Həsən Baqiri düşməndən bir addım öndə idi. Əməliyyat bir həftə tezləşdirildi. Əgər əvvəlki vaxtda baş tutsaydı, bəlkə də uğursuz olacaqdı".1(Qeyd)
Beləliklə, ordu və korpus qüvvələri Fəthülmübin əməliyyatından bir ay sonra daha böyük bir əməliyyata hazır olmalı idilər. Nəzərdə tutuldu ki, əməliyyat üçün Bəsicin altmış min könüllüsü hazırlansın. Bu isə Fəthülmübin əməliyyatında iştirak edən bəsicilərdən iki dəfə çox idi. Yəni həmin qısa müddət ərzində korpusun strukturu da iki dəfə genişlənməli idi. 1981-ci ilin oktyabrından 1982-ci ilin mayına qədər ötən yeddi-səkkiz ay ərzində korpusun canlı qüvvəsi Saminül-əimmə əməliyyatındakı on iki batalyondan Fəthülmübin əməliyyatındakı təxminən iyirmi briqadaya çatdı. Bu isə on dəfə artım demək idi. Möhsün Rzayi bu ağır vəzifəni Həsən Baqiriyə tapşırmışdı. Beytülmüqəddəs əməliyyatı ərəfəsində təşkil olunan hərbi birləşmələrdən biri Həsən Tehraninin başçılıq etdiyi artilleriya bölüyü idi.
"Doktor Mustafa Çəmran şəhid olandan sonra Həsən Baqiri mənə bir məktub verdi, valiliyə gedib Nizamsız döyüşlər qərargahına məxsus raketləri təhvil aldım. 1981-ci ilin payızında artilleriyanın vahid mərkəzdən idarəsi barədə Həsən Baqiri ilə danışıb dedim ki, dəstək atəşində problemimiz var, pərakəndə və məqsədsiz olmamalıyıq. Dedim ki, ağır silahlarımız var, amma onların idarəsi yoxdur. Artilleriya vahid mərkəzdən idarə olunmalıdır.
Həsən o qədər istedadlı idi ki, dərhal layihəmi tamamladı. Ağa Möhsünə məktub yazıb mənim korpusun cənubdakı artilleriyasına rəhbərlik etməmi istədi. Ağa Möhsündən bir sərəncam alıb məni oraya yolladı, dörd qərargaha təqdim etdi. Mən də qərargah və briqadalar vasitəsilə canlı qüvvəyə təlimat verirdim. Korpusda atəşləri qeyd etmək üsulu yox idi. Qaydalardan istifadə edib təlim keçdik. Özüm müharibənin əvvəlində ağır silahlar üzrə təlim görmüş, bir dəfə də Sədabadda peşəkar təlimdə iştirak etmişdim.
Dostları ilə paylaş: |