Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə120/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   116   117   118   119   120   121   122   123   ...   162
1.17 Misir
Zawya maliyyə informasiya agentliyinin məlumatına görə 2011 – ci ilin sonunda Misirdə İslam Maliyyəsinin ümumi aktivləri 10.7 mlrd dollar təşkil edib. Eyni mənbəyə görə İslam Bankçılığının ümumi bank sistemində payı isə 5% - dir. Hal – hazırda Misirdə 3 tam İslamlaşmış bank (Faisal Islamic Bank, Al Baraka Bank of Egypt və National Development Bank Egypt) fəaliyyət göstərir. Paralel olaraq ənənəvi banklar da İslam pəncərələri təsis edərək İslam Maliyyə xidmətləri göstərir. Bunlardan başqa Misirdə 147.8 mln dollar dəyərində olan İslam fondları idarə olunur və aktivləri 45 mln dollar olan 8 Takaful fəaliyyət göstərir.

Misir əhalisinin 90% - dən çoxu müsəlmandır. Misir əhalisinin əksəriyyətinin müsəlman olması ilə İslam Maliyyə İnstitutları üçün yaxşı bazar olsa da, son illərdə baş verən siyasi proseslər və hakimiyyət dəyişiklikləri ümumi planda sahənin inkişafına müəyyən əngəllər yarada bilər. Hər halda bəzi qərb analitikləri bu fikirdədir.



1.18 Tunis
Reuters agentliyinin məlumatına əsasən Tunisdə 2 İslam Bankı var və bankların aktivləri 893 mln dollar həcmində qiymətləndirilir. Bu isə öz növbəsində Tunisin cəmi bank aktivlərinin 2.5% - dir. Əhalisinin 99% - müsəlman olan və konstitusiyaya görə dövlət dini İslam olan Tunisdə bu göstəricilər heç də ürək açan kimi dəyərləndirilmir.

Tunisdə ilk İslam Bankı 2010 – cu ildə təsis edilən Zitouna bankıdır. Lakin İslam Bankçılığı xidmətləri 1983 – cü ildən mövcuddur.


1.19 Yəmən
Yəməndə bank sistemi 2 əsas qanunla tənzimlənir. Bu qanunlardan biri Kommersiya Bankları haqqındadır. İslam Bankçılığı isə İslam Bankları haqqında qəbul olunmuş ayrıca qanunla tənzimlənir. İslam Bankları haqqında qanun 1996 – cı ildə qəbul olunub. Yəmənin Mərkəzi Bankının məlumatına görə ölkədə fəaliyyət göstərən 18 bankdan 4 – ü İslam Bankıdır. İslam Bankları aşağıdakılardır:
Saba Islamic Bank

Tadamon Islamic Bank

Islamic Bank of Yemen for Finance and Investment

ALKURAIMI Islamic Microfinance Bank


1.20 Qazaxıstan
Qazaxıstan MDB məkanında İslam Maliyyə xidmətlərinə rəsmi olaraq icazə verən ilk dövlətdir. 2009 – cu ildə Qazaxıstan ölkədə İslam Maliyyə xidmətlərinin göstərilməsi və eləcə də sukuk vasitəsilə maliyyələşmək üçün bank qanunvericiliyinə və vergi rejiminə müəyyən düzəlişlər etdi. Lakin bütün bu düzəlişlər İslam Maliyyə İnstitutları və İslam Maliyyə xidmətləri üçün hələ də əlverişli hesab olunmur. Ən böyük maneə də vergi rejimidir. Məsələn, İslam Bankçılığı praktikasında ən çox istifadə olunan Murabaha aləti alqı – satqı ilə bağlı olduğu üçün hər tsikldə 11%-lik Əlavə Dəyər Vergisinə cəlb olunur. Bununla belə Reuters agentliyinin verdiyi məlumata görə Qazaxıstanda İslam Maliyyə İnstitutlarının inkişafı üçün 2020 – ci ilə qədər olan xüsusi bir proqram (plan) mövcuddur. Bu proqrama qanunvericilik bazasının təkmilləşdirilməsi də daxildir.

Ölkədə 2010 – cu ildən etibarən Birləşmiş Ərəb Əmirliklərinin Al Hilal bankı xüsusi filialla İslam Maliyyə xidmətləri göstərir və Qazaxıstanda bu bazarın ilk pioneridir. Filialın icraçı direktoru Prasad Abraham bildirir ki, 2012 – ci ilə qədər bankın investisiyasının 200 mln dollara çatması gözlənilir. Bankda həmçinin 50 - ə yaxın işçi çalışır. Lakin bu bankın əsas çatışmazlığı ondan ibarətdir ki, qurum daha çox korporativ müştərilərə xidmət edir. Bankın xidmətlərindən istifadə edə bilməyən dindar təbəqənin fərdləri isə bu haldan narazı qalırlar.


1.21 Mərakeş
2013 – cü ildə Mərakeşdə ilk İslam Bankının təsis edilməsi gözlənilir və müvafiq orqanlar rəsmi şəkildə xarici İslam Banklarına bu bankda 49% - ə qədər pay sahibi olmağa icazə verib.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin