Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə20/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   16   17   18   19   20   21   22   23   ...   55
XakaslardaÇıl pazı” 22 martda keçirilir.”Çıl pazı”nın mənası “ilin başı” deməkdir.Bu xakasların yeni ilidir. Bu yaradılışın, Günəşin, təbiətin bayramıdır, təmizlənmə bayramıdır.22 iyunda keçirilən Uluq kün-kün pazı Günəşə səcdə bayramıdır.İyun-İyul aylarında keçirilən Ot tayıq mərasimi Oda səcdə bayramıdır.

Çuvaşların yaz bayramı “Akatuy”dur.Bu mərasim əkinçiliyə həsr olunur. Akatuy bayramı özündə bir sıra mərasim və təntənəli ritualları birləşdirir. Aprel ayının son günlərində keçirilir.Çöldə əkin işlərinə başlanması ilə Akatuy başlanır. Akatuyun ritual hissəsinin keçirilməsi üçün pivə hazırlanır, yeməklər bişirilir, yumurta boyanır. Bayram müxtəlif evlərdə müxtəlif günlərdə başlanır və bir həftə davam edir. Bayram edilən evdə təntənəli stol açılır, qohumlar və qonşular dəvət edilir. Hər kəsə pivə paylanır. Sonra isə qədim “Alpan kaymi aki-suxi”(şumlamaq və səpmək bizim işimiz) nəğməsi oxunur.Dua zamanı çuvaşlar uca tanrı Turadan və ona tabe olan xeyirxah ruhlardan bol məhsul, zənginlik, sağlamlıq diləyirlər.

Çuvaşlarda ən vacib dini bayram və mərasimlər əkinçiliklə bağlıdır. Bu mərasimlər başqa əkinçi xalqlarda olduğu kimi yeni il qabağı günəşin qış dönüm nöqtəsində olduğu vaxt başlanır və bundan sonra yazın başlanması bayramı gəlir. Amma ən əsas bayramlar yaz səpini ilə bağlı olaraq keçirilir. Buraya Aka patti, Akatuy və ya Sabantuy daxildir. Yayın əvvəlində məhsul yığımı ilə bağlı olaraq Uy çuk (polevaya jertva-tarla qurbanı) və Sinse bayramları qeyd olunur. Bu bayramlar bir həftə və daha çox davam edir. Bu bayramlarda bütün kənd və və ya bir neçə kənd bir yerdə iştirak edir. Mərasimi yaşlı adamlar və ya xüsusi seçilmiş adamlar idarə edirlər. Hər bir kənd üçün mərasim xüsusi olaraq müəyyənləşdirilmiş yerdə keçirilir. Mərasimin keçirilməsi üçün seçilən belə yerlər əsasən meşə və ya tala olur. Bayram zamanı bütün kənddən toplanmış pulla alınmış heyvan qurbanı kəsilir. Xüsusi seçilmiş adamlar bayramla bağlı yasaqlara riayət olunmasına nəzarət edirlər. Məsələn, Sinse zamanı heç bir kənd təsərrüfatı və torpaq işləri görmək olmaz. Çünki bu günlərdə “yer ana hamilədir”. Bu yasağı pozan olarsa o çox ciddi şəkildə cəzalandırılır. Mərasimdə uca Tanrı Turaya dua edilir. Amma düşünmək olar ki, çox qədim dövrlərdə “Yer ana”ya yalvarılmış, ona müraciət olunaraq dua edilmişdir. Ona üstünlük veilməsinin izləri aydın cizgilərlə saxlanmışdır(17,371).




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin