1.16 Suriya Suriya əhalisinin 93% - i müsəlmandır. The Banker jurnalının 2010 – cu ilə olan hesablamalarına görə Suriyada İslam Maliyyəsinin ümumi aktivləri 8.7 mlrd dollar təşkil edib. Lakin, hal – hazırda Suriyada davam edən vətəndaş müharibəsi və ölkənin proqnozlaşdırıla bilməyən gələcəyi İslam Maliyyə İnstitutlarının gələcəyini də sual altında qoyur. Nəzərə alsaq ki, ölkə artıq xarabalığa çevrilib və hətta ərzaq tapmaq belə çətindir, o zaman ən azından İslam Maliyyəsi sahəsində əldə olunan naliyyətlərin itiriləcəyi ehtimalı realdır.
Suriyada İslam Bankçılığının fəaliyyəti 2005 – ci ildə imzalanmış prezident fərmanı ilə tənzimlənir.