Ad: Nİgar soyad: musazadə qrup: 328M1 MÖvzu: FÖVQƏladə hallarin təSNİfati və onlarin xarakteriSTİkasi faküLTƏ: Fİlologiya və TƏRCÜMƏ MƏKTƏBİ



Yüklə 42,99 Kb.
səhifə5/11
tarix31.12.2021
ölçüsü42,99 Kb.
#113107
1   2   3   4   5   6   7   8   9   10   11
FÖVQƏLADƏ HALLARIN TƏSNİFATI

təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yer daxili enerjinin üzə çıxması (vulkanlar), çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi güclü küləyin təsiri (qasırğa, fırtına, tornadolar);

  • antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya)

    Bir çox təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə bağlı olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.).

    Zəlzələ - ən çox dağıdıcı qüvvəyə malik, idarə olunmaz təbii fəlakətdir. Zəlzələ yeraltı təkan, zərbələr və yer qabığının titrəmələri, yer qatlarının və yaxud mantiyanın üst qatlarının sürüşməsi və parçalanması nəticəsində, böyük məsafələrə elastik dalğavarı ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və tez yayılan fövqəladə hallara aid edilir. Zəlzələnin baş verməsi zamanı təxliyə və qabaqlayıcı tədbirlər görmək mümkün deyil.

    Tarixdə ilk qeydə alınmış zəlzələ eramızdan 2050-il əvvələ aiddir.

    Son 500 il ərzində dünyada zəlzələlər nəticəsində 4,5 milyon insan tələf olmuşdur.

    Yer kürəsində il ərzində müxtəlif dağıdıcı gücə malik zəlzələlər baş verir.

    XX əsrdə bizim planetdə 80-dan artıq dağıdıcı zəlzələ qeydə alınmışdır. Dünyada ən çox zəlzələ baş verən yer Çilidir.

    Zəlzələnin baş vermə səbəblərinə görə 2 cür olur: təbiət və antropoloji.

    Zəlzələnin əsas təsir edici faktoru, zəlzələ ocağından bütün istiqamətlərə yayılan seysmik dalğalardır. İlk dəfə zəlzələlərin dalğavarı olmağını XVIII əsrdə amerikalı astronom və riyaziyyat professoru D.Uintal deyib. Əgər zəlzələnin ocağı dənizdə yerləşirsə hündür dalğaların – sunamilərin əmələ gəlməsinə səbəb olur, o isə öz növbəsində sahilə çatır və çoxlu sayda sahilyanı ərazilərdə fəsadlar törədir.

    Zəlzələlər: tektonik, vulkanik, eləcə də uçqunların və bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələ növləri vardır.

    Tektonik zəlzələ yer qabığının dərinliklərində litosfer tavalarda baş verən çatlar və yerdəyişmələr nəticəsində meydana çıxan yeraltı təkanlardan və ya yer səthinin tərpənməsindən ibarətdir. Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində ətrafa yayılır. Zəlzələnin gücünü və xarakterini səciyyələndirən əsas parametrlər- zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.

    Vulkanik zəlzələlər vulkan püskürmələri nəticəsində meydana gəlir. Vulkan püskürməsi zamanı yeraltı uğultu səsi eşidilir, yeraltı təkan və titrəyiş hiss edilir.

    Uçqun zəlzələləri yeraltı kater boşluqları və ya tərk edilmiş mədən boşluqlarının uçulub tökülməsi zamanı müşahidə olunur. Bu zaman əmələ gələn təkanlar və seysmik dalğalar çox güclü olmur və uzaq məsafələrə yayıla bilmir.

    Törəmə zəlzələlər ərazinin artıq yüklənməsi və digər səbəblərdən ola bilər.

    Zəlzələdən zərərçəkmişlərin sayının minimuma endirilməsi üçün kompleks tədbirlər həyata keçirilir.

    Ölkəmizdə Böyük Qafqaz, Şamaxı-İsmayıllı, Gəncəbasar, Talış dağları, Xəzər dənizi seysmoaktiv zonalar hesab edilir. Bu ərazilərdə hələ qədimdən indiyədək müxtəlif vaxtlarda müxtəlif təkanlar qeydə alınıb.




    Yüklə 42,99 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   11




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin