31. İnsan alveri qurbanlarının fiziki zorakılığa məruz qalması


Miqrasiyanın iqtisadi və sosial səbəbləri



Yüklə 243,96 Kb.
səhifə6/16
tarix09.01.2023
ölçüsü243,96 Kb.
#122093
1   2   3   4   5   6   7   8   9   ...   16
insan alveri 31-60

45. Miqrasiyanın iqtisadi və sosial səbəbləri
Miqrasiya – insanların beynəlxalq sərhəddən keçərək və ya ölkə daxilində yerləşməsi prosesidir. Miqrasiya edən şəxslər miqrant adlanır. Adətən miqrasiya – emiqrasiya və immiqrasiyaya bölünür. Emiqrasiya – insanların hər hansı səbəbdən yerləşmək məqsədi ilə bir dövlətdən başqa bir dövlətə köçməsi deməkdir (Məsələn, Azərbaycan Respublikasının vətəndaşı Almaniyaya işləmək və yaşamaq üçün köçür). İmmiqrasiya – başqa ölkə vətəndaşlarının hər hansı səbəbdən müvafiq ölkəyə yerləşmək üçün gəlməsi deməkdir (Məsələn, Türkiyə vətəndaşı Azərbaycan Respublikasına yaşamaq və işləmək üçün köçür). Miqrasiya əsasən iqtisadi və sosial xarakter daşıyır. Bu iqtisadi və sosial səbəbləri şəxsin yeni iş yeri axtarışından, həyat tərzinin dəyişməsindən, sosial status əldə etməsindən irəli gəlməsidir. İqtisadi səbəblər – iş yerlərinin az olması, əmək haqqının az olması. İqtisadi miqrasiyanın əsas və geniş yayılmış forması əmək miqrasiyasıdır. Əmək miqrasiyası – Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində əmək miqrasiyası dedikdə, fiziki şəxsin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya edən hüquqi şəxs başa düşülür. Xarici ölkədə işləmək üçün dövlətlərarası sazişlər olmalıdır. Işə dəvət edən şirkət tərəfindən rəsmi olaraq müqavilə imzalanmalı, xarici ölkədə işlədiyi müddətdə social sığortalara təminat verilməlidir. Sosial səbəblər – sosial və tibbi xidmətlərin yüksək səviyyədə olması, sosial sığorta təminatı, yaxşı təhsil.

46.Müasir miqrasiyanın ailə, milli, dini,etnik formları 47. Deportasiya və onun acı nəticələri.
Deportasiya (lat. Deportatio — qovulma, sürgün) — hansısa şəxsin və ya hansısa kateqoriyaya aid edilən şəxslər qrupunun məcburən, kanvoy altında digər dövlətə və başqa yaşayış yerinə sürgün edilməsi.[1]Deportasiya həm də müvafiq icazə olmadan dövlətin ərazisində olan xarici vətəndaşlara və “arzu olunmayan şəxslərə” münasibətdə tətbiq olunur. Mülki əhalinin de portasiyası işğalçı hakimiyyət orqanları tərəfindən dinc sakinlərin tutduqları ərazidən normal yaşayış üçün az əl verişli olan başqa rayona məcburi olaraq köçürülməsində, didərgin salınmasında ifadə olunur. Deportasiya həm müharibə şəraitində (əgər deportasiya düşmən dövlət tərəfin dən həyata keçirilirsə-müharibə cinayətləri kimi, həm də dinc şəraitdə baş verə bilər. Hər ikisinin qadağan olunma sına və imperativ norma kimi dövlətlərə şamil olunmasına baxmayaraq deportasiyalar yenə də baş verir. Deportasiyanın ictimai təhlükəliliyi əhalinin uzunmüddət olduğu qanuni yaşayış yerlərindən zorla çıxarılması ilə müşayiət olunan və insanların kütləvi şəkildə ev-eşiyindən, doğma torpağından, ölkəsindən qovulması ilə nəticələnən hərəkətlərlə xarakterizə olunur. Deportasiya məsələsində əsasən iki ifadəyə – “əhalinin qanuni yerləşdiyi yerlərdən başqa yerlərə qovma” və “digər məcburi hərəkətlələ didərgin salma” ifadələrinə diqqət yetirmək lazımdır. 1947-1953-cü illərdə Ermənistanda Azərbaycanlıların de-portasiyasını misal göstərə bilərik. Deportasiya cənnətdən qovulmaq, vurulmuş ümidlər, qəhr olmuş gələcək, tərk etdiyin yerə boynubükük qayıtmaq, hər şeyi sıfırdan başlamaq deməkdir.



Yüklə 243,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin