Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə76/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   72   73   74   75   76   77   78   79   ...   289

MÜLAHİZƏLƏR VƏ TƏNQİDLƏR


Əvvəlcə buna diqqət yetirmək lazımdır ki, iki maddi varlığın bir-birinin yanında – birinin digərini zəiflətməsi və onun məhv olması ilə nəticələnməsi şəklində yerləşməsini heç kəs inkar etmir. Bunu su ilə atəşin misalında görmək olar. Lakin əvvəla, bu cərəyan ümumi deyildir və bunu bütün kainat miqyasında gerçəkləşə biləcək bir qanun kimi qəbul etmək olmaz. Çünki dünyada bunun yüzlərlə, minlərlə əksini tapmaq olar.

İkincisi, bəzi maddi fenomenlərin arasında belə bir təzadın, varlığı metafizik fəlsəfədə və klassik məntiqdə qeyri-mümkün sayılan təzadla heç bir əlaqəsi yoxdur. Çünki qeyri-mümkün sayılan şey “vahid mövzu”da olan ziddiyyətlərdir, amma qeyd olunan misallarda mövzu vahid deyildir. Marksistlərin ziddlərin bir yerə toplanmasına dair gətirdikləri toplama-çıxma, törəmə-inteqral kimi məzhəkəli misalları, həmçinin kapitalist ölkələrində fəhlə sinfi tərəfindən təşkil olunacaq proletar hökuməti barədə verdikləri “qeybi xəbərlər”i bir tərəfə qoyaq.

Üçüncüsü, əgər onların dedikləri fenomenlər bir-biri ilə zidd olan iki ünsürdən təşkil olunsalar, onda onlardan biri üçün deyil, həm tez, həm də anti-tezin hər ikisi üçün digər bir tərkib nəzərdə tutmalıyıq. Çünki onların hər biri fenomendir və qeyd olunan prinsipə görə iki ziddən təşkil olunmalıdır. Nəticədə hər bir məhdud fenomen sonsuz sayda ziddlərdən təşkil olunmalıdır!

Amma onların varlığın daxilindəki təzadı hərəkətin amili hesab etmələrinə və bununla da mexaniki materializmin zəif və çatışmayan cəhətlərini aradan qaldırmaq istəklərinə gəlincə, onun ən kiçik iradı budur ki, belə bir fərziyyənin düzlüyünə heç bir elmi dəlil yoxdur. Bundan əlavə, xarici qüvvə nəticəsində yaranan mexaniki hərəkətlərin varlığı heç bir vəchlə inkar oluna bilməz. Əks halda, futbol topunun, futbolçunun ayaq zərbəsi nəticəsində deyil, onun daxilindəki təzad nəticəsində hərəkət etdiyini deməliyik!!!



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin