48. Qadınların və uşaqların insan alverinə məruz qalması . Qızlar/qadınlar üçün təhlükələr:
Məcburi fahişəliyə cəlb edərkən istismar.
İstismarın bu növünə qızların və qadınların istismarına tez-tez rast gəlinməsidir.Bu alverə bəzən qadın alveri də deyilir. Burada orta yaş həddi 15-25 yaş nəzərdə tutulur. Gənc yaşında qadınların istismara məruz qalmasıdır. Bəzən elə hallara da rast gəlinir ki, çəcburi fahişəliyə 15 yaşdan aşağı qızlar, 40 yaşdan yuxarı qadınlar da cəlb olunur.
Məcburi nikah.
Qızlar və qadınlar üçün təhlükənin bu formasının bəzən “poçt vasitəsilə evlənmə” adlandırılmasıdır. Qəzet elanlarında, internet səhifələrində varlı əcnəbilərin evlənmək məqsədilə qadınlarla tanış olmaq elanlarına tez-tez rast gəlinməsidir. Qeyd edək ki, verilən bu elanların heç də hamısı təhlükəli deyil, amma xarici ölkələrdə xoşbəxtlik axtaran qadınlar nikah adı altında istismarın olma ehimalını yaddan çıxarmamalıdırlar.
İnsan orqanlarının köçürülməsi
Şəxsin razılığı olmadan, məcburən daxili orqanlarının alınmasıdır. Təcrübə labarotriyasında insan toxumalarından istifadə edilməsidir. Orqan köçürülməsində yaş və cinsə o qədər də fərq qoyulmamasıdır. Ancaq orqanın sağlam olması vacib olmalıdır. Belə bir formanın bütün insanlar üçün təhlükə olmasıdır.
Uşaqların istismar olunma təhlükəsi
Uşaq alverinin müxtəlif formalarının mövcud olmasıdır. Uşaqlardan məcburi əməkdə, dilənçilik və oğuruluqda istifadə olunmasıdır
“Dilənçiliyin” qurbanları çox vaxt dilənmək üçün təlim keçmiş uşaqlar olur. Onlar həm cinayətkar şəbəkələr, həm də öz ailələri tərəfindən istismar olunurlar. Uşaqlar 20.000 avroya satılmışlar və onlar ildə 100.000 avrodan çox gəlir gətirə bilərlər. Dilənçilik Aİ dövlətlərində yayılmaqda olan yeni hədələrdən biridir. Müstəqil Dövlətlər Birliyində uşaqlar uşaq evlərindən alınmış və insan alverçilərinə satılmışdır, yaşlı və zəiflər dilənçilik etməyə məcbur edilmişlər və qurbanların daha çox gəlir qazanmaq üçün şikəst edildiyi hallar da vardır.
49. İnsan alveri qurbanları olan kişilərin kölə kimi kənd təsərrüfatında və qapalı yerlərdə işlədilməsi
İnsan alverinə və istismarın müxtəlif formalarına qarşı zəiflik genderdən irəli gəlir. Qadınlar və qızlar cinsi istismar, ev qulluğu və qayğı sahələri üçün insan alverinə məruz qaldıqları halda, kişilər və oğlanlar xüsusən kənd təsərrüfatı, tikinti, mədən işləri və ya meşə təsərrüfatı yaxud da balıqçılıq sahələrində məcburi əməyin qurbanlarına çevrilirlər. Bundan əlavə insan alverinin formasından və genderdən asılı olaraq, insan alverinin qadınlar və kişilər üçün qısa və uzunmüddətli fəsadları müxtəlif ola bilər.
İnsan alverçiləri öz ovlarının necə və hardan seçəcəklərini yaxşı bilir. Araşdırmalar göstərir ki, insan alverinin qurbanına çevrilən xanımların yaş həddi əsasən 20-35 yaş arasında olur. İnsan alverçiləri bu yaşda olan qızları öz işlərinə daha çox cəlb edirlər. Kişilər arasında da bu yaşda olanlar insan alverinin qurbanına çevrilir. Belə ki, adətən, 25-40 yaş arasında olan kişilər daha güclü olduğundan insan alverçiləri onları istismar edirlər. Kişilər — insan alverinin qurbanı ola bilirlər. İnsan alveri ilə məşğul olan cinayətkarlar, əsasən 19 yaşından 55 yaşınadək kişiləri əməyin istismarına cəlb edirlər. Ölkə vətəndaşları olan kişilər bəzən mövsümi xaraklerli işlərlə bağlı ölkəni qısamüddətli tərk edirlər. Başqasının əməyinin istismarı bahasına gəlir əldə etmək istəyən cinayətkarlar belə insanların etibarından sui-islifədə edərək onları toplayaraq xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar. Belə insanlar uzun müddət kölə vəziyyətində çalışdıqdan sonra xəstə, yarımcan halda ölkəyə, öz ailələrinin yanına qayıdır. Bəzən belə kişilər özlərini günahkar saydıqları üçün ailələrinin yanına dönməkdən çəkinirlər. Gənclər və kişilər üçün təhlükələr:. Kənd təsərrüfatı, istehsal və tikintidə məcburi əmək. Gənclər və kişilərin müxtəlif fiziki işlərə cəlb olunmasdır. Torpaq qazıntıları, yükdaşıma, dağ-mədən sənayesi, inşaat və s.sahələrdə olan işlərin olmasıdır. Borca görə alverçi qurbanı işlədir, onu qapalı, məhdud şəraitli yerdə saxlayır, bəzən şantaj etməklə işinə görə əmək haqqının verilməməsi hallarının geniş yayılmasıdır. Cinayətkar fəaliyyətə məcburi cəlbetmə.
Gənclər və kişilərin bir çox hallarda məcburi olaraq cinayətkar fəaliyyətə cəlb edilməsidir. Bunlar narkotiklərin, silahların daşınması, oğurluq, xəsarət yetirmə, adam öldürmə kimi cinayət formalarından ibarətdir. Borcunu ödəmək məqsədilə psixi və fiziki zorakılığa məruz qaldıqdan sonra insanın cinayət törətməyə məcbur edilməsidir.
Seksual xidmətlərin göstərilməsi
Kişilərin aldadaraq seksual xidmətlərin göstərilməsinə cəlb olunmasıdır. Ən çox onların homoseksual xidmətlərin göstərilməsinə (əsasən azyaşlı oğlanlar) cəlb olunmasıdır. Oğlanların pedofillər üçün istehsal olunan pornoqrafik filmlərdə istifadə olunmasıdır. Son zamanlar daha çox nəzərə çarpmaqdadır.
Məhz buna görə də ümumi dünya təşkilatları insan alverində iki aspektə daha çox diqqət yetirirlər.
Miqrant – uşaqların müdafiəsi
İstismarçıların, iqtisadi inkişafı aşağı ölkələrdən azyaşlıların seksual xidmətlərin göstərilməsi, onların pornoqrafik filmlərdə istifadə olunması məqsədilə uşaqları (azyaşlı oğlanları) satın almasıdır.
Terror qrupların ordusuna satılması.
Bu əsasən oğlanların və kişilərin istismarının yeni forması olmasıdır. İnsan alverinin bu forması ilə indiyədək az faktın qeydə alınmasıdır.
Uşaqların istismar olunma təhlükəsi.
Uşaq alverinin müxtəlif formalarının mövcud olmasıdır. Uşaqlardan məcburi əməkdə, dilənçilik və oğuruluqda istifadə olunmasıdır. İnsan alveri formalarını bu və ya digər cinsə və ya yaş qrupuna ayırmağın çətinliyidir.
Çünki, insan alverinin hər hansı bir növü yaşından asılı olmayaraq istər qadınlara, istərsə də kişilərə aid olmasıdır. Müasir cəmiyyətdə hələ də elə bir fikir vardır ki, insan alverinin toruna ancaq zəif, özünü müdafiə edə bilməyən uşaqlar və qadınlar düşürlər. Faktlar göstərir ki, oğlanlar və kişilər qadın və uşaqlardan heç də az istismara məruz qalmırlar.
Dostları ilə paylaş: |