Şərqi Türküstanda uyğurlar Novruzun başlanması ilə yeni ilin şərəfinə sevinc duyğusunu ifadə edən şeirlər, nəğmələr (novruznamələr) yazıb hazırlarlar. Novruz günü bayram paltarları geyərək müqəddəs ibadətgahlara, çöllərə, şay kənarına, işlək alış-veriş mərkəzlərinə toplanırlar.Milli oyunlar oynanır, ozanlar türkü və şeir deyişmələri göstərirlər.Oxuyanlar nəğmə söylər, rəqqaslar rəqs edərlər.Novruz mərasimlərinə məktəb uşaqları da çiçəklərlə bəzənmiş taxtalara yazdıqları “novruznamələri” nəömə ilə oxuyaraq qatılırlar.Mərasimin sonunda böyük qazanlarda hazırlanmış Novruz aşı birlikdə yeyilir(51).
Dağıstan xalqlarında yaz mövsümü ilə bağlı bahar bayramları keçirilir. Bu xalqların bəzilərində bu Novruzdur, bəzilərində “Al bayram”, “Qırmızı gün”dür.Bu bayramlarda dağlarda, həyətlərdə tonqal qalanır.