Həyat tsiklinin mərhələsi
Məhsulun həyat tsikli dörd fazadan ibarətdir:
• Məhsulun bazara çıxışı;
• Artım;
• Yetkinlik;
• Bazardan getməsi.
Çıxışın birinci mərhələsi məhsul bazarında onunla səciyyələnir ki, məhsul yenidir, bazar onun üçün yaradılır. Buna böyük xərclər tələb olunur. Səy göstərmək lazımdır ki, bazarda məhsul istehsalı və nöqtəsi üçün qarşılanmış (break-even point) zəruri minimum həcmini müəyyənləşdirən zərərsizliyi əldə olunub. Məhsulun həyat dövrünün ikinci mərhələdə məhsulun bazarda sürətlə genişlənməsi baş verir. Alıcı məhsulu qəbul edir, satışı genişləndirir, həm də şirkətin mənfəət əldə etmək imkanını yaradır. Çünki ikinci mərhələdə məhsula tələbat da kəskin artır. Lakin bu mərhələdə öz çətinlikləri yaranır, bu da onunla bağlıdır ki, rəqiblər də analoji məhsul təklif edirlər. Ona görə də, şirkətin ikinci mərhələ cari vəzifələr alıcıların marağının həmin məhsula cəlb olunması üçün yönəlməklə, öz markalarını daha yaxşı tanıtmağa istiqamətlənir. İkinci mərhələdə alıcılarla rəqabət mübarizəsi, bazarda isə şirkətin payı uğrunda mübarizə gedir.
Məhsulun həyat dövrünün üçüncü mərhələsi dövrlə kamillik məhsulu adlandırılır, məhsulun həmin mərhələsi məhsul bazarının uyğun həyatında məhsul satışından gəlirin azalmasını və sabitləşməsini əhatə edir. Bu mərhələdə rəqabətin gücləndirilməsi üçün qiymət, zəif qiymət və məhsulun mənfəətliliyinin tədricən azalması mərhələsi xarakterikdir.
Məhsulun həyat tsiklinin dördüncü mərhələsi ondan ibarətdir ki, məhsula təlabat azaldığı üçün bazardan çıxır. Bu da gəlirlərin xeyli aşağı düşməsinə səbəb olur. Belə məqam şirkət üçün daha sərfəlidir ki, məhsulu bazardan kənarlaşdırsın və ya ən az itki ilə bazardan çıxsın. Bu məsələnin həllində şirkət iki amil üzərində öz diqqətini cəmləşdirməlidir:
a) vaxta;
b) azalan gəlirlərə.
Qrafik 7.1-də tipik əyri, sənaye məhsulunun həyat tsikli fazaları arasında asılılığı əks etdirir. Onun yaradılması üçün istehsal məsrəfləri və məhsulun satışından əldə edilən gəlirlər göstərilmişdir. Bu qrafikin işlənib hazırlanması mərhələsində hesab etmək olar ki, sıfır həyat mərhələsi fazası olduğunu hesab etmək olar.
Dostları ilə paylaş: |