ALLAHIN ƏZƏLİ VƏ ƏBƏDİ OLMASI
Əgər hər hansı bir varlıq başqa bir varlığın nəticəsi olaraq ona ehtiyaclı olsa, vücudu onun (səbəbin) özünə tabe olacaqdır və illətinin aradan getməsi ilə vücudunu itirəcəkdir. Başqa sözlə desək, hər hansı bir zaman dövründə mövcudun yox olması (olmaması) onun ehtiyaclı və mümkünül-vücud olmasını göstərir. Vacibul-vücudun varlığı özündən olduğundan və heç bir varlığa ehtiyaclı olmadığı üçün həmişə mövcud olacaqdır.
Bununla da Vacibul-vücud üçün digər iki sifət isbat olunur: biri əzəli olmasıdır, yəni keçmiş heç bir dövrdə Onun üçün yoxluq təsəvvür olunmur, digəri isə əbədi olmasıdır, yəni o, gələcəkdə də heç vaxt yox olmayacaqdır. Bəzən bu iki sifətin cəmi “sərmədi” adı ilə bəyan olunur.
Buna əsasən əvvəllər yoxluğu, yaxud sonradan zavala uğraması mümkün olan bir varlıq Vacibul-vücud olmayacaqdır. Hər bir maddi varlığın Vacibul-vücud olması fərziyyəsinin batil olması da tamamilə aşkardır.
Dostları ilə paylaş: |