Sunamilər - ən təhlükəli təbii dəniz hidroloji hadisəyə aid edilir, yapon dilindən “körfəzdə hündür dalğa” kimi tərcümə olunur.
Sunami sualtı və sahilyanı zəlzələlər nəticəsində yaranan dəniz dalğalarının bir növüdür. Okeanın dibinin qalxması, enməsi zamanı sahildə qəflətən qeyri adi hündür ləpələr peyda olur.
Sunamilər torpağın tektonik hərəkətindən, sualtı vulkanların püskürməsindən, okeanda böyük torpaq hissələrinin çökməsindən, yeraltı sürüşmələrdən yaranır.
Daşqın - çaylarda suyun səviyyəsinin qalxması nəticəsində məcrasından çıxaraq sahillərini basması və müvəqqəti olaraq sahillərin (yaşayış massivi və ya təsərrüfat sahələri) su altında qalması deməkdir. Çay daşqınlarına səbəb aşağıdakı amillərdir: yaz vaxtı dağlarda qarın və buzun əriməsi, yaz və payız yağışları, yaz vaxtı çaylarda buzun əriyərək dağılıb çay hövzələrini tutması, çayın yatağının müxtəlif səbəblərdən dolaraq qalxması, dəniz tərəfdən küləyin istiqamətinin çayın axarının əksinə istiqamətdə olması və s.
Bütün fəlakətlər arasında təkrar olunma sayına görə, ərazinin əhatə dairəsinə görə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar və subasmalar ön yeri tutur.
Bəzi hallarda daşqınlar sürüşmələrə, yer səthinin çökməsinə, sel axınlarına səbəb olur.
Hidroloji araşdırmalar aparmaq yolu ilə, daşqınları proqnozlaşdırmaq olar.
Su basmış sahələrdən və dəymiş ziyandan asılı olaraq daşqınlar kiçik, böyük, mühüm və faciəli olur.
Dostları ilə paylaş: |