Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 4,96 Mb.
səhifə24/48
tarix22.10.2017
ölçüsü4,96 Mb.
#10467
1   ...   20   21   22   23   24   25   26   27   ...   48
Gahrolsun Köroğlu, Köroğlu bir yerde gezerken bir gadın gahrolsun Köroğlu diye gadın Köroğluna garış veriyormuş. Köroğlu şaşırmış, gadına ana Köroğlu sana yaptıda garış veriyorsun diye sormuş. Aman oğlum herkes diyor bende diyorum demiş. Toplumun dedikodulardan nasıl etkilendiğini anlatmak için söylenir. (Bayram Özdemir).

Garip kuşun yuvasını Allah yapar. Kimsesiz kişilerin yardımcısı Allahtır. (Bayram Özdemir).

Gavurun ekmeğini yiyen, gavurun kılıcını (gılıcını) çalar. Gavur (kafir), Allah'ın varlığını inkar eden, ateist, Hrıstıyan (İsevi), Musavi (çıfıt) gibi farklı anlamlarda kullanılır. Kişi farklı inançda da olsa ekmeğini yediği kişininin çıkarları doğrultusun da hareket eder. Ondan yana olur, ona hizmet eder. (Bayram Özdemir).

Gaylesiz baş yerin altına=Ağrısız baş mezarda olur. Hayattayken rahat, sorunsuz günümüz geçmez. Sorunlardan ancak ölürsek kurtuluruz. (Bayram Özdemir).

gec atılan ox, yersiz aytılan söz. (ox atılmasın gecinə, söz düşsün yerinə).

gec böyüyüb, güclü qalan palıtdır.

gec desəndə, heçgəzin demə.

gec desəndə, heçqaçan demə.

gec duran işdə geyin, ir duran işdə yeyin.

gec ertiyə sığmayır, öğrəşməklə yaxcılıq. (öğrənməklə yaxşılıq, ertini yox, gecini yox. (öğrənişlə yaxşılıq, ertə gecin sayılmaz).

gec qalan unutsun artıq ''keçəni'', dönüşə yol qapalı. (yaşam yolu biyoladur, gəlib köçəri yoldur. (biyola: biryönə. bir tərəfə).

gec qalanı yaşam heçin ötünməz. (ötünməz: bağışlamaz. əff edməz).

gec olar güc olar.

gec olsun hec olmasın. (gec desəndə, heçgəzin demə). (gec desəndə, heçqaçan demə).

gec olsun, güc olmasın. (gec olsunda, güc olmasın).

gec yaxşı, gələn yaxşı.

gec yakşı, gələn yakşı. (gec olduda, yeğ olsun!). (umarım iyi olacaq). (bu söz, ürək qırmayıb, sağlamaq (təşviq edmək) üçün, gecikən iş konuda söylənir). (kişi olub itənə yox, olur bitənə baxmalıdır). (olub itənə: keçmişə. keçib gedənə). (olur bitənə: baş tutb, üz verənə).

gecə basılan, günüz doğar. (gecə çağlanan, günüz çağalar). (gecə yüklənən, günüz balalar) (gecə çağılı, günüz çağalı). (çağılı: taxılı. yüklü. hamilə). (çağalı: balalı).

gecə boylu dan atırsa doğular.

gecə boylu dan doğar, gecin qalxan zor bular.

gecə boylu dan doğar, öndə gedən ön soxar.

gecə boylu düşən, irtə doğur. (dalıda alar, burunda doğar). (hər gizin, gəzi var açlımağa).

gecə boylu, dan doğar.

gecə çağılı, günüz çağalı. (çağılı: taxılı. yüklü. hamilə). (çağalı: balalı). (gecə çağlanan, günüz çağalar). (gecə yüklənən, günüz balalar) (gecə basılan, günüz doğar).

gecə çağlanan, günüz çağalar. (gecə yüklənən, günüz balalar) (gecə basılan, günüz doğar). (gecə çağılı, günüz çağalı). (çağılı: taxılı. yüklü. hamilə). (çağalı: balalı).

gecə çəkilir, nisgil çəkilməz. (çəkilir: dözməklə bitər). (çəkilməz: dözməklə bitməz).

gecə dam suvarılmaz.

gecə gedən dan yetmiş, altda qalan çeğnənmiş.

gecə gəbədir, gün doğmadan, nələr doğar.

gecə gözü qara sicim ağ sicimdən seçilməz.

gecə gözü seçər qıldan qılı, günüz gözü, seçənmədi düzü oğrudan.

gecə gündüz çavçalır, günü gündən alçalır. (tapmaca) (yaş. ömür). (çavçalır: çalğaşır. əlləşir).

gecə gündüz qaytalar, keçən günə gün çatmaz. (qaytalar: təkərlənər. təkrarlanar) (kişi oğlunun gözü geridə, ölünün gözü qarıda qalar).

gecə günüz qoyulsa, eyku kişi övgüsünü açmağa, mində biri aytılmaz. (eyku: eyi. iyi).

gecə ışıq gündüz tüstü gizlənməz.

gecə itəni gündüz axdarın.

gecə keçmiş yarıya, çapıl (əcəl) gəlmiş qapıya, güman qalmış qaçıya, indi ev davarın saçqılan. (saçmaq: atmaq. əl çəkmək. əldən qoymaq. tərk edmək. bıraxmaq).

gecə kimi qara, tamı kimi issi, sevgi kimi şirin. (tamı: cəhənnəm).

gecə kimi qara, tamu (cəhənnəm) kimi isti, sevgi kimi dadlı (şirin).

gecə qalxar, günüz salxar. ( salxmaq: salxanmaq. salqmaq. salqanmaq. salqınmaq. sallanmaq. salığmaq. salnığmaq). (tapmaca). (gül çeşiti).

gecə qalqanar, günüz salqanar. . ( salxmaq: salxanmaq. salqmaq. salqanmaq. salqınmaq. sallanmaq. salığmaq. salnığmaq). (tapmaca). (gül çeşiti).

gecə qara cücə qara, ara ha ara.

Gecə qara, cücə qara. (Ara Gündüz).

gecə nə qədər qaranlıq olsada, gündüz o qədər ışıqlı olar.

gecə oda gedmə, gündüz tüstüyə.

gecə odu, gündüz düdü (tüstünü) gizlətmə.

gecə odu, gündüz düdü gizlədir.

gecə odu, gündüz düdü gizlətməyi öğrən. (düd: tüstü).

gecə oğrusu gündüz tutular.

gecə oğrusu, günüz tutular.

gecə olmasaydı ayla ulduz itgin qalardılar.

gecə olmaz ki düşə daş düğünə, çıxmaz ola dan səhərə.

gecə yaraqlı, gündüz papaqlı. (görünməsinə qarşı, qara işlər çevirən, qılan kimsə).

gecə yatan, gündüz oyanar.

gecə yatan, gündüz oyanar. (gecələr yatar, danla oyanar).

gecə yeriyən, günüz əğlənər, kiçik evlənən, uluğ əğlənər. (uluğ: böyüyər).

gecə yüklənən, günüz balalar. (yüklənən. çağlanan. çağılan. taxılan. basılan. soxulan). (gecə çağlanan, günüz çağalar). (gecə basılan, günüz doğar). (gecə çağılı, günüz çağalı). (çağılı: taxılı. yüklü. hamilə). (çağalı: balalı).

gecələr ay gecələr, ay cığan gözləri tək dar gecələr. (cığan: paxıl).

gecələr yatar, danda oyanar.

gecəni danan, dan atan yatar.

gecəni güdər, bayquş kimi, günüzü güdər, qartal kimi.

gecəni güdmək bayquşkimi, günüzü güdmək, qartal kimi.

gecəni tanıyaq, günüzə toy tutaq.

gecənin ən qaranlığı, dandışıdır dərlər. (dandışıdır: dandeşərdir. dan deşən çağıdır). (gecə son gücünü danla (səhərlə) döğüşdə ortaya qoyar).

gecənin qara olduğun danan, yalan dosdu yalanoğlu yalan.

gecik işdə seçim olmaz. (gecik: yubanmış. çağında olunmayan, qılınmayan nərsə). (uyqun cağda yetmiyən qonağın yeri bəllənməz).

Gecikən qonaq öz torbasından yeyər. (Araz Gunduz).

gecin basılar örtün, ertin gələr çıxar üzə. (örtün: gizlin).

Geç olsunda güç olmasın. Elde etmek istediğimiz bir şeyi geç elde etmenin bir sakıncası yok. Önemli olan isteğimiz bir şeyi elde etmemimizi engelleyecek bir engelin olmaması. (Bayram Özdemir).

geçginçi gözəlliyə uyduq, içginçidən olduq. (geçginçi. keçəri. müvəqqəti). (içginçidən: həqiqi).

geçi can hayında ətçi piy axdarır.

geçi süzməklə, ceyran olmaz.

geçidədə saqqal var, amma dədə deyil.

geçigənlə qalma, gələcəyi güdmə.

geçiyə can qayğısı, qəssaba yağ qayğısı.

geçiyə can qayğısı, qəssaba yağ qayğısı.

ged day gözəlim, yarə vuran, yar ola bilməz, qəmsiz yaşayan bizlərə qəmxar ola bilməz, qırda əriyir qar sayağı gün qabağında, amma gözəlim, insafın olsun, dahı qır, qar ola bilməz.

ged işlə demə iş nədir, günün ağlığı, canın sağlığı işdədir.

ged oğul ta qalasan sən görəsən çox qalırı, tez düşər əldən ayaqdan birinin dinlə dininə dolaşan. (toxuşan).

ged oğul ta qalasan sən görəsən çox qalırı, tez düşər əldən ayaqdan birinin dinlə dininə.

ged tabağım gəl tabağım, gəlməsən dövül tabağım.

gedə gedir astaşır, gələn tinim darqaşır, candı qonaq bir gün uçar tənimdən. (astaşır: yavaşır).

gedəli sən yiyəsiz qaldı gülün, öd qoxudu.

gedən batır, dönməyir geri!. dönməyə yolu yok, dönürsə yeri yok.

gedən gedir dönmür geri, ötün ötər qalmaz yeri. (ötün: zaman).

gedən getdi verilsin boşa, qoşalıqla yaşa vur başa.

gedən gətirər, oturan tutar sorar. (tutar sorar: qiymət elər. məzəndə sorar).

gedən güdülmür.

gedən inəyin sütü sağılmaz.

gedən kişiyə yol həmişə qısalır.

gedən qoğulmasaydı, gələn yügürməzdi.

gedən yolun qayıtması olunmaz, qırıq gülün yapışması onulmaz. . (onulmaz: mümkün olmaz).

gedən yolun qayıtmasın bəkləmə, keçənləri öz içivə əkləmə.

gedəndə çörək götür, gələndə ayağ götür.

gedəndə, çörək götür, gələndə, ayaq götür. (yola çıxdın, yol gərəclərin unutma, gəlirsənsə, gəlişivi yubatma (gəl qutar). (işlərivi uslu, qeyim yap). (yola çıxdın, yaraqlı, iş başladın, ayaqlı). (ayaqlı: yeyin. iti. əzmli).

gedənə qal demə, durana ged demə.

gedəni at, sayqıva sayqı. unut itsin.

gedəni bırax, qalanı yoxla, gələni güd. (güd: qarşıla).

gedəni boş ver, qalanı xoş ver.

gedəni boşla, qalanı haxla, gələni tuşla.

gedəni saxlama, gələni qoğlama (qoğma).

gedənin ardıca baxmaq olu man, olanı saxlamağa vergilə olduqca gücün.

gedənin ardın bırax, qalanın yanın tutaq.

gedənin yeri boş, olduğu yeri xoş olsun.

gedənlər əkdi biz dərdik, gedməmişdən əkək biz, gələnlərin dərimin.

gedənlərlə köçməgir, diriklərlə oturqıl!. (köçməgir: köç edmə!). (ölülərə qovuşma, dirilərlə bir qonuş). {ölülərlə, ölmə, dirilərlə, dirik bul (diril!)}.

gedər bağlar qorası, qalar üzün qarası.

gedər evrən durmaq bilməz axarı. (aşır acun durmaq bilməz axarı).

gedəsi yerim yoxdur, öləsi dərdim. (hər nə yerindədi, özgəsiylədə işim yoxdur).

gedi evrən. - keçib gedər heç torula tutulmaz, yoğundu bu darboğazla utulmaz, sevgiyə verməlin var əsirgəmə vergilən, verməyinlə sevgi kanı qutulmaz. (gedi: keçəri).

gediciyə yol yaxci, qalıcıya ev yaxci.

gediciyə yol yaxcı, qalıucıya ev yaxcı.

gedilər üçün ürək yorma, anlamaz üçün dilin. (gedilər: bəfasızlar).

gedinən yeri boş, olduğu yeri xoş olsun.

Gedir naxıra, gəlir axura. (Ara Gündüz).

gedirəm, ürəyim bomboş, deməyə yoxdur sözüm, keçmişə yoxdur gözüm.

gedirsə sevdiyin suçlama onu, səniydin sevən, qırılandan sən.

gedirsən ged qalırsan qal, bitirsən bit, itirsən it. -vermərəm can sən gedən yolda, onarmaq çox qolaydur sən qıran könlü!.

gedirsən ged, önün belə tutamam, özlüyümü heçinkəzin atamam, nə bir şəkil, nə bir kölgə geri qoy, ölmüş sevgi, keçinmişi anamam.

gedirsin ged, könlün qırıq qalmasın, budaq sınıq bir quş yuva qurmasın. .

gedmək seçim, seçim yaşam.

gedmək üçün çabalır, ötür gedsin boşuna, oda düşsün tuşuna.

gedməmişdən, bacar artıq düşünqıl, getdin isə artıq geri düşünmə.

gedməyini gözləqıl, gedəndən son boşlaqıl.

gedsə gün batmağa gedsin atacaq dan yarın.

Gel topal zorbaşı, Sultan Iv. Sultan Murat Han. Sultan Murat Han küçük yaşta osmanlı dvletinin başına geçmişti. Karışıklar savaşlar devleti güç durumda bırakmıştı. Anası Kösem Sultan'ın naibliğinde devleti yönetmeye başladı. Yeniçeriler bir gün ayaklandılar elebaşıları padişahtan Eniştesi veziriazamın başını istediler. Murat Han çocuk olmasına rağmen isyancılara dedi ki, kullarım veziriazam Hafız Ahmed paşa'nın bigünahı yok. Niçin başını istersiniz. İsyancılar ayak divanı istediller. ileri gelenlerini Padişahın yanına gönderdiler. Bunlardan biride topal Recep adında biriydi, Padişahın yanından geçerken, gözünü korkutmak için vezirin başını verin yoksa sizin de başınız gider. Padişah büyüyüp devleti demir yumrukları ile yönetmeye başlayınca, sarayda bir ziyafet tertip etti. Askerleri sarayın muhtelf yerlerine pusuya yatırdı. Asileri saraya çağırtıp hepsini yakalattı. Topal Recep Paşa'yı yanına getirtti. Gel topal zorba başı, bana tahta çıktığımda ne demiştin. Haşa padişahım öyle demedim dediyse de bizzat IV. Murat Han tarafından cezalandırıldı. (Bayram Özdemir).

Gelen gidene rahmet okutur=Gelen gideni aratır. Beğenmediğimiz, keşke gitse diye beklediğimiz yönetici gider. Yerine gelen daha kötü olabilir. O zamanda nerde bizim eski yönetici diye hayıflanır dururuz. (Bayram Özdemir).

Gelene git denilmez. Eve gelen konuğa git denilmez. Tanrı misafiridir. Geleneklerimize göre en iyi şekilde ağırlanır. Kendiliğinden gelen bir şey de rededilmez. (Bayram Özdemir).

Gelin gelmedik evolur, ölüm gelmedik ev olmaz. Gelni olmayan, gelin gelmemiş ev olabilir. Evinde aile fertlerinden hiçbiri ölmemiş ev olmaz. (Bayram Özdemir).

gen açırsa gilimin kişi, təkinə yığmaq deyil işi.

gen biçilsə don çartamaz, gengəşli bilik, qartamaz. (gen biçilsə don çartamaz, işlənən bilik, qartamaz). (bol kəsilən don cırılmaq. paylaşmaqla, işlənməklə bilgi qocalmaz, kortalmaz, gobudlaşmaz).

gen çıxac, geniş girdəc istər.

gen don opramaz, gəngəşli (məşvərətli) bilik artamaz (arxaya qalmaz).

gen göllü, dar könüllü xanlar.

gen götdə pox dayanmaz, boş baş boşdan ayrılmaz. (boş: sup. yemək çeşitlərinin ən ucuzu, qolayı).

gen qab yırtılmaz, kipsöz yaprılmaz. ( gen çuval yırtılmaz, atalarsözü köhnəlməz). . (kip: biçim. form. kilişə).

gen paltar yırtılmaz.

geng görənin aldınan qaçar, güng görənin, alnına çıxar. (geng: uzaq). (güng: güh. dar) (aldınan qaçar: aldından qaçar: başına gəlməz). (alnına çıxar: üzbəüz olar).

gengəşli iş küt gəlməz. (gengəş: muşavirə). (küt gəlməz: arada sınmaz. pozulmaz).

genğlik olsun ayaq yolda, aşılır dağlar, açılır yollar. (genlik: genğlik. dinclik. huzur).

gerçəgi açıq ötür, yiyəsi tutar.

gerçək acısı keçinər, yalan yarası eşinər. (keçinər: yoxalıb (ölüb) keçər). (eşinər: işlər durar. deşilməz).

gerçək baylıq bir gömüc, heç parayla alınmaz. (baylıq: varlılıq. devlət). (gömüc: xəzinə).

gerçək din, bağırdığın inanc değil, sürdürdüyün yaşamdır. (Sezai Karakoç).

gerçək sayıldı hər nə, doğduğu çağ yalanlar.

gerçək tünlüyü sevməz, günlüyü sevər. (günlüyü: aydınlığı).

gerçəkdə alır dad, sözdən. (sözdən: dildən).

gerçəklə barış, yalandan küsmə!!.

gerçəklə inancın tanışlığı yok. biri başda doğur, biri könüldə.

gerçəyə gərək ayıtmaqdır, yalanın alavı içində durur. (ayıtmaqdır: söz dür. açıqlamaqdır. düşündürməkdir). (gerçəyin, doğrunun düzün hər yerdə köməyə qoldava (dəsdəyə) gərəyi (ehtiyacı) var).

gerçəyə taxılan donun asdarı yalandan olur.

gerçəyi acı sandıran, yalanı doğru qandıran çevrə.

gerçəyi yandırmaq gərək, yalanın alavı içində.

gerçəyin keşibi yok, ulaşıcaq yolu yok, içindədir yatıb sənin, sən öldünə iyəsi yok. (keşibi: örtüyü) (sən öldünə: sən öldünsə).

geri qalan umut deyil, iləri gedən unut deyir.

geri qaradır qara, dönmə geri, keçmişin, sözdə yoxdu yeri.

geridə qalan yoxluğa köçüb, gözə görünən vardır hələ.

gerini unut, içində umut, önündə umuq.

geriti bırax, eritə yürün. (geriti bırax, irəli yürü). (geridəkin bırax, yarına yürün).

geriyə baxan, ön qabağın görənməz.

getdi sevgi onun ornun quru ağac almasın, söğüş qınaq ona almaş olmasın, boşsa könül kollar bitər yerində, küllük yerdə gül açmağa yer qalmaz. (ornun: yerin). (almaş: bədəl).

getdi sevgi onun ornun quru ağac almasın, söğüş qınaq ona almaş olmasın, boşsa könül kollar bitər yerində, küllük yerdə gül açmağa yer qalmaz. (ornun: yerin). (almaş: bədəl).

getdin dedin xoşca qal, bırax xoşluq səninlə getdi. (bırax: ammaki).

getdiyin yeri düşün durduğun yeri burax.

getdiyin yeri güd, olduğun yeri yox.

geyik qındıqı, yıbar qoxar: ceyran göbəyi ətir qoxar.

geyim içi etgiməz, görən gözü təpgilər.

geyimlər var kişi gəzməz içində, kişilər var geyim yoxdur əğnində.

geyməyə ipək geyim, qalmağa doğma yerin.

geysi donatırmış görünən tən, iş olmasa vurmaz açığa tin. (görünən tən: kişinin dışı). (tin: nəfs. iç).

Gezen kurt aç kalmaz. Çalışıp, çabalayan, mücadele eden insan karnını doyurur. (Bayram Özdemir).

gədə güdə edən işin bitirməz, dәrәk bilmәz qulluq yerə yetirməz, bir sırrını aytsan içdə yatırmaz, şırdaş olma, ıraq eylə özünü. (içdə yatırmaz: gizli tutmaz).

gəl bir zərrəcik seyr et, gözə olmaz yasaq.

gəl canım ayrılığı dünyada birgə qutaraq, mənə qəm qəmdaş olub gündə dalımcan dolanır.

gəl diləkdaşlıq edək dildaşlıqın bir alcası. (diləkdaşlıq: könüldaşlıq). (alcası: olcası. faydası).

gəlcək gözü, keçmişivi görməmiş, olcağa yeni gözlə bax, keçmişi burax. (olcağa: gələcəyə).

gəlcəyi oylan yatma dur indi, gəl birləşib aydın yoldan yür indi, yoxsa qaranquya batarsan, varlıq daşın atarsan.

gəlcəyivi keçmişində arama.

gəldəyivin işin bil, gedcəklərin yox izi. (gəldəyivin: gəlcəyivin. yarınıvın).

gələcək deyə əlindəkin tükətmə.

gələcəksən bilirəm sən görüşə güllər ilə, sağlığımda barı gəl məndə görüm.

gələli ağlarıdun, hammı gülər, ele gedki, gedeli ağlayalar.

gələn bilmir, gedən sormur, sevilən sevmir, sevməyən sevilir. (yalan dünya).

gələn çönmüş, gedən köçmüş, dünü itmiş, günü yetmiş, umuq qalar yarına.

gələn elçi gözsüz, evin qızlı sözsüz olmaz.

gələn gətirirsədə gedən götürənmədi.

gələn gətirmədi, gedən apardı.

gələn günə yarqı yox, ötən günə qayğı.

gələn keçər kimsə burda qalanmaz, yaşınlıqda verənin yaşlılıqda alanmaz. (yaşınlıqda: gənc, igid çağında).

gələn olsa könülləb, çətin düşmәz gedən yol. (könülləb: könül verәrәk. rəğbətlə).

gələn tolut, gedən talut. (tolut: dolut. varlıq. bolluq. dövlət) (talut: dalut. yağma. çalma) (gələn gətirir, gedən aparır).

gələnə bel bağlama gedənə yas saxlama, kəndivə inan.

gələnə xoşluk, gedənə uğur dilə.

gələnə inanma, gedəni danma. (gələnə inanır, gedəni danır).

gələni tut, getdi unut.

gələni, düşəni düşün tut. -əşdəğər biri tapılmaz, tapılsada aldanar.

gələnlərin ayağları var olsun, köçənlərin uğruları kar olsun. (gəlin köçənlərin bəxləri uğurlu (kar) olsun).

gələr alaram, gedər salaram. (salaram: ötürrəm).

gəlib küsən qonağ, gəlməmiş küssün.

gəlimlidir gedimli, son ucudur ölümlü, qalan dünya, yalan dünya.

gəlin anası aş başı, ərin anası daş başı.

gəlin ayağı, çoban dayağı yer eləsin, gör bir sənə nə eləsin.

gəlin dedin qız olmaz, güveyindən oğulluq, küldən təpə olunmaz. (güveyindən: kürəkənindən).

gəlin dedin qız olmaz, güveyindən oğulluq, küldən təpə olunmaz. (güveyindən: kürəkənindən).

gəlin doğsa ana çıxır, tam gecəlәr dana çıxır.

gəlin eşikdə, bəbə beşikdə. (gəlini evə gəlmədən, uşağı beşikdəykən yoxlayıb, bəsləməli).

Gəlin ocağa gələr. (Gəlin köçdüyü evdə gördüklərindən öyrənər anlamındadır).

gəlin var gələr gətirir, gəlin var gedər, itirir.

gəlin var gələr, gətirər, gəlində var gedər, itirər.

gəlin var qızdan, toyuq var qazdan başdır.

gəlin var, külü aş yapar, gəlin var, unu daş yapar.

gəlinə -ər güldürsə, anası tikən.

gəlini evdə sına, dağa oduna yolla. (gəlini evdə sınıyıb, dağa oduna yollamışlar).

gəlinin betin kim açsa, o şol ısıq. {gəlinin üzün kim açarsa, o xoş görünür (cana yaxın olur)}.

gəlinin yaxşı, oğlundan, oğlun yaxşı, gəlinindən gör.

gəlinisə qız olmaz, güveyisə oğul yok.

gəlinisə qızım yok, güveyisə oğlum yok.

gəlir bir gün olmasın sən, onarırsın, bu gün əksən. (onarırsın: doğulusun).

gəlir gəlməzə inanma, əlindəkin qaçırma.

gəliri qoru, tükəzi önlə, yığılan artsın, qızıla dartsın. (tükəzi: məsrəfi. xərci) (önlə: qabağın al). (yığılan: tutunan. yədilən). (gəliri saxla, xərcivi azalt, yədəyin artsın, qızıl kimi dartılsın).

gəlirin azsa, gedərin sıx. (girdəc azsa çıxacın qıs). (girən baca dar isə, çıxan baca gendurmaz).

gəlirin biləmən, gedirin biləməz. (biləmən: sayaman. hesablayamayan). (gedirin: xərcin). (gəlirin sayanoq, gedirin bilənoq). (sayanoq: saymayan). (bilənoq: bilməyən).

gəlirin sayanoq, gedirin bilənoq. (sayanoq: saymayan). (bilənoq: bilməyən). {gəlirin biləmən, gedirin biləməz. (biləmən: sayaman. hesablayamayan). (gedirin: xərcin)}.

gəliş, gediş, baxış, duruş, gəpiş, gülüş, hər nə varı gözəl gəli sevgidə.

gəlişi sevindirər, gedişi acındırar sevgi.

gəlişigözəl yar olmaz, biçilsə don, dar olmaz. (gəlişigözəl : rasgələ. hərgələ).

gəlməmişə güvənmə, keçmişinə ilənmə. (ilənmə: öykünmə. qussələnmə). (gəlməmişə öğünmə, keçinmişə döğünmə).

gəlməmişin dadı yox, köçənlərin yadı yox, qaçanları tut saxla.

gəlməseydin sən, açılardımı dançağım mənim. (dançağım: səhərim).

gəlməyini tosunma, gətirməyin düşünqıl. (tosunmaq: xiyallanmaq. mütəxəyyil olmaq). (gəlməyini sanğama, gətirməyin düşünqıl). (sanğama: xiyallanma).

gəlməyini tosunma, gətirməyin düşünqıl. (tosunmaq: xiyallanmaq. mütəxəyyil olmaq). (gəlməyini sanğama, gətirməyin düşünqıl). (sanğama: xiyallanma).

gəlməz əlindən kimin dəğişqıla keçmişin, çalış çaba çapın dəğiş indivi. (dəğişqıla: dəğişmiş ola). .

gəlmir uzun uz gecə, bildim açır tezliklə, qısa ömür keçəcək, yaxcı yaman ötəcək. sonun gördüm başında, ölüm doğdu olumda, oxunmamış üzündən, ayrı düşməz izindən.

gəlmişdik gəlin alaq, qaynanaya ilişdik.

gəlsə qalı qatıqlıq, artar deyu sərin qıl.
- gəlsə belə çətinlik, keçər deynə, dözüm qıl.

gəlsə qalı qatıqlıq, artar deyu sərin qıl. (gəlsə belə çətinlik, keçər deynə, dözüm qıl.

gəlsə uma (qonaq) düşürqıl (qarşıla. istiqbal ed), dinsin ondan arıqlıq (arqınlıq. yorqunluq), arpa saman yağıtqıl, bulsun atı yarıqlıq (rahatlıq. iltaf. asayiş).

gəlsə uma düşürqıl, dinsin onun aruqluğ. (qonaq gəlsə, yerləşdir onu, yorqunluğu gidərsin).

gəmi düşmüş boğuca, yox kiməsi sovuca (boğuc: girdab). (sovuca: sova. qurtara).

gəmi quru yerdə yeriməz.

gəmi quruda yeriməz.

gəmidir çaydur axır, bizdə qonağ bir gəmiyə.

gəmik gəmiyi, dəmir dəmiri, çivi çiviyi sökər.

gəmikli it, qapağan olur. (ağzında sümüklü it, heç nəyi biləsinə yanaşmağa qoymaz).

gəmisin batıran, başmaq axtarmaz.

gənc dulun göz yaşı tez qurur.

gənc erkək dişi birbirin anlamış sanar, geyin sandığın anlar. (geyin: sonra. sondan).

gənc qızdan ocağ çıxmaz. (ocağ: ovsunçu).

gənc qulaq, sevməm deyu inanmaz, ayrıq nədir söğüş nədir qananmaz. (gənc: yoldan yetmiş. yeni yetmə. pişməmiş). (ayrıq: hicran). (söğüş: nifrət).

gənc olanın könlü əlində gəzər. (gənclər ürək verməyə, sevməyə tələsər, sevilməyi gözləməyən tələyə düşər).

gənc ölənlər acı az görür.

gənc ömrün bağışlar, qarı ömrün qarışlar.

gəncdir qırıb yoğuz qılavı, indi adın özgədən sorar!.

gənckən işlət bilək, yığna bilik, gənclik keşni tapılmaz başda huş, əl qolda güc. (keşni: keçni) (keçni: keçmiş. keçəndən sonra. sonrası. keçəndən gerin). (yığna: topla).

gənclər ürək verməyə, sevməyə tələsər, sevilməyi gözləməyən tələyə düşər. (gənc olanın könlü əlində gəzər).

gənclərin tapatın doyurmaqla yatırmaq gərək, susuz qalıb, susamışı, su ilə qanırmaq gərək. (tapatın: dəliliyin).

gənclik olamazları, qocalıqda oluşur.

gənclik ötür, aşırılmaz aşırım kimi, qocalıq gəlir, qazılmamış qəbir kimi.

gənclik, genğlik. (gənclik yaşamın bolluğu deməkdir).

gənclikdə dişlər ağ olur, qocalıqda, saçlar.

gənclikdə ölüm, qocalıqda yoxsulluq yamandır.

gənclikdən qarır yaman olsa ər qadın.

gənclikdən uğurlan, yavuzluqdan oğurlan. (uğurlanmaq. faydalanmaq). (oğurlan: qaçaq dur).

gənclikdən yarğanan, qəmi atar kam alar. (yarğanan: faydalanan). (qəmi atar kam alar: kiriməni, qısılmanı bıraxar, bolluğu, açıqlığı tutar).

gəncliyə doyulmaz, doğru gedən yorulmaz.

gəncliyi selə vermə, mal davarı yelə vermə. (gəncliyi tutma bərk, dünya malın tutsan). (gənclik, qanad çapıp, ayaq çapma çağı. sıxışdırmada!, qudurmada!. ələ gələn, əldə olan parada əkilib, tikilməsə qalargı deyil).

gəncliyi tutma bərk, dünya malın tutsan ək. (gəncliyi selə vermə, mal davarı yelə vermə). (gənclik, qanad çapıp, ayaq çapma çağı. sıxışdırmada!, qudurmada!. ələ gələn, əldə olan parada əkilib, tikilməsə qalargı deyil).

gəncliyin ötmədən, sevgi odu sönmədən, amacların göz önündən itmədən, ayıq dur.

gənəş girsə, çanğış qaçar. (gənəş: gəngəş). (çalğış: salğış. saldış. çeğniş. savaş).

gənəş olsa, çanğış olmaz. (gənəş: gəngəş). (çalğış: salğış. saldış. çeğniş. savaş).

gəngəş bilik yoğratır, birlik bilik toplatır. (yoğratır: sıyalır, seyqəl verir).

gəngəşli (məşvərətli) bilik artamaz (dalı qalmaz).

gəngəşli bilik utraşur, gəngəşsiz bilik opraşur (öprəşür. əprişür).

gəngəşli bilik, uzlaşır, gəngəşsizin öprəşür.

gəp qılınma, oylanmaz. (oylanmaz: düşüncəsiz. düşünməzdən).

gəp süyci, samanca yok güyci. (süyci: dadlı).

gəp süyci, samanca yok güyci. (süyci: dadlı).

gəpin az söylə işin çox gözlə. (söz söyləsən az söylə, iş görürsən çox gözlə).

gəpirmədən düşün, yalaçıdan üşün. (üşün: yığın. çəkin).

gəpirməzdən uslu hovan bəllənməz. (uslu hovan: ağıllı səfeh).

gəpləmədən oturğan, ağıldan kəm gətirməz.

gəpləmək qolay yapmadan.

gəpləməklik gümüşsə, gəpləməzlik süm altun. (süm: şümş). (söyləmək gümüşsə, susmaq süm altun).

gəpləməklik gümüşsə, gəpləməzlik süm altun. (süm: şümş).

gəpləməzlik süm altun. (süm: tüm. teyxa. şüms).

gəpmə, dinmə, sormasan, uyğan yarın tapılmaz.

gəpni kəm söylə, işni çox gözlə. (gəpni: sözü).

gəprişin bilməsə oğlan, nə bilər susmağını.

gər inanırsan onun birliyinə, yaxcılıq ed iblisin korlüğünə.

gərçək əzilər (büzülər), üzülməz.

gərçək əzilər, üzülməz.

gərçəyi deyən ya güclüdür, ya ki axmaq.

gərçi sözünə qulax tutdum, nə yazığ kim, eşiddimdə unutdum. (gərçi sözünə qulax tuddum, nə fayda ki, eşiddimdə unutdum).

gərək dediyimiz, aldanmağın bir başqa biçimidi (formasıdı).

gərək yoxdur inanmağa düşünmək, kəllə varsa düşünəcəsi könüllü.

gərək yok sözə, bir baxış yetər, öylə gəlmiş böylədə keçər.

gərəkləri yapırsın, adam kimi yaşırsan.

gərəklərin tümü istəyə bağlı deyil, onları sağlamaq əldə deyil. (sağlamaq: tə'min edmək).

gərəkli daş ağır salmaz. (lizumlu daş ağır sayılmaz).

gərəkli daş, ağır olmaz.

gərəkli daşın, yox ağramı.

gərəkli işi yarına qoyma qala. -yoxdu göz görməyə gəlmişdi ölüm dal qapıdan, gəziri balta girə, birdə görən can alacaq. (balta: fürsət).

gərəkli nəyi, gərəksiz günü al.

gərəkli yük ağırqıtmaz. (ağırqıtmaz: ağırlıq edməz).

gərəkli yük ağrıtmaz.

gərəklik yasa yapar, kəndi ona yasanmaz.

gərəkliyə, gərəc (vəsayil) gərək, işləməyə çörək gərək. (aca yemək, xəstiyə yataq sorulmaz). (görünən kəndə bələdəçi nə gərək).

gərəkməzsə danışma.

gərəyə görə yol açar, boyuna görə don biçər.

gərəyin varsa ayır çağ ona ki, itirincə dözəməzsin gəzisən ardıncan.

gətirəndə el gətirir, yel gətirir, sel gətirir. aparanda el aparır, sel aparır, yel aparır.

gətirəndə el gətirir, yel gətirir, sel gətirir. aparanda el aparır, sel aparır, yel aparır.

gətirmədi yaşam işimdə mənim, basdığımda sağa, solum büyrədi.

gəvəzədə söz əylənməz (dayanmaz), günbəz də qoz.

gəvəzənin işi qalar, astanın işi qalmaz.

gəvşək yerində dönənə dərək, ay dönüşün bitirər. (gəvşək: təmbəl). (dərək: qədər).

gəvşəklərdən ad qalmaz, igidliklər edənlər, dəliqanlı adlanar.

gəzə çağ qoy, yemək çox yox. (gəzə: dolanmağa: . gəşdə). (çox oturan kişiyə deyilir).

gəzəgən dura bilməz, gəzməsə, dözə bilməz. (aşıt danılır, sonucu qalır). (aşıt: adət). (aşıtların, adətlərin, qaçınılmaz, iyili-kötülü sonucları bəklənməlidi). (aşıtların tanımaq, yaşamın tanımaq deməkdir).

gəzəgən it gəmik tapar.

gəzək düşər tutanmaz, bəllə yekə utanmaz. (uğursuzluq: baxsısızlıq. şanssızlıq). (uğursuzluqda deyilir).

gəzək keçib karvan köçüb.

Gəzən ayağa daş dəyər. (Araz Gunduz).

gəzən kimdi, tapan o.

gəzən tülkü aparır, yatan aslan batırır.

gəzən tülkü, yatan barsdan yeğ basır.

gəzəni tutan, gəzəni tutar. (gəzən: kəsən. yarıcı arac). (qoraq yaraq tuşlayan, öz novbətində oz yarağına tuşlanır, tuş gəlir). (yaraq qoraq çəkib öldürən, gəzəyində (günündə. öz novbətində) yaraqla vurulma olasığı çoxdur). (yaraq qoraq: silah. əsləhə).

gəzəsən ardıca kim dan atacaq, güllənən göylü çimən gün çatacaq. (kişi arğanın bulur). (arğanın: aradığın).

gəzəyən ayaq təzəyə batar.

gəzəyən qızdan gəlin olmaz.

gəzəyən, köçə bilməz, gəzməsə dözə bilməz.

gəzib dolan öz uyqarun tapgilən. (uyqarun: tayın. babın. munasibin).

gəziki (nobə) gəlmədən verilməz, gəziki olmadan alınmaz (olum, ölüm).

gəziki gəlmədən verilməz, gəziki olmadan alınmaz. (gəziki: novbə). (olum, ölüm).

gəzirsə göydə başın, üzmə yerdən ayağın.

gəzmək ömürdəndi, yatmaq ölümdən.

gəzməsə börü, ac qalır qarın. (qurd yemi ayağdan).

gəzməyə qərib ölkə, olmağa vətən yaxşı. (olmağa: yaşamağa. durmağa).

gəzməyə qərib ölkə, ölməyə, vətən yaxşı. {-ölmək- yerinə ola ki bunlar doğrudur. gəzməyə qərib ölkə, (olmağa, vətən yaxşı). (+ durmağa, vətən yaxşı) (+ qalmağa, vətən yaxşı: duralı, dəvamlı qalmağa, yurd salmağa kəndi yurdun yeğdir}.

gəzmişəm onca olan ölkələri görməmişəm, nazlı təbriz kimi olsun, duza kan urma təkin.

gic ana olmasaydı, öz dilini (anadilin) atmazdı.

gic qoduq atanasına cocuq yapmaq öğrədər.

gic olursa el günün, dəğərlənməz igitlər.

gic, nə doydum bilər, nə yoruldum.

giclər min kərə yanılar, bir kərə seçməz. (yol yolağ: arac tədbir).

gicoğlu gic, gic olar.

gid yaşır qay qadanın içində, ağrıqmaz baş sində yatar dincinə. (qay: bəla).

gidəcək qapını, sevdiyin adını, canevində gizlənən yerivi bil.

gidəcək qapını, sevdiyin adını, canevində gizlənən yerivi bil.

gidən yetmiş, əkən dərmiş.

gidi acun, var donatar, yox soyatar. (acun: dünya). (yoxsul ələ baxan yox, dolu əli süzən çox). (varlı bəzək, yoxsul təzək).

giləm giləm gedər qalmaz, axar sular gedər qalmaz, bilginlər coşar dəniz, ondada od uçar qalmaz.

gir meydana, qarqın şeytana. (qarqın: lə'nət oxu).

girdəc azsa çıxacın qıs. (gəlirin azsa, gedərin sıx). (girən baca dar isə, çıxan baca gendurmaz).

girdəcə görə çıxdacın olsun. (gəlirivə görə gedərin olsun). (gedərin: xərcin).

girdəçilik bol olsun, çıxdaçılıq şol olsa, ortalığın boş qalar. (girdəçilik: qazandığın). (çıxdaçılıq: tükətdigin. xərclədigin).

girdəçilik bol olsun, çıxdaçılıq şol olsa, ortalığın boş qalar. (girdəçilik: qazandığın). (çıxdaçılıq: tükətdigin. xərclədigin).

girdəçin çıqdaçıva uymur, çıqdaçın girdəçivə uysun. (girdəçi: gəlir). (çıqdaçı: gedir. xərc).

girəli qalma, irəli!. (girəli: girifdar).

girəsi yox, çıxarı çox. (girə: qazanc).

girişmə ənlik kirşana, kişi ol kəndivi sana. (bəzəyində çəki çükü (həddi əndazəsi) var, içəği (içivi), keçəğə (geycəğə. örtüyə) vermə).

girmədən çıxış, başlamadan bitişin düşün.

girməzdən ön, çıxmanı sağlan. (sağlan: tə'min ed). (girməzdən ön, çıxmanı oylan).

girmiş isə nisgil dadı varlığa, yoxluq dadı qalan dadlar üstələr.

gizim çox, açan yox, ölüm sondur qaçan yox. (gizim: sırrım). (qarrılar deyimi).

gizin vermə dosduva, dostun ötə dosdu var. (gizin vermə dosduva, dosduvunda dosdu var). (gizin: sirrin).

gizin yoksa mutlusun!. (gizin: gizlinin. sırrın).

gizin yoksa mutlusun, ölümlə göz gözə durusun. (ölümlə göz gözə durusun: qorxun yok. gözü kölgəli yaşamazsın).

gizlədir öz kəndini kəndindən, bu nasıl yılıq, yaluğ adlanmış. (yılıq: heyvan). (yaluğ: insan).

gizli yüklənən aşgara doğar.

gizli yüklənən, aşgara doğar. (gizləyu basılar, açqıra doğar).

gizlicə sevən dinməz ağrırar.

Gizlide gebe kalan, aşıkare doğurur. Hiç bir olay, hiç bir durum gizli, saklı kalmaz. Gün gelir açığa çıkar. (Bayram Özdemir).

gizlidən yazma gözə dizgi qoşu, buz kimi düşsə günəş tez əriri.

gizlik olsa, ər yorqamaz, içlik olsa at yağrımaz (atın beli sürtülüb yaralanmaz). (yağrımaz: yaralanmaz). {gizlik: geyizlik. çarıq. yarıq. bir tikə yarılmış (kəsilmiş) göndən yapılan ayaqqabı}. (yorqamaz: yolqırmaz: yolda qalmaz). (işdə uzaq görənlik gərək).

gopbaçılar dosçulmuş, doğru yolda dosçulluğuz gərəkməz.

gor toprağı yaşam üçün bağırmaz.

gor vurdu govduş sındı. (ölüm, yoxluq, ıraqlıq üzü soyuq olur).

gora inancsız getmə, bazara parasız.

gögərsə könüldə seviş butağı, sevgi quşu qonar uzansa dalı.

gögləmdə çıxan göy, çox olar. (gögləm: yaz. bahar).

göğə sağursa, üzünə düşür. (göyə tüpürən, üzündə yığır).

göğə sağursa, üzünə düşür: göyə tüpürən, üzündə yığır.

göğüş daralar, ürək sıxılar.

göl balığı yekəlməz.

göl qurusa uçar qaz, könül çəkən olursa, bir gül ilə olar yaz.

göləm deyə köpürürsən, içində bir balıx yox.

Gölgesinde oturulacak ağacın dalı keslmez. Bindiğin (üstünde olduğun) dal kesilmez. Faydalandığın kişiyi ve nesneyi korumak gerekir. (Bayram Özdemir).

gön çarığı qurutma, ayaz günü unutma.

gön çarığın qurutmuş, ayaz günün unutmuş. (olduğun yeri durumu unutma).

göndəçisi, elçişi alçalan el batar, yüksələməz!. (göndəçi: xəbərçi. qazetəçi. jurnalist).

gönən edirsə çoban, sütün alar təkədən. (gönən edirsə: könüldən istəyirsə). (gönən edmişsə çoban, sütün almlş təkədən).

gönü yağınan yaşla, günü yenidən başla. (hər günün öz işi var, keçəl başın yağı var).

Gönül ferman dinlemez. Birbirini seven insanlar, yüksek bir yerden emir gelse de, şiddetli baskıda görse sevdiğinden vazgeçmez. (Bayram Özdemir).

Gönül kimi severse güzel odur. Güzellik ve güzellik anlayışı kişiden kişiye değişir. Birinin güzel gördüğünü diğeri çirkin görür. Bir kişi için güzel gönlünün sevdiğidir. Önemli olan da odur. (Bayram Özdemir).

gönülsüz köpek sürüye gitmez. (bir kişiye gönlü olmadan iş yaptırılmaz. yaparsa da öyle yapar). (Bayram Özdemir).

gör eşit iylə, dişlə dad toxun, on kərə tuşla, birdin at oxun.

gördügün işlər verər öz pöhrəsin, gül əkirsin gül bitimiş, arpa əksən arpa vermiş toprağın.

gördügündən aşın, olduğundan daşın. {çəkli (məhdud) görüşlərindən ötə aş, aldışdığın (adət etdiyin) sınırları qır}.

gördügünə göz güvənər. (qulaq gözü dəğişməz).

gördüki yoxdu cibişdanda pulun, belivə atda çulun tutda yolun.

gördüki yoxdu cibişdanda pulun, belivə atda çulun tutda yolun.

gördüklərindən danış, bilməyən bilsin, önə çıxan ey kötü baş uyar düşsün. (ey kötü: iyi kötünü). (baş uyar düşsün: kişi aqah olsun) göz görəni dil desə, baş açar.

gördüm dedin tutuldun, görmədim dedin qurtuldun.

''gördüm'' dedin tutuldun, ''görmədim'' dedin qurtuldun.

gördüm demək çox söz, görmədim demək bir söz. ("gördüm" demək çox sözdür, "görmədim" demək isə bir sözdür (görəni çox soruştururlar. görmədim deyən, soruşturmalardan qurtulmuş olur).

Gördün deli savul geri: Aklı dengesi bozuk kişilerden uzak durmak gerekir. (Bayram Özdemir).

gördün dəğər anutma, verdin dəğər unutqıl. (anutma: yada salma).

gördün dəli, çəkil geri.

gördün öt, qörmədin keç, kəndivə güvən.

gördün sev, atdın sav. (sav: ötür. unut). (yaşamı çətin tutma).

gördün yarın yar deyil, boşlamağı ar deyil. (gördün yarın yar deyir, tərkin qılmaq ar deyil).

gördün yarın yar deyil, tərkin qılmağın ar deyil.

gördünki –dəri ət, qaş göz, burun dodaq, baş saç, daha nələrin sallanır, düşür, əğrilir. bilki, qocalıq gəlib, irəlir. inanmıyan aynıya baxsın.

gördüyü iş ər kişinin tanacı. (tanacı: göstərgəsi. karaktirizə edəni).

gördüyüm kimi qalseydin, dediyin kimi olseydin, nəyimi səndən əsirgərdim. (nəyimi gələrdim əsir səndən).

gördüyüm qoşulub içimdə yatır!. (qoşulub: şeirə dönüb).

gördüyün danan, kimliyin satan, yadları anmış, nə günə qalmış. (yadları anmış: bij).

gördüyün kimi inanma, inandığın kimi gör.

gördüyün qoyub, sandığın tutma.

gördüyün öğrəş, duyduğun sına, bildiyin yerində danış.

gördüyün yatsır, görmədiyin yaxır. (yatsır: unudur). (yaxır: suçlur. ittiham edir).

gördüyüvü demə, gözdən düşərsin.

görə görə göz pişər, qıla qıla qol pişər. (qol: əl).

görən gördüyündən deyər, görgüsüz ağzına gələni.

görən görər, könül yorar, baş qurar. (görən: göz).

görən göz haqlıdır. (görən gözün haqqı var). (görən gözə söz yoxdur).

görən gözə yasaq olmaz.

görən gözlər, duyan qulaq qınanmaz.

görən gözündən asılı, görməyən ağzından asılı.

görən gözündən asılı, görməyən ağzından. (görən gördüyündən deyər, görgüsüz ağzına gələni).

görən olsa, bir başa bir göz yetir (yetir: bəs edir). (bilən başa bir göz yetər).

görən söz satmalar haçan bitəcək, kişi kimi dediklərin edəcək. (dedik: qovl).

görən, sayıt dəğişir, görülən qayıt, dəğişməz. (sayıt: sayalı. qolay). (qayıt: qatıq. çətin). (gördüyün, qıldığın işi düzəltməkdənsə, kəndivi düzəlt).

görən, yeyən yalı (qədər) dadanmaz.

görəndə uçdu əldən hər nə var barım, us başımda, qan damarda, təndə can durmaz. (uçdu: məhv oldu).

görəndəki iki can dəğir cana, coşar qanım, qopar umayım. (umayım: baxtım. iqbalım).

görəni eşidən salıqlır (salıqlır: xəbər verər).

görəv bitər çalışsan, iş yeğlərşər yarışsan. (çalışsan: qayrət görsətsən). (yeğlərşər: yaxşılaşar). (yarışsan: rəqabət edsən).

görəv bitər çalışsan, iş yeğlərşər yarışsan. (çalışsan: qayrət görsətsən). (yeğlərşər: yaxşılaşar). (yarışsan: rəqabət edsən).

görəvli, görməli. (görəvlidir, görməlidir. mə'mur, mə'zur).

görkülüyə (gözələ) söz gəlir, ağac başın yel əğir.

görkün üzə qonağdur, qocaldıqca köçər o.

görmemişin oğlu olup, basıp boynunu, boğup.

görmədiyin yükün, altına girmə.

görməmiş, gözün qurusun.

görməmişik isdisin, çox çəkmişik tüstüsün.

görməmişin yetməyi yaman.

görməsə dalqa üzən, ol olamaz dalquc əri.

görməz olur, başı gora titrəyən, sönməz ışıq, dönməz ilqar istəyən. (bu söz, əroğlunu, kəndi durumun oranlamağa çağrır. (oranlamağa: ölçüb biçməyə).

görməz yarın, baş işləməz ac qarın. (başı işləməz ac qarının, yarını açmaz).

görməz, dəvəni belə görməz.

görmüşüdüm gül kimi, tikən kimi batındı, sanmışıdım dos kimi, yılan kimi soxuldu, kor mənidim baxa baxa görmədim, yaşım keçdi gəncliyim savuldu.

görüldüysə danılmaz, görülməsə inanmaz.

görülmədik yerdə, duyulmadıq gəp olur.

görüm birsə, yetinməz min eşitmə. (görüm: görmə. görüş). (yetinməz : dəğişməz. əvəzləməz). (bir görmək min eşitməyə dəğər).

görün çoğunun oyunun, üzər çoxunun boyunun, nə ərənlər yer qoyunun, qucdu deyib ağlarım. (çoğunun: fələkin) (yer qoyunun qucdu: yer qucağın qucaqladı. öldü) (sözlər-məxtum qulu).

görüncüyə inanma, gördüyüvə güvənmə. kəndivə güvən.

göründüğün kimi qılınma, olduğun gibi görünmə, kəndivə güvən, özünü qoru.

Görünən kəndə yol göstərməzlər. (Araz Gunduz).

görünən yola bələtçi nəyə!. (bələtçi: bildəçi).

görünməmiş bir kimsənin gözünə, içdə doğan içi yoğan mutluluq. (yoğan: oxşayan).

görünsədə düz, bulğan gedər içində, görünsədə dos kimi, əsgi düşman dosd olmaz.

görünür kəndə, bələtçi gərəkməz, görünməz kəndə, biligit gərək.

görüşüncə anlarsan, başarınca alarsan.

görüyün görgünçü, beririm berginçi. (görəvin görməli, verəcin verməli).

görüyün görmədən gora girilməz. (görüyün: göreceğini). (yaşamda olanlara alnı açıq sinə gər).

göt ağrısı, başdan çıxar.

göt atandan, küt tutandan uzaq. (uca gedib başarıq bəsləyəmən).

göt itirən çətin baş qorar. (qorar: qoruya bilir).

göt qısmaqla ağız daralmaz.

göt verib pul qazanan, pul üçün göt verər.

götdən yeyər, ağızdan sıçar. (ağzıgözəl, deyingən, alaşa qadına deyiliir).

götə bax şalvar içində elə bil bal kərədi,, o götün məssəbi yansın məni bədbəxd elədi.

götrülüş düşüş evrən oyunu, onları yarım kişi yorumu. (yarım: yarma. açma. izah. təfsir).

götü ağrır, başına saqqız salır.

götü ballı quyruğu yağlı.

götün tutur, salır saqqız başına, başsız elin başı dəğmiş daşına.

götündən kəsib başına qoymaq. (işi korlamaq).

götünə baxıb, üzündən iç.

götürə, dağlar dayanmaz. (hazir olan nərsədən, dağ belə olsa, ölçüsüz götürsən, heç nə qalmaz).

götürə, dağlar dayanmaz. (hazir olan nərsədən, dağ belə olsa, ölçüsüz götürsən, heç nə qalmaz).

götürəmmədiyin çomaq, başada dəyər, qıçada.

götürənmədiyin çomaq, başada dəyər, qıçada.

Götür-qoylu igidin anası ağlamaz. (Araz Gunduz).

götürsən uzun hər nəyin ipin, dolaşıb yıxar, üzüb qırılar.

götürsən uzun hər nəyin ipin, ya dolaşıb yıxar, ya üzülüb qırılar. (yaşam boyu arzıda, diləkdə, aramada olmaq gəlirli (yeğ. yümünlü) degil. hər nəyin sonu var, bu sonu özün qoysan yeğ gəlir).

götürün üçün yükün olsun. (götrün: zərfiyyətin).

götüvün qabın, ağzıvın sözün tanı. -ağzın sözün, başın börkün, ayağqabın bulmalı. (bulmalı: bilməli. tanımalı).

götvərəndə alğın olmasın, qurumsağa vergin. (alğın: alacağın) (vergin: verməlin).

gövdədə qılaç, uyat işlə, beyində qılaç, oyat işlə. (qılaç: cərrahlıq. əməliyyat).

gövrə başla görür, qarrı yaşla. (gövdə başı güdür, yaşlı gəncdən gözlür). (başın dəğəri, yaşlının sılağı, sayqısı, hörməti danılmaz).

gövündə yatan istəklər könlüdə doğan arzular deyil.

göy ağlamayınca yer gülməz.

göy astında yer üstündə tapılmaz. (bu evrəndə tapılmaz nərsə).

göy bulutsuz qalmaz!.

göy dəmir, geri durmaz: düzlük sözün deyər, işin görər.

göy göyə inanan özünə qıymaz, kəndinə güvənən yarına. (göy göyə inanmaq: yaşamın gözəlliyin sezmək). (özünə qıymaz: özün öldürməz).

göy göz güclü olur, qara göz yaraşığlı.

göy tutulur ürək dolur, göz çağlır.

göy üzündən böyük qəfəs bir quş üçün qurulmaz.

göy üzünə atan daşın, qaytıb gələr, yarar başın.

göy verirsə, yer alır, göy (tanrı) istəsə yer çalır.

göy verirsə, yer alır, göy istəsə yer çalır.

göycə mıncıq kimdədir, mənim gözüm ondadır.



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin