Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə74/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   70   71   72   73   74   75   76   77   ...   289

SUALLAR


1.Maddi (materialist) dünyagörüşünün əsaslarını bəyan edin.

2.Maddəni və maddi varlığın tərifini deyin.

3.Birinci prinsipin iradlarını deyin.

4.İkinci prinsipin iradlarını deyin.

5.Üçüncü prinsipi tənqid edin.

6.Dördüncü prinsipin iradlarını şərh edin.


ON BEŞİNCİ DƏRS

DİALEKTİK MATERİALİZM VƏ ONUN TƏNQİDİ



-Tarixi və dialektik materializm

-Əksliklərin vəhdəti və mübarizəsi qanunu və onun tənqidi

-Kəmiyyətin keyfiyyətə keçməsi qanunu və onun tənqidi

-İnkarı inkar qanunu və onun tənqidi

DİALEKTİK VƏ TARİXİ (MEXANİKİ) MATERİALİZM


Materializmin müxtəlif qismləri vardır ki, onların hər biri dünya və onun varlıqlarını, fenomenlərini xüsusi şəkildə izah etmişdi. Müasir əsrin əvvəllərində materialistlər yeni fizikanın məfhumlarından istifadə edərək dünyanın yaranışını mexaniki hərəkət əsasında izah edir və hər bir hərəkəti, xaricdən mütəhərrik (hərəkət edən) cismə daxil olan xas bir mühərrik (hərəkət verən) qüvvəsinin nəticəsi (məlulu) hesab edirdilər. Başqa sözlə desək, dünyanı “böyük bir maşın” kimi təsəvvür edirdilər ki, mühərrik qüvvəsi onun bir hissəsindən digər hissəsinə ötürülür və nəticədə bu “böyük maşının” hər bir hissəsi hərəkətə gəlir.

“Mexaniki materializm” adlanan bu fərziyyədə mövcud olan nöqsanlı hallara görə müxaliflər tərəfindən tənqid atəşinə tutulurdu. O cümlədən: Əgər hər bir hərəkət xarici qüvvə nəticəsində yaranarsa, dünyanın ilkin maddəsinin hərəkəti üçün də bir qüvvə nəzərdə tutumaq lazımdır ki, xaricdən ona daxil olmuş olsun. Bu da təbiətin fövqündə dayanan bir varlığın qəbul edilməsini gərəkli edir ki, heç olmazsa, maddə aləmində ilkin hərəkətin mənşəyi ola bilsin.

Digər irad budur ki, yalnız məqsədyönlü və yerdəyişmə əsasında olan hərəkəti mexaniki qüvvə ilə izah etmək olar. Halbuki, dünyanın bütün varlıqlarını (fenomenlərini) yalnız mexaniki dəyişikliklərdə məhdudlaşdırmaq olmaz, başqa fenomenlərin yaranışı üçün mütləq digər bir amil və səbəb olduğunu qəbul etməliyik.

Mexaniki materializmin bu etirazlara qaneedici bir cavab verə bilməməsi nəticəsində materialistlər dünyada baş verən dəyişikliklər üçün digər bir amil tapmaq, heç olmazsa, bəzi hərəkətləri dinamiki surətdə təfsir etmək və maddə üçün bir növ “özündən hərəkətetmə” nəzərə almaq qərarına gəldilər.

O cümlədən, materializmin banilərindən olan Marks və Engels Hegelin fəlsəfi məfhumlarından istifadə etməklə hərəkətin amilini maddi fenomenlərdəki daxili təzad kimi qələmə verdilər, materiyanın əbədiliyini, heç kəs tərəfindən yaradılmamasını, hərəkətin ümumi olmasını və təbiətdə bütün varlıqların bir-birinə təsir qoymasını qəbul etməkdən əlavə, öz fərziyyələrini bəyan etmək üçün aşağıdakı üç əsli müddəanı da irəli sürdülər:

1.Əksliklərin vəhdəti və mübarizəsi

2.Kəmiyyətin keyfiyyətə keçməsi

3.İnkarı inkar qanunu

Burada, qeyd olunan müddəaların hər birini qısa şəkildə izah edir, sonra onların irad və çatışmayan cəhətlərini bəyan edəcəyik.1


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin