımı üçün təhsil ən azı fiziki kapitala qoyulan investisiyalar qədər əhəmiyyətlidir.

    • ABŞ-da hər əlavə il təhsil almaq insanların əmək haqqlarını orta hesabla 10% artırır.
    • Beləliklə, hökumət məktəbləşməni təmin etmək və əhalinin bu məktəblərin üstünlüklərindən faydalanmalarını stmullaşdırmaqla ölkədə həyat standartlarını inkişaf etdirə bilir.


Təhsil

  • Təhsilli insan istehsalın ən yaxşı yolu ilə bağlı yeni ideyalara malik ola bilər ki, bu da cəmiyyətin bilik hovuzuna daxil olar və digərlərinə əlavə faydalar təmin edə bilər.



Təhsil

  • Yoxsul ölkələrin üzləşdiyi problemlərdən biri beyin axını—çox yüksək təhsilli işçilərin zəngin ölkələrə emiqrasiya etməsi problemidir.



Mülkiyyət hüquqları və siyasi stabillik

  • Mülkiyyət hüquqları əhalinin öz resursları üzərində sahibliyini həyata keçirə bilməsidir.

    • İqtisadiyyatda mülkiyyət hüquqlarına hörmət edilməsi qiymət sisteminin işləməsinin vacib şərtlərindən biridir.
    • İnvestisiyalarının təhlükəsizliyini hiss etmək investorlar üçün çox vacibdir.


Azad ticarət

  • Ticarət bir növ texnologiyadır. Ölkə buğdanı ixrac poladı isə idxal edirsə, buğdanı polada çevirən texnologiya icad etmiş kimi mənfəət əldə etmiş olur.

  • Bu səbəbdən ticarət məhdudiyyətlərini aradan qaldıran bir ölkə, nəticədə böyük texnoloji tərəqqi nəticəsində əldə olunan eyni iqtisadi artıma nail olacaqdır.



Azad ticarət

  • Bəzi ölkələr aşağıdakı siyasətləri həyata keçirir...

    • . . . daxili oriyentasiyalı ticarət siyasətləri: digər ölkələrlə qarşılıqlı əlaqədən qaçmaq.
    • . . . xarici oriyentasiyalı ticarət siyasətləri: digər ölkələrlə qarşılıqlı əlaqəni stimullaşdırır.


Tədqiqat və təkmilləşmə

  • Texnoloji biliyin artması daha yüksək həyat standartını doğurur.

    • Əksər texnoloji yeniliklər firmalar və fərdi ixtiraçılar tərəfindən aparılan özəl sektor araşdırmaları nəticəsində ortaya çıxır.
    • Hökumət tədqiqat qrantları, vergi güzəştləri və patent sistemləri ilə texnoloji inkişaf proseslərini stimullaşdırır.


NÜMUNƏVİ HADİSƏ: Məhsuldarlığın Azalması və Artması

  • Məhsuldarlığın artım dərəcəsi heç də sabit və etibarlı deyil.

  • ABŞ firmalarında hər iş saatında istehsal olunan məhsulla ölçülən məhsuldarlıq 1959-cu ildən 1973-cü ilə qədər hər il orta hesabla 3,2% artmışdır.

  • Daha sonra məhsuldarlığın artım dərəcəsi azalmış və 1973-cü ildən 1995-ci ilə qədər ildə cəmi 1,5% artmışdır.

  • Məhsuldarlıq 1995-ci ildə yenidən sürətlənərək, növbəti 6 il ərzində orta hesabla hər il 2,6% artmışdır.



NÜMUNƏVİ HADİSƏ: Məhsuldarlığın Azalması və Artması

  • Məhsuldarlıqdakı artımın dəyişmə səbəbləri çətin seziləndir.

  • Bu dəyişikliklər daha asan ölçülən istehsal amillərinə aid edilə bilməz.

  • Bir çox iqtisadçılar iqtisadi artımın sürətindəki artma və azalmaları əmtəə və xidmətlərin necə istehsal edilməsi ilə bağlı yeni ideyaların yaranmasındakı dəyişikliklərlə əlaqələndirirlər



Qrafik 2: Adambaşına real ÜDM-də artım



Əhali artımı

  • İqtisadçılar və digər sosial elm adamları uzun müddət əhali artımının cəmiyyətə necə təsir göstərdiyini müzakirə etmişlər.



Əhali artımı

  • Əhali artımı istehsalın digər amilləri ilə aşağıdakı qarşılıqlı təsirə malikdir:



Xülasə

  • Adambaşına düşən ÜDM ilə ölçülən iqtisadi rifah dünya üzrə dəyişir.

  • Dünyanın ən zəngin ölkələrinin orta gəliri dünyanın ən yoxsul ölkələrinin orta gəlirindən 10 dəfə çoxdur.

  • İqtisadiyyatda həyat standartı iqtisadiyyatın əmtəə və xidmət istehsal edə bilmək bacarığından asılıdır.



Xülasə

  • Məhsuldarlıq öz növbəsində fiziki kapital, təbii resurslar və işçilərin malik olduqları texnoloji biliklərin həcmindən asılıdır.

  • Hökumət siyasətləri müxtəlif yollarla iqtisadi artıma təsir göstərə bilir.



Xülasə

  • Kapital yığılması azlan məhsuldarlığa (faydaya) malikdir.

  • Azalan məhsuldarlıq səbəbindən, daha yüksək yığım müəyyən müddətdə daha yüksək artıma səbəb olsa da, sonra iqtisadiyyat ən yüksək kapital, məhsuldarlıq və gəlir səviyyəsinə çatdıqda artım azalır.

  • Həmçinin azalan məhsuldarlıq səbəbindən kapitaldan gələn gəlir yoxsul ölkələrdə daha yüksək olur.



Yüklə 440 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin