1.14 İran İranın bank və maliyyə sistemi tam İslamlaşmış hüquqi çərçivəyə malikdir. İranda bankların (yəni İslam Banklarının) fəaliyyəti Faizsiz Bankçılıq Qanunu ilə tənzimlənir. Ölkədə sahənin əsas tənzimləyicisi İran Mərkəzi Bankıdır. Faizsiz Bankçılıq Qanununa görə banklar yalnız İslami qaydalara uyğun olaraq təsis edilə və fəaliyyət göstərə bilər. Qanun banklara qard – al hasan adlanan cari hesab depozitləri və mənfəət və zərərə şərik prinsipi ilə tətbiq olunan investisiya depozitləri qəbul etməyə icazə verir. Qanuna görə cari hesablara yatırılan vəsaitlər tamamilə geri qaytarılmalıdır və bank bu depozitlərə zəmanət verməlidir. Bu depozitlər mənfəətin bölgüsündə iştirak etmirlər. Bununla belə, qanun banklara öz istəklərinə uyğun olaraq bu tip hesablara könüllü olaraq və əvvəlcədən razılaşdırılmamaq şərtilə pul və ya natural formada hədiyyə verməyə icazə verir.
İran əhalisinin 100% - i müsəlmandır. İslam Maliyyəsinin ümumi həcminə görə İran dünya lideridir.2 Bu göstərici 388 mlrd dollardır.1 Takaful aktivlərinin həcminə görə isə İran dünyada Malaziyadan sonra 2 – ci pillədə qərarlaşıb. The Banker jurnalının 2011 – ci ilə olan hesablamalarına görə İranda Takaful aktivlərinin həcmi 4.2 mlrd dollardır.