A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


İnkişaf strategiyaların hazırlanması



Yüklə 3,11 Mb.
səhifə186/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   182   183   184   185   186   187   188   189   ...   212
13.3. İnkişaf strategiyaların hazırlanması

üçün əsas qaydalar və prosedurlar
Şirkətin strategiyasının formalaşdırılmasına bir çox amillər təsir edir. Bu amillərin qarşılıqlı təsiri və şirkətin hər bir sahəsi üçün spesifik xarakter daşıyır və hər zaman dəyişir.

Heç vaxt eyni seçim strategiyaları oxşar hallarda baş vermir. Strategiyanı müəyyənləşdirən amillər, bir qayda olaraq, bir-birindən fərqli olur. Strategiyanı formalaşdıran əsas amillər aşağıdakılardır:

- sosial, siyasi, mülki və tənzimləyici normalar;

- sənayenin və rəqabət şəraitinin cəlbediciliyi;

- xüsusi bazar imkanları və təhlükələr;

- təşkilatın güclü və zəif cəhətləri, onun rəqabət imkanları;

- personal ambisiyalar, biznes fəlsəfəsi və menecerlərin etik və dünya görüşləri;

- şirkətin dəyərləri və mədəniyyət.

Nəticədə yarana biləcək, şirkətin inkişaf strategiyası aşağıdakıları özündə cəmləşdirir:

- şirkətin müxtəlif aspektlərini özündə birləşdirir və həyat müddətini müəyyən edən bütün kollektivə aiddir;

- qaydaları və prosedurları vasitəsilə dəqiqləşdirilmiş, nəzərdə tutulan məqsədlərə nail olmaq üçün tədbirlər kompleksidir.

Seçilmiş strategiyalarının əsas prinsipləri aşağıdakılardır:



  1. Rasional strategiya özündə üç mühim tərkib hissəni birləşdirir:

- əsas məqsəd və vəzifələr;

- ən mühüm qaydalar, fəaliyyət dairəsini məhdudlaşdıran prosedurlar;

- məqsədlərin nail olunmasına yönəlmiş tədbirlərin ardıcıllığı.

Çünki strategiyanın ümumi inkişaf istiqaməti yalnız müəyyən edir ki, sadəcə təsbit edilmiş məqsədlərin nail olmaq proqramlarına nail olmaqdır və onun təkamül məqsədləri strategiya zamanı nəzərə alınmalıdır.

2. Səmərəli strategiya və istiqamətlər bir neçə məhdud konsepsiyaların ətrafında inkişaf edir ki, zamana uyğun tarazlığın sabitliyini onlara verir. Bu istiqamət müvəqqəti ola bilər, başqaları strategiyanın həyata keçrilməsini özündə sonuna qədər saxlayır. Bu zaman onun fəaliyyətini əlaqələndirmək la­zımdır. Hər bir istiqamətin "xərc və gəlir“ nisbəti ətrafında asılı olaraq lazı­mınca təmin olunması vacibdir.

3. Strategiya gözlənilməz deyil, lakin çox vaxt naməlum amillərdən səbə­blənə bilər. Heç bir mütəxəssis dəqiq proqnoz verə bilməz, rəqabət aparan qüv­vələr özünü necə aparır və ya aparacaq, hansı amillər təsir göstərəcək və ümu­miyyətlə, şirkətin əzəmətli uğuru və ya uğursuzluğunu gözləmək müm­kün­dürmü? Prosesin mahiyyətində strategiyanın hazırlanması ondan ibarətdir ki, qarşıya qoyulan məqsədlərə çatmağı təmin etmək üçün kifayət qədər güclü və çevik mövqe tutmaqdan ibarətdir.

4. İdarəetmə səviyyəsində hər kəs öz strategiyasını hazırlamağı bacarmalıdır. Bu zaman strategiyaların ardıcıllığı daha yüksək səviyyədə müəyyən olunmalıdır. Vacib deyil ki, strategiya hazırlanıb, amma çox vacibdir ki, ayırıb birləşdirən nəticələr nəzərə alınsın.

İqtisadiyyat strategiya üçün səmərəli olub, onun işlənməsi zamanı bəzi tələblər nəzərə alınmalıdır və bunlar hansılardır:

- mövcud strateji hədəflərdə dəqiq ifadə olunmuşdur ki, o gələcəkdə nəyə nail olmaq istəyir, əgər bunlar yoxsa, onda fəaliyyət zamanı hansısa strategiyaların hazırlanmasına başlamaq faydasızdır;

- şirkətin bütün əməkdaşları üçün marketinq təfəkkürünün təmin edilməsi çox önəmlidir. Strategiya o halda səmərəli olur ki, əməkdaşların maraqları və dəyərləri onların üzərinə düşən rola uyğundur və əgər onlar öz şirkətlərinin çiçəklənməsində əməkdaşlığa həvəs göstərirlər. İnsan kapitalının əhəmiyyəti, yəni bilik, bacarıq, nou-hau, toplanmış təcrübə, kapitallaşdırılma artacaq və bu şirkətin əməkdaşlarının sayı daima artacaq.

- strategiyanın xarici mühitlə əlaqəsi çevik olmalıdır. Məsələn, rəqiblərin üzərinə gözlənilməz hücum həyata keçirən şirkətin rəqabət mövqelərinin güclənməsi;

- strategiya o halda səmərəli olar ki, əgər şirkət mövqeyinin müdafiəsini etibarlı təmin etməklə, müdafiyə sisteminin yaradılması haqqında, hücumu gücləndirilmək haqqında daim düşünsün. Qarşı tərəfin və özünün güclü və zəif cəhətlərini təhlil edərək, bütün digər məsələlərə qayğı ilə yanaşması vacib şərtdir.

Ümumiyyətlə, strategiyanın inkişaf prosesi ardıcıl məlhələlərdən ibarətdir. Bir neçə müəlliflər strateji idarəetmə mərhələləri ilə strategiyaların inkişafını müəyyən etmişlər. Biz isə şərh edirik ki, əgər o həqiqətən, "strateji idarəetmədirsə, inkişaf və strategiyanın həyata keçirilməsi təkrarlanan prosesdir və bu yanaşma əsaslandırılmalıdır.

Strategiyanın hazırlanması prosesi özünün potensial imkan və təhlükələrinin üzə çıxarılması və şirkətin risklərini qiymətləndirilməsini, xarici mühit tərəfindən mümkün alternativlərin mühitə daxil edilməsi önəmlidir. Bundan başqa, hər hansı bir strateji qərar qəbul etməzdən əvvəl strategiyanı şəxsi və ucuz əldə olunan ehtiyyatlarla, həmçinin, bütün güclü və zəif tərəflərin menecerlər tərəfindən qiymətləndirilməsi lazımdır. Risklərə qarşı obyektiv qiymətləndirmək qabiliyyəti şirkətin mövcud imkanlarından istifadə etməklə həyata keçirməlidir. Mövcud bazar imkanları və güclü şirkətlər arasında strateji alternativə söykənən səmərəli fəaliyyət göstərmək üçün riskin səviyyəsi aşağı endiriləcək ki, bu məsələyə iqtisadi strategiya kimi baxmaq mümkün olsun.

Strategiyanın inkişaf prosesi: ilkin mərhələdə strategiyanın hazırlanması üçün şirkətin daxili vəziyyətinin hərtərəfli təhlili aparılır, nəticədə onun güclü və zəif cəhətləri ayrılır, qarşıya qoyulmuş məqsədlərə nail olunması istiqamətində fəaliyyət göstərilir və ehtiyyatlarla təminat imkanları qiymətləndirilir.

Bu zaman şirkətin öz (strateji zonalar arasında xüsusi təsərüfat vəsaitlərin yenidən bölüşdürülməsi) ehtiyyatlarını əldə etmək imkanını, həm də bəzi ehtiyatları xaricdən (məsələn, istiqrazlar) əldə edə bilər. Həmin mərhələdə xarici (makro) və daxili (mikro) səviyyədə olan şirkətlər ətraflı öyrənilir, riskin qiymətləndirilməsi və təhlükələrin aşkar edilməsi imkanları nəzərə alınmalıdır. Biznesin inkişaf strategiyasının hazırlanması prosesi özünü şirkətin təhlili zamanı onun fəaliyyət növlərinin qiymətinin müəyyən dərəcədə qarşılıqlı əlaqəsi və qarşılıqlı fəaliyyətin müxtəlif səviyyələri arasında təsərrüfatçılıq və strateji zona arasında qarşılıqlı əlaqənin yaradılması bura daxildir.

İlkin mərhələdə gələcəkdə tətbiq ediləcək strategiyanın öyrənilməsi onun səmərəliliyindən xeyli dərəcədə asılıdır. Mahiyyət etibarilə optimal strategiyanın ən son halda uyğunlaşdırılması üç çevrəli və ya, ən azı fəaliyyət meydanının maksimallaşdırılmasının kəsişdiyi nöqtənin ətrafında ola bilər.

Bazarın imkanları və ehtiyyatların məqsədləri:

İkinci mərhələdə biznesin inkişaf strategiyasının hazırlanması və strateji al­ternativlər formulunu xarici mühitin müxtəlif vəziyyətinə görə, şirkətin strateji məqsədlərinə görə nəzərdə tuta bilər. Müxtəlif alternativlər olduqca çox ola bilər, lakin təcrübədə onlar məhduddur. İqtisadi inkişaf səviyyəsinin və şirkətin təşkilati mədəniyyəti və s. məsələlər bura daxildir. Heyətin ixtisas­laş­ması və maliyyə ehtiyyatlarının olması, şirkətin potensial imkanlarından və ye­nilik dərəcəsindən asılı olaraq, məqsədləri və xarici mühitin tələblərinə əsas­lanmalıdır.

Məsələn, əgər şirkətin strateji məqsədi coğrafi cəhətdən genişlənmədirsə, məhz bu zaman hər hansı bazarda payı müəyyən qədər də olsa artırmaq istəyirsə, onda mümkün olan bütün bazarların tələblərini ödəmək iqtidarında olan şirkət mövcud ehtiyyatlardan istifadə etməlidir. Alternativ qismində həmin bazarların əldə olunması, bu məqsədli həcmi yalnız onların gələcək qiymətlən­dirilməsi üçün seçilməsi ilə səciyyələnməlidir.

Biznesin inkişaf strategiyasının işlənilməsinin üçüncü mərhələsi seçilmiş strateji alternativlərin qiymətləndirilməsindən ibarətdir. Müvafiq olaraq xarici mühitə, şirkətin məqsədlərinə və onun ehtiyatlarına, strateji alternativə və şirkətin digər strategiyalarına zidd getməməlidir.

Biznesin inkişaf strategiyasını şirkət seçir və sanki, qalereyada nümayiş etdirir. Bu zaman məlum olur ki, üç qrup arasında ziddiyyətlər var:

- uzun və qısa müddətli göstəriciləri arasında;

- daxili və xarici mühit arasında sabitlik;

- sabit və çeviklik fəaliyyət arasında olan illik satışın həcmi.

Dördüncü mərhələdə biznesin inkişaf strategiyasının hazırlanması bir və ya bir neçə ən yaxşı strategiyaların seçilməsindən ibarətdir. Səmərəli və sərfəli strategiyanın seçilməsində və onun tələblərinə əməl ediməsində məqsədəuyğun qaydalar mövcuddur və bunlar aşağıdakılardan ibarətdir:

1. Ən mühüm meyarlardan biri iddia olunan strategiyadır ki, SWOT təhlili nəticəsində əldə edilən strateji amillər ilə uyğun olandır. Strateji alternativlərdə kənar xüsusiyyətlər və şirkətdə əsas güclü amil istifadə olunmur və üstəlik şirkətin xarici təhlükələrini zəif hesab etmir bu çox güman ki, uğursuzluğa məhkum olmaq deməkdir;

2. Mühüm olan strategiyanın seçilməsi zamanı müəyyən edilməlidir ki, strateji alternativlərdən əvvəllər istifadə edənlər müvəfəqiyyətlər əldə edə biliblərmi? Bu korporativ missiyaya uyğundurmu?

3. Sizcə strateji alternativi dəstəkləyən bütün funksional strategiyalar qarşılıqlı təmin olunmalıdırmı?

4. Bu əsas vəsaitləri cəlb edirmi, xüsusilə alternativ olan riskiləri aradan qaldırmaq mümkündürmü?

5. Şirkətin həm xarici və həm daxili mühitinə aid strateji alternativlər müxtəlif maraq qruplarına cavab verə bilirmi?


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin