«Allahın qanununda heç vaxt bir dəyişiklik tapmazsan.»
Bəs şəfaətin vasitəsilə bu qanunun dəyişilməsi necə mümkün ola bilər?
Cavab:
Məlum şərtlər malik olan günahkarlar barəsində şəfaətin qəbul edilməsi Allahın dəyişiklik qəbul etməyən qanunlarından biridir. Yəni, ilahi qanun real meyarlara tabedir və heç bir ilahi qanun onun vücudi (varlıq) və ədəmi (yoxluq) şərtlərinin yaranması ilə dəyişilmir. Lakin bu qanunlarda dəlalət edən ibarələr əksər hallarda mövzunun bütün və ya müxtəlif şərtlərinin bəyan edilməsi demək deyildir. Buna görə də elə hallar tapılır ki, bir neçə müxtəlif qanun ilə əlaqədar olan ayələrin zahiri onlara şamil olur. Halbuki, gerçəkdə ayənin xarici nümunəsi əxəs (dəlalət etmə həddi-hüdudu daha kiçik) və daha güclü meyara tabedir. Deməli, hər bir qanun onun öz mövzusunun həqiqi şərtlərinə diqqət yetirməklə (nəinki təkcə ibarələrdə qeyd olunan şərtlərə) sabit qalacaq və dəyişkənlik qəbul etməyəcəkdir. Onlardan biri də şəfaət qanunudur ki, müəyyən olunmuş şərtlərə malik olan xüsusi günahkarlara şamildir və bu barədə dəyişkənliyə yol yoxdur.
6.Şəfaət vədəsi insanların günaha mürtəkib olmaqda və yollarını azmaqda daha da cürətlənmələrinə səbəb olar.
Cavab: Tövbənin qəbul olunması və pis əməllərin üstünün örtülməsi ilə əlaqədar da irəli çəkilən belə şübhənin cavabı budur: şəfaətə və məğfirətə nail olmağın müəyyən şərtləri vardır ki, günahkar şəxsin onlara nail olub-olmadığına yəqini yoxdur. Şəfaətə nail olmağın şərtlərindən biri də budur ki, öz imanını, həyatının son anlarına qədər qoruyub saxlaya bilsin. Biz də bilirik ki, heç kəs belə bir şərtə malik olmasına tam şəkildə əmin ola bilməz. Digər tərəfdən də əgər günaha batan bir kimsənin bağışlanmağa heç bir ümidi olmazsa, ümidsizliyə düçar olub məyus olar və bu da onun günahları tərk etmə məqsədini zəiflədər, onu azğın yola tərəf çəkər. Məhz buna görə də ilahi mürəbbilərin (tərbiyəçilərin) tərbiyə metodu belə olmuşdur ki, onlar insanları həmişə ümidlə qorxu arasında saxlamışlar: nə ilahi rəhmətə o qədər ümidvar etmişlər ki, nəticədə “ilahi məkrdən əmin-amanlıq, arxayınlıq hissi” keçirsinlər, nə də onları ilahi əzabdan o qədər qorxutmuşlar ki, “ilahi rəhmətdən məyus olub ümidsizliyə” düçar olsunlar. (Çünki bunların hər ikisi – ilahi məkrdən əminamanlıq hissi keçirib arxayın olmaq və Allahın rəhmətindən tam ümidsiz olmaq böyük günahlardandır.)
7.İlahi əzabdan xilas olmaqda şəfaətin təsiri başqalarının (şəfaət edənlərin) işinin əbədi səadət və ya bədbəxtçilikdə təsirli olması mənasınadır. Halbuki, bu məsələ “və ən ləysə lil-insani illa ma səa – İnsanı səadətə çatdıran yeganə şey onun öz səy və fəaliyyətləridir” ayəsinin məfhumu ilə ziddir.
Cavab: Şəxsin öz məqsəd və məramına çatmaq üçün göstərdiyi səylər bəzən birbaşa həyata keçir və yolun axırına qədər davam edir. Bəzən də birbaşa deyil, müəyyən vasitələrlə, müqəddimə və şərtlərin hazırlanması ilə baş verir. Şəfaətə layiq görülən şəxsin səy və fəaliyyətləri də səadətin müqəddimələrini əldə etmək üçün sərf edilir. Çünki iman gətirmək və şəfaətə layiq görülmək üçün şəraitin əldə edilməsi də, hərçənd natamam və naqis şəkildə olsa belə, səadətə çatmaq yolunda göstərilən səylər hesab olunur. Buna görə də bərzəx aləmində və məhşər səhnəsinin ilk dövrlərindəki çətinliklərə, əzaba düçar olacaq. Hər halda o öz qəlbində iman ağacını əkdiyinə, onu saleh əməllərlə inkişaf etdirdiyinə, dünyəvi həyatının axırına qədər bu ağacı qurutmadığına görə səadətin əsasını qoymuş olur. Deməli, yekun səadət onun öz səy və faliyyətlərinə istinadən verilir. Hərçənd şəfaət edən də bu ağacın ərsəyə çatmasında müəyyən qədər rol oynayır. Belə ki, dünyada bəzi şəxslər də insanların hidayət olunmasında və düzgün tərbiyələnməsində təsirli olurlar. Onların təsiri fərdlərin özlərinin səy və faliyyətlərinin inkar olunması mənasında deyildir.
Dostları ilə paylaş: |