«Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq.»
Bu şərif ayə iki cümlədən təşkil olunmuşdur. Birinci cümlə “inna nəhnu nəzzəlnəz-zikrə” təkid edərək göstərir ki, Qurani-kərim Mütəal Allah tərəfindən nazil edilmişdir və nazil olduğu zaman onda heç bir dəyişiklik baş verməmişdir. İkinci cümlədə isə “və inna ləhu ləhafizun” təkid ədatlarından, eləcə də davamiyyətə dəlalət edən cümlə quruluşu vasitəsi ilə Quranın əbədi olaraq hər növ təhrifdən uzaq qalmasına zəmanət verilmişdir.
Bu ayə Qurana bir şeyin artırılmaması barəsində dəlil olmasına baxmayaraq Quranda təhrifolunmanın inkar edilməsindən ötrü zəif istidlaldır. Çünki əgər Qurana bir şeyin artırılmasını fərz etsək onda yuxarıdakı ayənin də artırılması təsəvvür oluna bilər. Belə bir fərziyyənin düzgün olması bu ayənin özü ilə uyğun gəlmir. Buna görə də Qurani-kərimin möcüzə olmasına əsaslanaraq o fərziyyəni batil etdik, sonra isə bu şərif ayədən istifadə etməklə ondan hər hansı bir ayə, yaxud müstəqil surənin çıxarılmasından amanda qalmasını (belə ki, onun möcüzəli nəzmini bir-birinə qarışdırılmasına səbəb olmayacaq şəkildə) da isbat etdik. Beləliklə, Qurani-kərimin artırılıb-azaldılma kimi təhrifdən amanda olmasını bir əqli və bir nəqli dəlillə sübuta yetir.
Dərsin axırında bu məsələni xatırladırıq ki, Quranın təhrifdən amanda qalması dedikdə məqsəd bu deyildir ki, hər yerdə Quran adlı bir kitab tapılsa, kamil Quran olsun, yazıda və ya qiraətdə olan səhvdən uzaq olsun, onun barəsində heç bir növ yanlışlıq və mənəvi cəhətdən təhrifin olmaması mümkün olmasın və onun ayə və surələri nazilolma tərtibi ilə tənzim olunmuş olsun. Əksinə, məqsəd budur ki, Qurani-kərim bəşər arasında elə bir vəziyyətdə qalmalıdır ki, həqiqət axtaranlar üçün onun bütün ayələrini nazil olduğu şəkildə əldə etmələri mümkün olsun. Buna əsasən, bəzi Quran nüsxələrinin səhv yazılması, yaxud naqis olması, yaxud qiraət fərqləri, yaxud ayə və surələrinin nazil olduğunun əksinə olaraq tənzim olunması, yaxud mənəvi cəhətdən təhrif edilməsi, yaxud şəxsi rəy əsasında təfsir edilməsinin Quranın sözü gedən təhrifdən amanda qalması ilə heç bir ziddiyyəti yoxdur.
Dostları ilə paylaş: |