Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə245/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   241   242   243   244   245   246   247   248   ...   289

İzah:


Əgər insan əbədi səadət yerinə dünyanın ötəri ləzzətlərini seçsəydi, amma bu işin onun əbədi dünyası üçün heç bir pis və xoşagəlməz nəticəsi olmasaydı onda bu axirət səadətinin son dərəcə üstünlüyə malik olmasını nəzərə almaqla səfehcəsinə bir iş olardı. Lakin heç kəsin axirət aləmindən qaçış yolu yoxdur və özünün bütün qüvvələrini dünya həyatına sərf edən, axirət aləmini unudan və ya ümumiyyətlə, onu inkar edən şəxslər nəinki təkcə behişt nemətlərindən məhrum olmur, üstəlik həmişəlik olaraq cəhənnəm əzabına düçar olaraq ikiqat ziyan çəkmiş olurlar.2

Məhz buna görə də Qurani-kərim bir tərəfdən axirət nemətlərinin üstünlüklərini xatırladır və dünya həyatının insanları aldatmaması üçün ciddi xəbərdarlıq edir,3 digər tərəfdən isə dünyaya məftun olub axirəti unutmağın, əbədiyyət dünyasını inkar etməyin, yaxud onun barəsində şəkk-şübhə etməyin ziyanlarını sadalayır və bu iş insanın əbədi bədbəxtliyinə səbəb olacağını təkid edir.4 Dünyanı özünə məqsəd kimi seçən adamın yalnız axirət nemətlərindən məhrum olması güman olunmamalıdır, əksinə, bundan əlavə, o, əbədi cəzalara da düçar olur.



Səbəbi dünyapərəst bir şəxs Allahın ona verdiyi istedadlara istehza edərək əbədi səadət kimi səmərə verməli olan ömür həyatının barlı ağacını qurutması nemət verənin haqqına riayət etməməsi, Onun nemətlərini Onun razı olmadığı yollarda sərf etməsidir. Şübhəsiz, belə bir şəxs öz seçdiyi yolun pis nəticələrini gördüyü zaman torpaq olmasını və belə ağır aqibətə düçar olmamasını arzu edəcəkdir.5

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin