Ad: Nigar Soyad:Əliyeva Qrup: azd2101b fakültə: Filologiya İxtisas



Yüklə 133,6 Kb.
səhifə3/3
tarix23.05.2022
ölçüsü133,6 Kb.
#116126
növüYazı
1   2   3
Fonetik transkripsiya;transkripsiya işarələri,Fonetikanın əhəmiyyəti kopyası

Təsviri fonetika. Bu və ya digər konkret bir dilin müasir səviyyə malik olduğunu səs tərkibini, səs qananlarını və müəyyən şəraitdən asılı olaraq yaranan fonetik dəyişmələrin qanunauyğunluğunu aydınlaşdırmaq tətbiq etmək və bunlardan əməli nəticələr çıxarmaq təsviri fonetikanın mövzusunu və məqsədini təşkil edir.

  • Tarixi fonetika. İnkişaf tarixi boyu müəyyən dilin səs tərkibində fonetik qanun və qaydalarında baş vermiş dəyişmələri öyrənib, həmin dilin fonetik sisteminin inkişaf tarixini müəyyənləşdirmək tarixi fonetikanın mövzu və məqsədini təşkil edir

  • Təcrübi yaxud eksperimental fonetika daha çox təsviri fonetikadır. Lakin burada müxtəlif alətlər vasitəsi ilə səsin məxrəci, səsin uzanma, qısalma dərəcəsi və sairə, xüsusən müasir fizika, texnika imkanları-maşınları əsasında laboratoriyada tədqiq olunur.

  • Fizioloji fonetika əslində fonetikanın əsas tədqiqat obyekti olan səslərin yaranmasında fəaliyyət göstərən bədən üzvlərinin tələffüz prasesindəki vəziyyətinin tədqiqi ilə bağlı bir sahədir və həm təsviri, həm də tarixi fonetikada bu cəhətlər nəzərə alınır

  • Müqayisəli fonetika bir dilin şivələrindəki, bir ailəyə mənsub dillərdəki səs sistemi müqayisə yolu ilə tədqiq olunur. Buna görə də müqayisəli fonetikanın əsasını təşkil edən tədqiqat üsulu həm tarixi fonetikada, həm də təsviri fonetikada daha ümumiləşmiş halda desək, həm ümumi, həm də xüsusi fonetikada tətbiq olunur. beləliklə də təkcə bir dilin səsləri haqqında deyil, bir sıra qohum və ya yad dillərin fonetik sistemi haqqında ətraflı məlumat verilmiş olur.

    Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
    Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
    Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir. Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
    Dil dəyişdikcə, inkişaf etdikcə dildəki səslərdə də az-çox dəyişiklik ola bilir. Cəmiyyətin inkişafı ilə bağlı olaraq dəyişən dilin maddi vasitəsi olan səslərin dəyişməsi, dilin bir sıra fonetik qanun və hadisələrinin dəyişməsinə, hətta yeni fonetik qanunların yaranmasına səbəb ola bilir. Məhz buna görə də dili həm əməli məqsədlə öyrənmək üçün, həm də nəzəri məqsədlərlə tədqiq etmək üçün onun maddi hissəsini, yəni səsləri bilmək, səslərlə əlaqədar bir sıra hadisələri və qanunları başa düşmək zəruridir.
    Sadə şəkildə desək, əlifba düzəltmək, orfoqrafiya qaydalarını tənzim etmək, həm də bunlan təlim etmək, düzgün tələffüz əsaslarım müəyyənləşdirmək və öyrətmək, başqa dilləri öyrənmək, loqopedləri (dili nöqsanlı olan uşaqları: pəltək, kəkələyən və ya müəyyən səsləri tələffüz edə bilməyən) təlim etmək və daha bir sıra sırf əməli məqsədlər üçün dilin səslərini və fonetik qanunlarını öyrənmək çox zəruridir.Bunlar eyni zamanda səslərin dəyişmə, əvəzlənmə, düşmə, artma qanunlarını, tarixi inkişaf yollarım nəzəri cəhətdən tədqiqetmənin zəruriliyini doğurur. Bundan başqa, dillərin tarixi tədqiqində tətbiq olunan müqayisəli tarixi üsul daha çox tarixi fonetikaya əsaslanır, bu isə qohum dillərin tərkibinin öyrənilməsi zərurətini bir daha aydın göstərir.
    Bütün bunlar, ümumən dilçilik elminin, xüsusən onun bir bölməsini təşkil edən fonetikanın əhəmiyyətini nümayiş etdirən konkret faktlardır. Buna görə də hər bir mədəni adam nitq mədəniyyətinə yiyələnmək üçün əvvəlcə dilin fonetik əsaslarını bilməlidir.
    Ədəbiyyat siyahısı:

    • Mübariz Yusifov - Azərbaycan dili fonetikasının əsasları

    • www.academia.edu

    • www.muhaz.org

    • www.azkurs.org

    Yüklə 133,6 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin