Ata ailənin bütün üzvləri üzərində mütləq hakimdirmi?
Ailə üzvlərinin borcudr bir-birinə ehtiramla yanaşsınlar, böyüklərin, xüsusilə valideynlərin təcrübəsindən istifadə etsinlər və imkan daxilində bacardıqları qədər onların göstərişlərinin əksinə hərəkət etməsinlər. Lakin eyni halda həddi-buluğa çatmış bütün ailə üzvləri şəxsən azad olub iqtisadi, ictimai və mədəni məsələlərdə onlar bir-başa qərar qəbul edə bilərlər və evlənib ailə qurmaq məsələsində eyni hüquqa malikdirlər. Ata bakirə qızların məsələsində mütləq hakim deyil. O, övladları ilə zəruri və lazımlı məsələləri müzakirə edib öz fikirləri ilə onlara məsləhət verə bilər.
Həzrət İmam Sadiq (ə) buyurur: «Əgər bir qadın əvvəllər ərə getmiş olsa 2-ci dəfə atanın rzılığı olmadan ailə qura bilər. Bu iş o vaxt manesiz həyata keçirilə bilər ki, aqibəti zərərli və qorxulu olmasın və şəriət qanunlarına uyğun gəlsin».
Həzrət İmam Rza (ə) buyurur: «Qızlardan icazə istənilən vaxt onlar susarlarsa bu razılıq əlamətidir. Lakin bakirə olmayan qızlar öz işlərinin sahibidirlər».
Peyqəmbər özü bu barədə belə buyurur: «Bakirə olmayan qız evlənmək məsələsində öz qəyyumundan (hakimindən) qabaqdır. Bakirə qızdan da icazə alınmalıdır. Onun icazəsi susmasıdır».
Nəhayət Həzrət İmam Sadiqdən bir hədisdə oxuyuruq: Dul qadın haqqında olan sualın cavabında buyurur: «O öz nəfsinin sahibidir. Qadın ərini saçməkdə azaddır. Bir şərtlə ki, əvvəllər evlənmiş olsun».
Əziz oxucular diqqət edirlər ki, bu hədislərdə birdəfə ərə getmiş qızlar iinci dəfə ərə gedərsə heç kəsdən icazə almamalıdır. Birbaşa qəbul etmək hüququna malikdirlər.
Əvvəlcədən qeyd edildiyi kimi, bütün övladlar həm qız, həm də oğlanın (bakirə qızlardan başqa ancaq evlənmək məsələsində) heç kəsin icazəsinə ehtiyac yoxdur. Doğrudur ki, ədəb qaydalarına riayət İslam nöqteyi-nəzərindən tövsiyə edilmişdir.
Dostları ilə paylaş: |