Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə123/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   119   120   121   122   123   124   125   126   ...   162
2.1 Böyük Britaniya
Qeyri – İslam ölkələrində İslam Maliyyə İnstitutlarının fəaliyyəti dedikdə, yada düşən ilk ölkə Böyük Britaniyadır. Böyük Britaniya İslam Maliyyə İnstitutlarının ölkədə fəaliyyətinə rəsmi şəkildə icazə verən ilk qərb dövlətidir. Burada iki milyondan çox müsəlman yaşayır. Bununla belə Böyük Britaniyada qeyri – müsəlmanların da İslam Maliyyə İnstitutlarının xidmətlərindən istifadə etməsi halları geniş müşahidə olunur.

City UK Islamic Finance 2012 hesabatına görə Böyük Britaniya İslam Maliyyəsi aktivlərinin həcminə görə dünyada 9 – cu, qərb dövlətləri arasında isə ilk sıradadır. Böyük Britaniyada artıq 30 ildir İslam Maliyyəsi xidmətləri göstərir. Böyük Britaniyada İslam Maliyyəsinin bəzi göstəricilərinə nəzər salaq.

22 Bank İslam Maliyyəsi xidmətləri göstərir, hansı ki, onlardan 5 – i tamamilə İslamlaşmış Bankdır. Bu, qərb dövlətləri arasında ən yaxşı göstəricidir.

• London Fond Birjasında cəmi dəyəri 20 mlrd dollar olan 37 Sukuk listingi qeydə alınıb. Sukuk emisiyalarından 6 – nın müddəti başa çatdığı üçün delisting olunub. Bunları da hesaba alsaq, göstəricilər 24 mlrd dollar olan 43 sukuk emisiyasıdır.

25 firma İslam Maliyyəsinə dair hüquqi xidmətlər göstərir. Bu göstərici üzrə Böyük Britaniya dünya lideridir.

• Ən azı 10 universitet və biznes məktəbi (məsələn Aston, Cass, Durham, Reading) və 4 profesional institut İslam Maliyyəsinə dair təhsil verir.

Böyük Britaniyada 5 İslam Bankı 2004 və 2008 – ci illərdə yaradılıb.Yerdə qalan 17 bank isə İslam Pəncərəsi yaradaraq İslam Maliyyəsi xidmətləri göstərirlər. Bunların arasında HSBC Amanah da var. Onun aktivləri (16.7 mlrd dollar) Böyük Britaniyanın ümumi aktivlərinin 88% - i təşkil edir.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin