Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə86/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   82   83   84   85   86   87   88   89   ...   162
7.1 Sığortaya şərii baxış
İslam Maliyyə Sistemi öz spesifikliyi ilə ənənəvi maliyyə sistemindən fərqlənir. Bu fərqlilik özünü sığortaya yanaşmada da göstərir. Mütləq mənada əqidə nöqteyi nəzərindən İslamda sığorta qədərə qarşı olduğundan, Allahın qərarlarına hörmətsizlik və bu qərarları sorğulamaq kimi dəyərləndirilir. Buna görə də sığortalanmaq şəriətdə bəyənilmir.

7.2 Nə üçün ənənəvi sığorta mexanizmi şəriət nöqteyi nəzərindən qəbul edilməzdir?

Ənənəvi sığorta mexanizmi İslamın Kommersiya hüququnun (Fiqh Al Muamalat) əsaslarına zidd olduğu üçün haram hesab olunur. Fiqh Al Muamalatın əsasları aşağıdakılardır:



  1. Tranzaksiyalar ribavi (riba cəlb olunan tranzaksiyalar) olmamalıdır. Riba, lüğəti mənada qeyri-ticari əsaslı artım, genişlənmə mənasını verir. Ribaya dair tipik misal kimi sələmçiliyi göstərmək olar.

  2. Tranzaksiyalar Ğərardan kənar olmalıdır. Ğərar hərfi mənası etibarı ilə Naməlum Davranışları bildirir. Mülkiyyətdə olmayan və mövcud olmayan malların satışı bu qəbildən olan əməliyyatlardır.

  3. Tranzaksiyalar Qimar və Maisirdən (şans oyunu və asan qazanc) kənar olmalıdır.

  4. Tranzaksiyalar bütövlükdə İslamda qadağan olunan fəaliyyət sahələrini əhatə etməməli və tranzaksiya subyekti olan mal haram olmamalıdır.

Ənənəvi sığorta mexanizmi özündə riba, ğərar və qimar və maisir elementlərini cəm edir. Çünki, sığorta şirkətləri yığılmış vəsaitləri sabit faiz vəd edən istiqrazlarda, bank hesablarında saxlayırlar ki, bu da ribavi əməliyyatdır. Yəni, sığorta şirkətinin investisiya fəaliyyəti şəriətə görə halal fəaliyyət sahələrini əhatə etmir. Həmçinin sığorta olunan şirkət, bəlkə də baş verməyəcək sığorta hadisəsinə görə pul ödəyir ki, bu da ğərar hesab edilir, yəni satışın subyekti dəqiq deyil. Sığorta hadisəsinin baş verməsi ehtimalı isə şansdan asılı olduğu üçün bu tranzaksiya qimar və maisir hökmündədir. Çünki, hadisənin baş verib-verməməsindən asılı olaraq tərəflərdən biri digərinin hesabına qazanır, digəri isə tamamilə itirir. Buna görə də İslam Maliyyə Sistemində ənənəvi sığortaya alternativ olaraq şəriətə müvafiq Takaful modeli istifadə olunur.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin