Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə126/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   122   123   124   125   126   127   128   129   ...   162
2.6 Cənubi Afrika
Cənubi Afrikada da İslam Bankları fəaliyyət göstərir. Ölkənin ən böyük banklarından “ABSA Bank”, “FirstRand Bank”, “HBZ Bank” İslam pəncərələri vasitəsilə İslam Maliyyə məhsulları təklif edirlər. Al Baraka Bank adlı qurum isə tam İslam prinsipləri ilə işləyən bankdır. İslam bank aktivləri cəmi bank aktivlərinin 1-2% - i təşkil edir.

2.7 Sinqapur
İslam Maliyyə İnstitutlarının və İslam Maliyyə xidmətlərinin mövcud olduğu qeyri – İslam ölkələri arasında yada düşən ilk ölkələrdən biri də şübhəsiz Sinqapudur. Sinqapur 2005 – ci ildə İslam Maliyyə xidmətlərinin tətbiqinin nə dərəcədə və hansı səviyyədə mümkünlüyünü öyrənmək üçün mövcud hüquqi rejimi (banklar haqqında qanun və vergi sistemini) ciddi şəkildə araşdırdı. 2006 – cı ilin İyun ayında Siqapurda Mərkəzi Bank funksiyasını yerinə yetirən Monetary Authority of Singapore (MAS) Banklara qeyri – maliyyə aktivləri ilə əməliyyat aparmağa rəsmi olaraq icazə verdi ki, bu da banklar üçün daşınmaz əmlak və digər malların ticarətinə şərait yaratdı. Banklara ticarətin icazə verilməsi isə İslam Bankçılığında ən geniş istifadə olunan Murabaha alətini Sinqapurda rahatlıqla tətbiq etməyə imkan verdi. Sinqapur həmçinin vergi rejiminə də müəyyən düzəlişlər etdi ki, bu da İslam Maliyyə xidmətləri ilə ənənəvi maliyyə məhsulları arasındakı vergi yükü fərqini aradan götürdü.

İlkin mərhələlərdə Sinqapurda əsasən müxtəlif İslam pəncərələri vasitəsilə xarici banklar xidmətlər göstərməyə başladı. Bu bankların arasında HSBC və Malaziyanın İslam Bankı olan Maybank da var idi. 2007 – ci ildə isə Sinqapurun Islamic Bank of Asia adlanan ilk İslam Bankı təsis edildi. Həmçinin, Sinqapurda 134 mln dollar dəyərində sukuk emisiyası da həyata keçirilib.



Monetary Authority of Singapore (MAS) 2003 – cü ildən etibarən IFSBdə müşahidəçi üzv qismində fəaliyyətə başladı, 2005 – ci ildə isə tam üzvlüyə qəbul edildi.

Yekun
Göründüyü kimi, qeyri – İslam ölkələri İslam Maliyyə Xidmətlərinin fəaliyyətinə daha çox ümumi qanunvericilik çərçivəsində icazə verirlər. Bu zaman İslam Maliyyə məhsulları ənənəvi maliyyə məhsullarına ekvivalent qəbul edilir və hər iki məhsul üçün eyni vergi rejimi tətbiq edilir. İslam Maliyyəsi bazarlarının surpriz artımı və proqnoz edilən yaxşı gələcəyi qeyri – İslam ölkələrini retail banking səviyyəsində olmasa da, ən azından sukuk emisiyası vasitəsilə maliyyələşmək imkanı verən qanunvericilik bazası yaratmağa sövq edir.

Həmçinin qeyd etmək lazımdır ki, İslam Maliyyə Xidmətləri bu və ya digər şəkildə paraqrafın əhatə etmədiyi və haqqında məlumat vermədiyi İsveçrə, Amerika Birləşmiş Ştatları, Avstraliya, Nigeriya və s. kimi qeyri – İslam ölkələrində də mövcuddur.






  1. Yüklə 1,34 Mb.

    Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin