A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Biznesin inkişaf strategiyasının tərtibatı zamanı məhsulun nəzərə alınması



Yüklə 3,11 Mb.
səhifə83/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   79   80   81   82   83   84   85   86   ...   212
6.4. Biznesin inkişaf strategiyasının tərtibatı zamanı məhsulun nəzərə alınması
Yaradılan istənilən şirkət cəmiyyətdə vəziyyətinin necəliyindən asılı olmayaraq, o nə ilə məşğul olur və bu zaman hansı məqsədləri güdür, mövcud olmaq və inkişaf etmək üçün xarici mühitdən nə isə götürməli və xarici mühitə nə isə verməlidir. Bu zaman, əgər şirkət biznesin hansısa növü ilə məşğul olursa, o ətrafına istehsal etdiyi məhsulu verir, bununla da öz gələcək mövcudluğunun mümkünlüyünü təmin edir.

Lakin tam əminliklə demək olar ki, işgüzar şirkətlər üçün bu yeganə srateji üsul deyil, lakin bu strategiya əsasında, əsas maliyyə kanalları ailəsi ilə şirkəti birləşdirir. Daha sonra aparacağımız təhlilər yalnız və yalnız işgüzar şirkətin məhsulları haqqında, xarici şirkətə nisbətdə, istehlakçıya satılan məhsullar haqqında söhbət gedəcəkdir.

Bu bölmədə aparacağımız təhlilərin məqsədi - iki sualın baxılmasından ibarətdir:

• Biznesin inkişaf strategiyasına əsaslanaraq, məhsul istehsalının strategiyasının idarə olunmasının necə başa düşüldüyü və hansı xüsusiyyətlər məhsulun strateji idarəetməsini də nəzərə alınır;

• Biznesin inkişaf strategiyasına əsaslanan strateji idarə olunan məhsul konsepsiyası kimi, bazarda şirkətin rəqabət davranışı, eləcə də menecmentin əsas funksiyaları nəzərə alınır.

Biznesin inkişaf strategiyasının hazırlanması və həyata keçrilməsi zamanı düşüncələr üçün konkret vəziyyət təhlil edilməlidir. Kompyuter texnikasının Azərbayca Respublikasında əvvəllər əsas alıcıları böyük dövlət və kommersiya strukturları sayılır. Ona görə də, bütün aparıcı kompyuter istehsalçıları olan şirkətləri regionda bu biznesə yönəldirlər. Kompyuter texnikasının böyük sifarişləri üçün sərt rəqabət mübarizəsi gedirdi. Belə sifarişlərin üstünlükləri göz qabağında idi, lakin əgər o dövrlərdə ödəniş tutulsa idi ciddi təhlükələr və problemlər yarana bilərdi. Qərb bazarında çox fərdi "ev" kompyuterləri çoxdan var və inkişafı da daim artır. Kompyuterin DVD-ROM kimi olması ilə məişətdə ev televizoru kimi yer tutub.

Elektron sənayesinin Amerika Assosiasiyasının hesablamalarına görə, son illərdə ABŞ-da fərdi kompyuterlərin satış həcmi proqram təminatının dəyəri nəzərə alınmadan 8 mlrd dol keçib və televizorların satış həcmindən çox az fərqlənir. Azərbaycan Respublikasında isə fərdi "ev" kompyuterləri praktiki olaraq bazarda yeni - yeni yaranmağa başlayır. Təkcə ona görə yox ki, belə kompyuterlər azərbaycanlıların əksəriyyəti üçün lazımlı deyil, həm də ona görə ki, bu bazar yüksək texnalogiyalı olduğundan onu yaratmaqdan sahibkarlar sanki qorxurlar. Başa düşürlər ki, hal - hazırda Azərbaycan bazarında fərdi "ev" kompüterlərinə tələbat kəskin şəkildə aşağı düşmüşdür.

Hal - hazırda Azərbaycan Respublikası istehsalçıları fərdi kompyuterləri idxal olunan dəstləşdiricilərdən toplayırlar. Buna görə də, onların biznesi, ilk növbədə, təlabat olan bazarları axtarıb tapmaqdan, həm də bu bazarlarda dəstləşdirici hissələrin və kompyuterlərin gömrük rüsumlarının səviyyəsindən və Azərbaycan Respublikası hökumətinin siyasətindən çox asılıdır. Bu hal Azərbaycan biznesini bu sahədə çox mürəkkəb edir.

Kompyuter biznesinin hal - hazırda çətinliyi həm də ondan ibarətdir ki, bu kompyuterlərin ölkədə yığılmasının daha ucuz, lakin daha az keyfiyyətdə olması yaradır, tanınmış qərb firmalarının daha keyfiyyətli texnikası rəqabət mühitində alıcıların diqqətini özünə daha çox cəlb edir. Bu vəziyyətdə olan yerli kompyuter istehsalçıları dövlət dəstəyinə baxmayaraq çox az saylı sahibkarlar bu biznesə investisiya qoyaraq, qalmaq və işləmək istəyirlər.

Lakin bəzi sahibkarlar kompyuterlərin kommersiya əsasında bəzi şirkətlər bazarı bu çətin­liklərə baxmayaraq, öz bizneslərini çox uğurla aparırlar. Belə istehsalçılar sıra­sına Moskva "DNS computers" şirkəti daxildir. Son dövürlərdə bu şirkət öz həcmini dəfələrlə artırmağa nail olmuşdur. Bu şirkətdə çalışanların sayı da müvafiq qaydada əlbəttə artmışdır və kollektivin əsasını milliyyətcə azərbaycanlılar təşkil edir. Bunun üçün kollektiv ictimai - iqtisadi tədbirləri keçirilir, əməkdaşlar şirkətin apardığı sosial siyasətdən bəhrələnirlər.

Texnokratın əksər keçmiş əməkdaşları, eləcə də şirkətin dəyişməyən strateji daxili ruhu ifrat arxayınçılıq üçün zəmin yaradır. Belə ki, məsələn, əgər son dövrlər şirkətin əməkdaşları tərəfindən müstəqil şəkildə istehsal olunan məhsullar və xidmətlər haqqında kataloq hazırlanıbsa, artıq bu özü-özlüyündə yaxş göstərici hesab edilə bilər. Mütəxəssislərin fikrincə, müəyən dövürdən sonra bütün şirkətlər çatışmazlıqlardan əziyyət çəkir, lakin bəzi hallarda biznesin inkişaf strategiyasına şirkətdə uzun zaman işləyən peşəkarlar stabil əməkhaqqı aldıqlarından, innovativ siyasətə mane olmağa çalışırlar.

1994-cü ilin yazında Cənub-Şərqi Asiya bazarlarında bir sıra səbəblər üzündən lokal xarakter daşıyan, yarımkeçirici məmulatlara və sxemlərə, fərdi kompyuterlərin yığılması zamanı istifadə olunan ehtiyat hissələrinə qiymətlərin kəskin ucuzlaşması baş verib. Digər ölkələrin kompyuter şirkətləri bu yolla pul qazanmaq imkanı əldə etdi.

Lakin ilk baxışda bunu etmək asan deyildi, çünkü ucuz hissələrin olması bəzi şirkətlərin rəhbərlərinin ucuz kompyuter yaradılması barədə fikrinə gətirib çıxardı. Artıq bu kompyuterləri dövlət təşkilatları və kommersiya firmaları yox, məhz sadə vətəndaşlar evdə istifadə etmək üçün almağa başladılar.

Əvvəlcə bazarda yaranmış bu fikir istehsalçı şirkətlər arasında tam dəstək tapmadı. Lakin, buna baxmayaraq, hər halda bu fikir getdikcə möhkəmləndi və çevik şirkətlər "xalq" fərdi kompyuterin sərfəli buraxılışına başlamaq qərarına gəldi.

Artıq nəinki şirkətlər hətta dövlətlər də kompyuter konsepsiyasının hazırlanmasına qərar verməyə başladı və əvvəlcədən bu layihələrin uğurunun təmin olunması üçün dörd şərti müəyyən edildi.

Birincisi, kompyuter maksimum ucuz olmalıdır. Bunun üçün monitordan imtina edib, monitor qismində alıcılara onlarda olan televizordan istifadə etmək təklif edildi.

İkincisi, kompyuter oyun cihazları xüsusiyyətlərinə malik olmalı idi, məşhur “Dendi” oyunundan pis olmamaq şərtilə.

Üçüncüsü, bu cür kompyuterlərin bazarı olmadığı halda, şirkətlərin öz kompyuterlərini tanıdan geniş reklam çarxları olmalı idi.

Dördüncüsü, qiymətin nisbətən aşağı olmasına baxmayaraq, kompyuterlər yenə də qiymət baxımdan alıcıların əksəriyyətinə çox baha görünürdü, ona görə də, kompyuterlərin möh­lətlə ödənilməsi sxemini hazırlamaq və həyata keçirmək lazım idi. Bununla şirkətlər ilk 6 ayında istehlak bazarında çoxlu sayda kompyuter sata bildi.

Məhsul istehsalına aid dərsin seçilməsi, məhsulların satış həcminin genişləndirilməsi və ya məhsulun yenisi ilə tam əvəz edilməsi, yaxud yalnız qismən dəyişiklik edilməsi və s. bu və bir çox digər oxşar sualları firmanın strateji idarəetməsinin ali rəhbərliyi həll edir.

Bu suallara cavab bir neçə amillərin təsiri altında formalaşır. İlk növbədə məhsul strategiyası firmanın strategiyasından asılıdır. Hərçənd ki, məhsulun strategiyası firmanın ümumi strategiyanın elementi sayılır və onun məqsəd­lərinə, xarakterinə müvafiq olaraq müəyyənləşdirilir və onun strategiyası, bu strategiyanın hazırlanmasına birbaşa təsir göstərən ayrı-ayrı amilləri qeyd etmək olar.

Apardığımız təhlillərin səmərəli olması üçün, biz çox mühüm əhəmiyyət kəsb edən üç amili daima diqqət mərkəzində saxlamalıyıq ki, qarşıya qoyduğumuz məqsəddən uzaqlaşmayaq. Bunlar aşağıdakılardan ibarətdir:

1. Firmanın rəqabət mühiti və rəqabət strategiyası;

2. Firmanın məhsul portfelinin vəziyyəti;

3. Marketinq firmanın idarə olunmasında tutduğu yer.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin