31. İnsan alveri qurbanlarının fiziki zorakılığa məruz qalması . Zorakılıq – insana psixoloji, sosial, iqtisadi təzyiqin tətbiq olunması və ya fikizi zərbənin vurulmasından ibarət olan nəzarət və əziyyət vasitəsidir. Artıq çox acınacaqlı bir haldır ki, zorakılığın müxtəlif növləri də meydana gəlmişdir. Onlar aşağıdakılardır:
Fiziki zorakılıq.
Mənəvi zorakılıq.
Psixoloji zorakılıq.
İqtisadi zorakılıq.
Seksual zorakılıq.
Fiziki zorakılıq ‐ qarşı tərəfə fiziki cəhətdən zərərin toxunması deməkdir. Bura əsasən vurma, döymə, şillələmə, təpikləmə aiddir ki, bu da bədəndə müxtəlif xəsarətlərə yol aça bilər. Bu zorakılıqların baş verməsinin əsas səbəbi,insanın cəmiyyətdə hüquqlarını bilməməsi və laqeyd yanaşılmadır. Zorakılığa qarşı, qadın hüquqlarının tapdalanmasına qarşı bir çox qanunlarda mövcuddur. İnsan alveri qurbanlarının problemlerindən biridə onların hüquqlarının təyinat ölkələrinin hüquq mühafizə orqanları işçiləri tərəfindən pozulmasıdırr. Təyinat ölkəsinə daxil olan hər bir insan o ölkənin pasport, əmək, xarici vətəndaşlıq qaydalarını, qeydiyyat qanunlarını, ölkədə qalmaq qanunlarını pozur və burada öz əleyhinə cinayət işi qaldırmasıdır. Qurbanlara qarşı fiziki zorakılığın daha çox ilkin mərhələlərdə baş berməsidir. Sonrakı mərəhlələrdə isə daha çox hədə-qorxulardan istifadə olunmasıdır. Qurbanların qrup şəklində saxlandıqları yerlərdə işan alverçiləri başqalarınıda qorxutmaq üçün qurbanlara qarşı fiziki zorakılığı hamının gözü qarşısında və nümayişkaranə şəkildə həyata keçirilməsidir. İnsan alveri qurbanları fiziki zorakılıqlara məruz qaldıqları zaman, onlar əsasən sağlamlıq üçün ağır nəticələnə biləcək zərbələr almış olurlar. Məsələn, yolxucu xəstəliklər, qadın orqanlarının kəsilib götürülməsi, psixi travmaların alınması.
32.33. İnsan alveri böyük kapital qoyuluşu tələb etməsi ilə köləliyin müasir formasıdır, insan hüquq və azadlıqlarının pozulması, mütəşəkkil transmilli cinayətkarlığının xüsusi bir növüdür.İnsan alveri problemi sosial-hüquqi, fəlsəfi, tibbi, psixoloji mahiyyət kəsb edir. Lakin bütün bunlar ayrı-ayrılıqda deyil, vəhdət halında öyrənilməlidir.İnsan alveri qurbanları çox nadir hallarda tibbi xidmət məsələsinə toxunurlar. Bu da yəqin ki, onunla bağlıdır ki insanların üzləşdiyi fiziki və psixoloji problemlərin qarşısında tibbi xidmətlərin zəruriliyi onlara əhəmiyyətsiz görünür. Bu cür insanların öz səhhətlərinə belə laqeyid yanaşması isə sonradan təkcə onların özləri üçün deyil, eləcə də bütün cəmiyyət üçün çox təhlükəli olur. İnsan alveri qurbanlarının, bir qayda olaraq, kömək olunması üçün müraciət etməyə qorxması bir neçə səbəblə bağlıdır:
Qurbanın çox vaxt dil bilməməsi;
İnsan alverçiləri tərəflindən onların gizli saxlanılması;