57. İnsan alverinin yaranmasında sosial-iqtisadi və maddi amillərin rolu İnsan alveri və onun özünü göstərməsinin sosial-iqtisadi mahiyyəti.
İnsan alverində sosial-iqtisadi amillər bunlardır:
Yoxsulluq;
İşsizlik;
Zorakılıq;
Bərabərsizlik;
Asılılıq (alkoqol və narkomaniya);
Kimsəsizlik.
Zorakılıq – insana psixoloji, sosial, iqtisadi təzyiqin tətbiq olunması və ya fikizi zərbənin vurulmasından ibarət olan nəzarət və əziyyət vasitəsidir.
Artıq çox acınacaqlı bir haldır ki, zorakılığın müxtəlif növləri də meydana gəlmişdir. Onlar aşağıdakılardır:
Fiziki zorakılıq.
Mənəvi zorakılıq.
Psixoloji zorakılıq.
İqtisadi zorakılıq.
Seksual zorakılıq.
Fiziki zorakılıq ‐ qarşı tərəfə fiziki cəhətdən zərərin toxunması deməkdir. Bura əsasən vurma, döymə, şillələmə, təpikləmə aiddir ki, bu da bədəndə müxtəlif xəsarətlərə yol aça bilər.
Mənəvi zorakılıq ‐ qarşı tərəfin daxili dünyasının dağılması, mənən zərər çəkməsi aiddir.
Psixoloji zorakılıq ‐ insan psixikasının pozulmasına, hətta ölümə belə səbəb ola bilər.
İqtisadi zorakılıq ‐ qarşı tərəfin iqtisadi və maddi imkanlarına zərər vurulması nəzərdə tutulur.
Seksual zorakılıq ‐ qarşı tərəfin razılığı olmadan onu cinsi əlaqəyə təhrik etməkdir. Bu zorakılıqların baş verməsinin əsas səbəbi,insanın cəmiyyətdə hüquqlarını bilməməsi və laqeyd yanaşılmadır. Zorakılığa qarşı, qadın hüquqlarının tapdalanmasına qarşı bir çox qanunlarda mövcuddur.
İşsizlik – Gənclərin təxminən 65%-i yüksək əmək haqqı olan işlərə getməyə üstünlük verirlər. Ona görə də qrubanların yeniyetmələrdən ibarət əksər qrupu təklif edilən “yüksək əmək haqqı” vədini fikirləşmədən qbul edirlər. Belə şəxslərin nikbin ovqatlı olması, gələcəyinə və özünə inanmaması da köləliyə məruz qalmasına təsir edir. Əmək qabiliyyətinə malik olanların və əhalinin ümumi sayına nisbətdə çox kiçik bir “zümrə” işsizdir. Başqa ölkələrlə müqayisədə vəziyyət kritik deyil. Amma hazırda Azərbaycanda sığınacaq axtaran təxminən 2000 nəfər Əfqanıstan vətəndaşları müəyyən işlə məşğul olub, sosial vəziyyətini qura bilirlərsə, niyə öz vətəndaşlarımız bunu etmirlər? – sualına müxtəlif cavablar verilə bilər. Beynəlxalq aləmdə qurbanların arasında qadınların çoxluğu işsizlik probleminin həllində səthi yanaşmalarla, ailə çətinlikləri, gender bərabərsizliyi, savadsızlıq və yaxud təhsilin, peşənin olmaması və s. İlə əlaqələndirilir. İnkişaf etmiş ölkələrdə kişilərə nisbətən qadın işsizlərin sayı 10-12% çoxdur. Bu Şimali Avropa ölkələrində, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya və s. Ölkələrdə mövuddur.
Yoxsulluq – İnsan alverinin sosial-iqtisadi təbiəti yoxsulluğun yayılması, əməyin dəyərləndirilməməsi, az haqq ödənilməsi, səmərəli fəaliyyətlə məşğulluq imkanlarının əhalinin əksər kontingentləri üçün əlçatmaz və təhsilin aşağı olması, sosial müdafiənin yoxluğu və digər obyektiv səbəblərlə sıx bağlıdır. Beləliklə, insanların istismar şəraitinə məruz qalma riski müəyyən səbəbli əlaqə təsirindən reallaşır. İnsanın tələbat və ehtiyaclarının ödənilməsi üçün lazımi gəlirin olmamasıdır. Yoxsulluq həm də insanların aclıq problemi ilə üzləşməsidir. 700 mln-dan artıq insan hələ də yoxsulluq içərisində yaşayır və səhiyyəyə, təhsilə, içməli suya və sanitariyaya çıxış kimi ən sadə həyati tələbatlarını ödəməkdə çətinlik çəkirlər .Bəli, Cənubi Asiya və Saxaradan cənubda yerləşən Afrika ölkələrində əhalinin əksəriyyətinin gündəlik gəliri 2 dollardan azdır. Hal-hazırda dünyanın ən varlı ölkələrində 30 mln-dan çox uşaq yoxsulluq içərisində yaşayır. Dünyada yaşı 5-dən aşağı olan hər 4 uşaqdan birinin boyu yaşına uyğun deyil. Yoxsulluğun bir çox təzahürləri var və bunun səbəbləri içərisində işsizlik, sosial ayrı-seçkilik və təcridolma, eyni zamanda müəyyən ölkələrin əhalisinin təbii fəlakətlərə, xəstəliklərə məruz qalmasını göstərmək olar.
Bərabərsizlik – İctimai bərabərsizlik formaları fərqlidir, buna görədə bir neçə təsnifat vardır. Fiziologiyanın xüsusiyyətləri ilə sosial bərabərsizliyin növləri:
Yaş – müəyyən yaş aralıqlarında bütün insanlar üçün tətbiq olunur, işə qəbul edildikdə, gənclərin təcrübə çatışmazlığı səbəbindən götürülməməsi, böyük təcrübəsi olan yaşlılar, onların əvəzediciləri baxımından daha perspektivli olan gənclərlə əvəzlənir;
Sosial cinsi bərabərsizlik – burada qadınların ayrı-seçkilik kimi qiymətləndirilməsi mümkündür, belə ki, ölkənin iqtisadi həyatında iştirak edən məsul vəzifələrdə işləyən bir neçə qadın “ərinə” verilir;
Sosial etnik bərabərsizlik – kiçik etnik qruplar, “ağ irq”in tərkibinə daxil olmayanlar, xarici düşmənçilik və irqçilik kimi hadisələrə görə çox əziyyət çəkirlər.
İnsan alveri, beynəlxalq hüquqi sənədlər, siyasi və beynəlxalq agentliklər, o cümlədən ATƏT tərəfindən qəbul olunduğu kimi, genderyönümlü hadisədir. İnsan alveri dövrəsi bütövlükdə, məsələn, təklifi yaradaraq tələbin gender ölçülərindən və qurbanları müdafiəsiz edən köklü səbəblərdən başlayaraq gender yönümlü siyasət və insan alverinə qarşı institutsional tədbirlər, o cümlədən qarşısını alma siyasətlərinə qədər yüksək genderləşmiş bir hadisədir.
Gender bərabərliyi – Gender dedikdə, hər hansı bir cəmiyyətin qadın və kişilər üçün müvafiq hesab etdiyi sosialrollar, davranışlar, fəaliyyət və atributlar başa düşülür. Bu anlayış ilk dəfə rəsmi şəkildə Avropa Şurasına “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə” haqqında Konvensiyada öz əksini tapıb. Anlayışdan da göründüyü kimi, “gender” termini çox geniş məsələləri əhatə edir. Lakin bir çox konservativ cəmiyyətlərdə, o cümlədən, Azərbaycan cəmiyyətində “gender”dedikdə yalnız onun bioloji tərəfləri (cinsiyyət) başa düşülür.
Asılılıq – Alkoqol və narkotika kimi maddələr həm də insanda psixoloji və fiziki asılılıqlara yol açır. Məsələn, alkoqol və ya narkotika aludəçisi olan şəxsdə onları davamlı şəkildə qəbul etmək arzusunun yaranması psixoloji asılılıq əlaməti hesab edilir. Əgər alkoqol və ya narkotika aludəçisi həmin maddələri tələbat hiss etdiyi zamanda tapa, əldə edə bilməzsə və ya istifadəsi üçün əlverişli şərait olmazsa, bu zaman onda ruhi narahatlıq, məyusluq, əsəbilik və ya aqressivlik kimi psixoemosional dəyişikliklər meydana gəlir. Davamlı və mütəmadi olaraq spirtli içkiyə və narkotikaya mübtəla olmuş şəxsdə tədricən “fiziki asılılıq” adlanan yeni asılılıq halı yaranır. O, bu maddələrdən o dərəcədə asılı vəziyyətə düşür ki, bədənin hüceyrə və toxumalarının normal fəaliyyətdə olması müəyyən zamanlarda alkoqol və ya narkotikanın qəbulundan asılı olur.
Kimsəsizlik – bir uşağın ana və atası ilə birgə yaşaması onu həyatda güclü və özünə inamlı bir gənc kimi yetişməsinə səbəb olur. Yetim uşaqlar aşağıdakı duyğulara sahib olurlar:
Əsiklik duyğusu
Özünü digər uşaqlardan aşağıda görmək
Yad baxışlardan narahatlıq duyma hissi
Özünü günahkar hiss etmə duyğusu
Həyata qarşı inamsızlıq
Ətrafdakılara nifrət hissi
Məsuliyyətdən qaçmaq
Ehtiyac duyğusu
Uşaq evlərində böyüyüb 18 yaşına çatmış kimsəsiz uşaqlara taleyin ixtiyarına buraxılır. Bu zaman isə uşaq bir qismi düzgün həyat yolu qura bilsə də, digər qismi isə həyat yollarını müəyyənləşdirə bilmir. İnsan alverçiləri əsasən yeniyetməlik dövründə olan uşaqların inamını qazanmağa çalışırlar. Bu dövrdə uşaqların dünyagörüşünün, təcrübəsinin zəifliyi onların insan alverinin qurbanı olmalarına səbəb ola bilir. Bu zaman qayğıya, sevgiyə ehtiyacı olan nəzarətsiz uşaqlar ona edilən təkliflərin “qaranlıq” tərəfini görmürlər və əksiklik və özlərini təsdiq etmək duyğusunun verdiyi təkanla gələn təklifə razı olurlar. Kimsəsiz böyüyən uşaqlar insan alverçilərinin fəal hədəfindədir.