FTP (FİLE TRANSFER PROTOKOL) SERVERLƏR
İnternetdə fayllar əsasən Veb –səhifələrdə Veb müraciətlər şəklində yerləşdirilir. Belə faylları yükləmək üçün Brauzer, və ya yükləmə proqramlarından istifadə etmək əlverişlidir. Lakin bu proqramlar faylların bir yerdən başqa yerə ötürülməsi və qəbulu zamanı əlverişli deyil.
FTP protokolları hələ Meb qovşaqların yaranmasına qədər mövcud olmuşdur və indiyə qədər faylların ötürülməsi üçün istifadə olunan əsas protokoldur. O, istifadəçilər üçün geniş arxiv fayllarından öz istədiklərini seçməyə imkan verir. Hazırda çoxlu sayda proqramlar, ZİP- arxivləri, səs faylları və digər Veb-səhifəsinin tərkib hissəsi olmayan fayllar FTP qovşaqları vasitəsi ilə yayılır. Onları bəzən FTP arxivləri, ya da FTP serverlər adlandırırlar.
FTP qovşaqlarını ətraflı öyrənmək üçün, oradan lazımi faylları tapmaq və yükləmək üçün brauzerdən istifadə olunmur. Ona görə ki, bu zaman faylları axtarıb tapmaq və yükləmək üçün çox vaxt tələb olunur. Çünki, faylları yükləmək üçün brauzedə onları bir-bir seçmək lazımdır. Ona görə də kütləvi olaraq faylları yükləmək və ötürmək üçün FTP- protokollarından mstifadə olunur.
FTP- xidmətindən İnternetdə tam istifadə etmək üçün xüsusi proqram olmalıdır. Belə proqram istifadəçi FTP proqramı adlanır. Ən sadə istifadəçi FTP proqramı ftp.exe proqramılır və bu proqram əməliyyat sisteminin tərkibinə daxildir.
FTP protokollarının əsas xüsusiyyəti ondan ibarətlir ki, onunla birləşmə uzunmüddətli olur. Digər protokollarla birləşmədə fayl yükləndikdən sonra qoşulma açılır. FTP serverinə birləşdikdən sonra, onun vasitəsi ilə lazım olan faylları ötürənə və qəbul edənə qədər bu birləşmə qalır. Bu faylların sayı istənilən qədər ola bilər və ona görə də birləşmə vaxtına məhdudiyyət yoxdur.
FTP-File Transfer Protocol (Faylların ötürülməsi protokolu)
FTP-File Transfer Protocol (Faylların ötürülməsi protokolu).Bu xidmət vasitəsilə bir şəbəkə komputeri ilə digəri arasında fayllar mübadiləsi aparıla bilər. FTP protokolu TCP/IP (Transmission Control Protocol over/based on Internet Protocol- İnternet Protocolu vasitəsilə informasiya Ötürülməsini İdarə edən Protokol) standart protokollar ailəsinin tətbiq səviyyəsinə aid protokollarından biridir. Nəqliyyat səviyyəsində TCP protokolu tətbiq edilir. FTP protokolu ilə proqram istifadəcisi uzaq məsafəli kompüterin fayllar kataloquna baxa, bir kataloqdan digərinə keçə və faylları öz kompüterinə köçürə bilər.
FTP xidməti WEB-də yerləşdirilməsi əhəmiyyət kəsb etməyən informasiya resurslarını arxiv rolunu oynayan kompüterlərdə saxlamağa və onlardan istifadə etməyə imkan verir. Həmin kompüterlərə başqa sozlə FTP-serverlər deyilir.
FTP arxivinin resurslarının axtanşı üçün «Archive» adlanan və WEB-də yerləşdirilən qlobal axtarış sistemi mövcuddur. Həmin sistemin saxlandığı WEB-serverlərindən birinin ünvanı belədir: http://ftpsearch.ntnu.no. FTP resurslarınm axtanşı üçün regional axtarış sistemləri də mövcuddur, məsələn, Rusiyada «Filesearch» adlı sistemdən həmin ölkənin FTP-serverlərində saxlanan fayylların axtanşında geniş istifadə edilir. Həmin sistemin İnternet ünvanı belədir: http: //fılesearch.ru.
HTML (Hypertext Markup Language) web saytların hazırlanmasında istifadə olunan dildir. Digər proqramlama dillərindən fərqi istifadə qaydasının çox sadə olmasıdır. HTML hər hansı bir text redaktoru ilə yazıla bilər. Məsələn: 'Notepad' kimi. Notepadda yazılan kodların görüntüsünü görmək üçün onu *.htm və ya *.html formatına gətirmək lazımdır. Bunun üçün kodu yazdıqdan sonra "File ->Save As.." seçmək, daha sonra isə faylı *.htm (*.html) formatında yazmaq lazımdır.
Kod yazılmasını daha da asanlaşdırmaq üçün sizə "Home Site" proqramını məsləhət görürük. Yazılmış kodların nəticələrini proqramın özündə görmək olar. Proqramı www.macromedia.com adresindən yükləyə bilərsiniz.
Dərsləri daha yaxşı başa düşmək üçün nümunələrə diqqət yetirin. İndi isə dərsimizə başlaya bilərik.
Dostları ilə paylaş: |