Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə


İlahi hökmlərin mahiyyət və əhəmiyyəti barədə



Yüklə 3,63 Mb.
səhifə117/169
tarix02.01.2022
ölçüsü3,63 Mb.
#12370
1   ...   113   114   115   116   117   118   119   120   ...   169
İlahi hökmlərin mahiyyət və əhəmiyyəti barədə.

«Ey müsəlmanlar! Bilin və agah olun ki, sizin fərdi və ictimai vəzifələriniz bu səmavi kitabda gəlmiş, haqqın dəlil və sübutları, ilahi hökmlər «Quran»da yazılmışdır. Həmin bu səmavi qanunlar sizin səadətə yetişməyiniz və kamilləşməyiniz üçün təyin edilmişdir.

Tovhid__qəlblərinizi şirk və bütpərəstlikdən təmizləyərək ürəklərimizi iman nuru ilə işıqlandırmaq; zəkat__insanpərvərlik, məhəbbət, mehribanlıq, xeyirxahlığın qəlblərinizdə yerləşməsi və sərvətlərinizin artması üçündür.

Oruc qəlblərinizin hər cür çirkinlik və küdurətdən təmizlənməsi, pak və səfalı olması, eləcə də insan ruhunun ali və ləyaqətli məqamlara yetişməyə hazırlanması üçün əməli bir nümayiş və imtahandır.

Ədalət cəmiyyətdə bərabərlik və nizam-intizamın tənzimləyicisidir. Biz Əhli-beyt(ə.s)-in Allah-təala tərəfindən bəşəriyyətə hakim və örnək seçilməyimiz, eləcə də Peyğəmbər(s) və Ailəsi(ə.s)-nin ardıcılı olmağın zəruriliyi cəmiyyətdə ixtilaf və çəkişmənin aradan qaldırılması səbəbindəndir.

Cihad dini əzəmət və şövkəti qoruyan güclü bir qalxandır.

Səbir müvəffəqiyyət şəfəqi, xoşbəxtlik bünövrəsi və məqsədə yetişmək yolunda bir vasitədir.

Xeyir işlərə sövq etmə və pis işlərdən çəkindirmə cəmiyyəti fəsaddan qoruyur.

Valideynə yaxşılıq Allahın mərhəmətini nazil, əzabını isə dəf edir.

Qohum-əqrəbaya kömək etmək uzun ömrə, işlərin asanlaşmasına və dostların çoxalmasına səbəbdir.

Yalnız yaxşılıq etməklə çoxlu dost, arxa qazanmaq olar.

Qisas xalqın asayişi, mal və qanını qorumaq üçündür.

Yaxşılıq və nəzirlər Allah rəhmətini cəlb etmək üçündür.

Alverdə ölçüyə düzgün riayət etmək ticarət və iqtisadiyyatın sürətlənməsinə, inkişafına səbəbdir.

Allah-təala bəndəni pisliklərdən uzaqlaşdırmaq üçün şərab içməyi haram buyurmuşdur.

Kobudluq və söyüş söyməkdən çəkinmək onun üçündür ki, nifaq, özbaşınalıq və zorakılıq cəmiyyətdən silinsin.

Oğurluqdan çəkinməklə insanlar arasında əmanət və iffətin qorunması, əl, göz və qəlbin pak qalmasına zəmanət vermək olar.

Şirkdən uzaq olmaq hamının saf niyyətlə Allaha itaət etməsi və ondan qeyrisinə ürək bağlamaması üçündür.




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin