ƏBƏDİ İQAMƏTGAHA DOĞRU
Daha sonra Allahın hökmü elan edilər.13 Yaxşı əməl sahibləri ilə pis əməl sahibləri bir-birindən ayrılar:14 möminlər üzüağ, şad və gülər üzlə behiştə tərəf,1 kafirlər və münafiqlər isə üzüqara, qəmgin, zillət və xarlıqla cəhənnəmə yola salınar.2 Bütün insanlar cəhənnəmdən keçirilər,3 bu zaman möminlərin siması nur saçar və onların yollarını işıqlandırar,4 kafirlər və münafiqlər isə qaranlıqda, mütləq zülmətdə qalarlar.
Dünyada möminlərlə qaynayıb-qarışan münafiqlər onları çağırıb “Üzünüzü bizə tərəf döndərin, sizin nurunuzdan istifadə edək!” - deyərlər, amma belə cavab eşidərlər: “Nur kəsb etmək üçün arxaya (dünyaya) qayıdın!” Daha sonra deyərlər: “Məgər dünyada biz sizinlə deyildikmi?” Belə cavab eşidərlər: “Əlbəttə ki, zahirdə bizimlə idiniz, lakin özünüzü giriftar etdiniz və qəlbləriniz şəkkə, tərəddüdə və qəsavətə düçar oldu. Bu gün işiniz bitmişdir, sizdən və kafirlərdən heç bir əvəz qəbul edilməz.” Nəhayət, kafirlər və münafiqlər cəhənnəm oduna tökülər.5
Möminlər behiştə yaxınlaşan zaman onun qapıları açılar və Allahın rəhmət mələkləri onların pişvazına çıxar, salam və ehtiramla onlara əbədi səadət müjdəsi verərlər.6 Digər tərəfdən kafirlər və münafiqlər cəhənnəmə çatdıqda onun qapıları açılar, əzab mələkləri kobudluqla onları danlayar və onlara əbədi əzab vədəsi verərlər.7
BEHİŞT
Behiştdə genişliyi yerin və göylərin genişliyi qədər olan bağlar8 və müxtəlif ağaclarla örtülən, hər növ meyvəsi olan və əlçatan yerdə olan9 ağaclar, əzəmətli qəsrlər və zülal kimi suyu olan çaylar,10 həmçinin süd, bal və pak şərabdan ibarət olan çaylar,11 behişt əhlinin istəyinə uyğun12 və onların arzularına müvafiq olan hər bir şey vardır.1
Behişt əhli ipək paltar geymiş, müxtəlif zinətlərlə bəzənmiş olar.2 Bir-birinin qarşısında taxtların üzərində və yumşaq yataqlarda söykənmiş halda Allaha həmd-səna edərlər.3 Dillərinə əbəs və lazımsız söz gətirməzlər. Belə sözlər də eşitməzlər.4 Onlara nə soyuq əziyyət verər, nə də istilik.5 Onların nə əzab-əziyyəti və yorğunluğu olar,6 nə də qorxuları və qəm-qüssələri.7 Qəlblərində bir kəsə qarşı kin-küdurət də olmaz.8
Onların ətrafında gözəl xidmətçilər hərəkət edərək9 onlara, ləzzət və təsəvvürolunmaz ruh yüksəkliyi verən behişt camlarında şərablar içirdərlər və onlara heç cür bəla dəyməz.10 Onlar növbənöv meyvələrdən, quş ətlərindən yeyər,11 gözəl, mehriban və heç bir çirkinliyə aludə olmayan pak zövcələrdən,12 bunlardan da ən yüksəkdə Allahın razılığından mənəvi nemət kimi bəhrələnərlər.13 Onlar öz Pərvərdigarları tərəfindən çoxlu lütf və mərhəmətlərə nail olarlar. Bu da onları təsəvvürolunmaz dərəcədə şadlığa, sevincə qərq edər.14 Bu misilsiz səadətlər, vəsfolunmaz nemətlər, Allahın rəhmət, razılıq və dərgahına yaxınlıq həmişəlik olaraq davam edəcək.15 Və onların sonu olmayacaqdır.1
Dostları ilə paylaş: |