36. İnsan alveri qurbanlarının reabilitasiyası
Reabilitasiya proqramları aşağıdakılardan ibarətdir:
1.İnsan alveri qurbanını vətəninə çatdırmaq, aeroportda qarşılamağı və səyahət zamanı qurbanı müşayət etməyi
2.Qorunmanın təminatı
3.Hüquqi yardım edilməsi
4.Sosial, psixoloji, tibbi yardım göstərilməsi
5.Sığınacaq verilməsi
6.Sənədlərin bərpa edilməsi
7.Təhsil prosesinə inteqrasiyasını təmin etmək
8.Professional vərdişlərin qazanılması və yeni sənət öyrənməyin təmin oolunması
9.Əmək bazarına şəxsin qayıtması
10.Sığınacaqdan sonratəhlükəsiz mühit
11.Yaşayış yeri və yaşamaq üçün imkanların yaradılması
12.Müəyyən dövr üçün övlarına dəstək
13.Cəmiyyətə və ailəyə inteqrasiyanın təmin edilməsi
14.Stiqma və diskriminasiyadan azad yaşama
15.Uzunmüddətli sosial müşayiət
İnsan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir.
37. Tələbələr arasında insan alveri ilə bağlı hüquqi şüurun və maariflənmə işinin aparılması
Tələbələr arasında insan alveri ilə bağlı hüquqi şüurun və hüquq mədəniyyətinin yaradaılması məsədilə maariflənmə işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2005-ci il tarixli 958 nömrəli fərmanı ilə təsdiq olunmuş “İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununa” əsasən, təhsil müəssisələrinin tədris planlarında insan alverinin profilaktikasına və qarşısının alınmasına yönəldilmiş kurslar təşkil edilməli, təhsil müəssiələri, uşaq evləri, internat məktəbləri və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntusunun profilaktikasını həyata keçirən digər orqan və müəssisələrdə xüsusi proqramlar hazırlanaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli, 131 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının müəyyən edilməsi”. İnsan alveri problemi sosial-hüquqi, fəlsəfi, tibbi, psixoloji mahiyyət kəsb edir. Lakin bütün bunlar ayrı-ayrılıqda deyil, vəhdət halında öyrənilməlidir. İnsan alveri anlayışını müəyyən edən əsas elementlər aşağıdakılardan ibarətdir: fəaliyyət (insanların cəlb edilməsi, daşınması, başqasına verilməsi, əldə edilməsi), vasitələr (güc işlətmə və ya güc işlədəcəyi ilə hədələmə və digər formada məcburiyyət, oğurlama, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və ya köməksizlikdən sui-istifadə yolu ilə, yaxud başqa şəxsə nəazrət edən şəxsin razılığını pul və ya fayda verməklə alma yolu) və məqsəd (istismar yolu ilə maddi və ya digər gəlirin əldə edilməsi).
Proqram 16 saatlıq mühazirə kursu üçün nəzərdə tutlmuşdur.
Nəzərdə tutulan mövzular tələbələrin insan alveri, onun qurbanları, sosial-fəlsəfi, tibbi, psixoloji və reabilitasiya və s. Sahələrdə bilikləri mənimsəmələrini və ondan qorunma yollarını öyrənməyə imkan verəcəkdir.
38.39
İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma həyata keçirilir.
İnsan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına xidmət edən “qaynar xətt” barədə ictimaiyyətin məlumatlandırılması davam etdiriləcək, xidmətdə çalışan operatorlara mütəmadi təlim keçirilməsi, bu xətlərin təhlükəsizliyinin və ondan istifadə edən şəxslərin konfidensiallığının, həmçinin xidmətin təşkilati-texniki imkanlarının artırılmasının təmin edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.
İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə metodik-tədris vəsaitlərinin hazırlanması, insan alverinə qarşı mübarizəyə dair elmi tədqiqatların aparılmasının təmin edilməsi və əldə edilmiş nəticələrdən mübarizə tədbirlərinin səmərəsini artırmaq üçün istifadə edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən insan alverinin profilaktikası müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.İnsan alverinin proflaktikasının müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilməsi.
İnsan alverinin proflaktikası üzrə tədbirlərə aşağıdakılar daxildir:
1.İnsan alverinin qarşısının alınması, gender aspektləri üzrə elmi-tədqiqat işlərinin aparılması
2.İnsan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəlmiş proqramların hazırlanması və həyata keçirilməsi.
3.Qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi.
4.İnsan alveri qurbanlarının ictimai faydanı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi.
5.İnsan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi.
6.İnsan alverinin potensial qurbanları arasında maarifləndirmə və təqdimat işinin təşkil edilməsi onların insan alverinin qurbanlarını gözləyən təhlükə , dövlət tərəfindən təmin edilən tədbirləri.
7.Uşaqların baxımsızlığına və kimsəsizliyinə şərait yaradan səbəb və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldimiş sosial, hüquqi, pedaqoji və digər tədirlər və ondan səmərəli istifadə edilməsi.
8.Təhsildən yayınan uşqaların aşkar edilməsi, onların tərbiyə edilməsi və təhsil olmaları üçün tədbirlərin görülməsi.
9.Təhsil müəssisələri, uşaq evləri, internat məktəbləri və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən digər orqan və müəssisələrfə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi.
10.İnsan alverinə qarşı mübarizəni həyata keçirən orqanların əməkdaşlığı üçün tədris kurslarının təşkil edilməsi
Dostları ilə paylaş: |