Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə179/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   175   176   177   178   179   180   181   182   ...   289

BİR ŞÜBHƏ VƏ ONUN CAVABI


Yuxarıdakı bəyanlardan aydın olur ki, nübüvvətin xətm olunmasının sirri budur ki, əvvəla, Peyğəmbər (s) öz köməkçiləri və canişininin köməyi ilə özünün ilahi risalətini bütün dünyaya çatdıra bilərdi. İkincisi, onun gətirdiyi səmavi kitabın hər növ təhrifdən amanda qalacağına zəmanət verilmişdir. Üçüncüsü, İslam şəriəti dünyanın axırına qədər bəşəriyyətin ehtiyac duyduğu bütün məsələlərə cavab verməyə qadirdir.

Amma bəziləri sonuncu mətləb barəsində şübhə yaradıb deyə bilər ki, keçmişdə ictimai rabitələrin get-gedə mürəkkəbləşməsi yeni hökmlərin verilməsini, yaxud əvvəlki hökmlərin dəyişməsini tələb etdiyi zaman digər bir peyğəməbər məbus olduğu kimi islam Peyğəmbərindən də (s) sonra ictimai rabitələrdə nəzərə çarpacaq və daha mürəkkəb dəyişikliklər baş verdiyindən, belə dəyişikliklər yeni şəraitin yaranmasını və nəticədə yeni peyğəmbər göndərilməsini necə tələb etməyə bilər?

Cavabda deməliyik ki, hansı dəyişikliklərin əsaslı qanunlar gətirilməsini tələb etdiyini ayırd etmək adi insanların qüdrət və bacarıq dairəsindən xaricdədir. Çünki bizim hökm və qanunların hikmət və səbəblərinə elmi əhatəmiz yoxdur. Əksinə, biz İslamın əsas qanunlarının dəyişilməsinə ehtiyac duyulmadığını, bu dinin əbədi din olmasından və Peyğəmbəri-Əkrəmin (s) xatəmiyyətindən dərk edirik.

Əlbəttə, biz yeni qayda-qanunların qoyulmasını tələb edən yeni ictimai hadisələrin varlığını da inkar etmirik. Amma İslam şəriətində bu kimi cüzi qanunlar yaratmaq üçün müəyyən prinsip və qaydalar nəzərdə tutulmuşdur ki, səlahiyyətli məqam sahibləri onların əsasında lazımi qanunlar çıxara və icra edə bilər. Bu mətləbin təfsilatını İslam fiqhində, islami hökumətin ixtiyarı (məsum imam və vəliyyi-fəqih) bölməsində araşdırmaq lazımdır.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin