51. Dövlət tərəfindən insan alverində dəymiş zərərlərin ödənilməsi Ölkəmizdə insan alverinə qarşı mübarizəni gücləndirmək üçün xeyli tədbirlər görülür. İnsan alverinə qarşı yönümündə beynəlxalq sənədlər imzalanmış və təsdiq edilmiş, Daxili İşlər Nazirliyi nəzdində “İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi” və insan alveri qurbanları üçün sığınacaq və qaynar xətt yaradılmışdır. Ölkədə müxtəlif nazirllikləri təmsil edən Dövlət Kommisiyası yaradılmış, onun vəzifəsi maddi yardım etmək, pulsuz hüquqi, psixoloji, tibbi yatdım etmək, normal həyata qayıdış üçün peşə təhsili verməsidir. Bir çox ölkələrdə olduğu kimi. Azərbaycanda da insan alverinə qarşı mübarizənin “Milli Fəaliyyəti Planı” və “İnsan alveri qurbanlarının yönəldilməsinin Milli mexanizmləri” qəbul edilmişdir. Burada insan alveri qurbanlarına yardım, onların reabilitasiyası və cəmiyyətdə reinteqrasiyası öz əksini tapmışdır. Ölkədə “Insan alveri qurbanlarının yönəldilməsinin milli mexanizmləri” proqramını həyata keçirmək üçün Daxili İşlər, Milli Təhlükəsizlik, Təhsil, Səhiyyə, Ədliyyə, Xarici İşlər, Əhalinin Əmək və Sosial Müdafiəsi, Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəf Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təmsil olduğu kommisiya yaradılmışdır. Qurbanlara pulsuz tibbi xidmət Səhiyyə Nazirliyi tərəf- indən göstərilir. Qurban psixoloji yardımla təmin edilir. Ona cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün kompensasiya verilir. Qanunvericilikdə nəzərə tutulmuşbqaydalara əsasən, Daxili İşlər Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Fondu bu insanlara yardım verir. İnsan Alveri qurbanlarına dəyən ziyan qanunvericilikdə nəzərdə tutulduğu kimi , insan alverçilərinin mülkiyyətindən ödənilir, bu əmlak azdırsa, məhkəmənin qərarı ilə yardım fondundan verilir.
52. İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu 28 iyun 2005-ci il Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2005-ci il tarixli 958 nömrəli fərmanı ilə təsdiq olunmuş “İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununa” əsasən, təhsil müəssisələrinin tədris planlarında insan alverinin profilaktikasına və qarşısının alınmasına yönəldilmiş kurslar təşkil edilməli, təhsil müəssiələri, uşaq evləri, internat məktəbləri və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntusunun profilaktikasını həyata keçirən digər orqan və müəssisələrdə xüsusi proqramlar hazırlanaraq həyata keçirilməlidir. Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli 958-IIQ nömrəli Qanununun 8-ci maddəsinə əsasən İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planında göstərilən vəzifələrin səmərəli icrası, insan alveri qurbanlarının təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardım göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması, insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları və lazımi avadanlıqla təchiz edilmiş polis qurumu tərəfindən həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yaradılmışdır.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi insan alveri qurbanlarının müəyyən edilməsi və müdafiə edilməsi ilə yanaşı, həmçinin insan alveri ilə bağlı cinayətlər üzrə səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirir. Baş İdarə birbaşa İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatora tabedir.
Şəxsin insan alverindən zərər çəkməsi ehtimal edildikdə, yaxud insan alveri ilə bağlı cinayətlərin törədilməsi və ya hazırlanması digər orqanlar tərəfindən aşkar edildikdə, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dərhal məlumat verilməli, müvafiq sənədlər həmin quruma təqdim edilməli və zəruri kömək göstərilməlidir.