Səfəvilər dövləti
Səfəvi adı Səfəvi dövlətinin hökmdarı Şah İsmayılın babası Şeyx Səfiəddindən
gəlir. Əslində sünni məzhəbindən olan Səfiyəddin Elxanlılar dövründə təriqətin
mərkəzi olan Ərdəbildə böyük nüfuz qazanmış və Elxanlı dövlətinin başçılarının
diqqətini cəlb etmişdir. Bu təriqətin bünövrəsini qoyan Şeyx Səfiyəddin İshaqın
babası Firuz Şah X əsrdə Anadoludan Ərdəbilə köçmüş türkmən ailəsinə
mənsubdur. Səfiyəddin 1334-cü ildə rəhmətə getdikdə oğlu Sədrəddin, ondan sonra
da Xacə Əli şeyx oldu. Onların şöhrəti nəinki Azərbaycanda, o cümlədən İraq,
Suriya, Anadolu, İran, hətta Bəlx və Buxaraya kimi yayılmışdı.
Səfəvilər dövründə hakim təbəqəni təşkil edən türk tayfaları bunalrdır: şamlı,
ustaclu, türkman, rumlu, zülqədərli, əfşar, qacar, təkəli, xumuslu, talas və s.
Səfəvi təriqətinin başçısı İbrahim vəfat etdikdə yerinə 1447-ci ildə oğlu Cüneyd
keçdi. 456-cı ildən 1459-cu ilədək Cüneyd o vaxt hələ az tanınan Diyarbəkir hakimi
Ağqoyunlu Uzun Həsənin yanında olmuşdu. Uzun Həsən öz düşməni Cahanşahla
mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısı Xədicə
Bəyimi Şeyx Cüneydə ərə verdi. Cüneyd öz dövlətini yaratmaq məqsədilə Şirvanı
zəbt etmək fikrinə düşdü. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış
10000 tərəfdarı ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün
Şirvana basqın etdi və döyüşdə məğlub olaraq həlak oldu. Yerinə oğlu Şeyx Heydər
keçdi. Heydər Uzun Həsənin qızını aldı və böyük nüfuz qazandı. O, atasının qisasını
almaq üçün Şirvan üzərinə yürüş etdi. Döyüşdə şeyx Heydər həlak oldu, ailə üzvləri
və uşaqları qaynı Yaqub Xan tərəfındən xilas edildi.
Heydərin böyük oğlu Əli müridlər tərəfindən şeyx elan edildi. Əli
Ağqoyunlular tərəfindən öldürüldükdən sonra onun qardaşı 6 yaşlı İsmayıl müridlər
tərəfindən qaçırılıb Gilana aparıldı. Burda altı il gizli şəkildə saxlandı və 13 yaşına
çatdıqda babası Uzun Həsənin taxtında əyləşmək üçün gizləndiyi Lahicandan yola
düşdü. Ətrafına yığdığı ustaclu, şamlu, rumlu, mosullu, hindli, təkəli, çapanlu,
qaradağlı, zülqədərli, varsaq, əfşar və qacar tayfaları ilə Aran və Şirvanın bir
hissəsini öz hakimiyyətinə keçirdi. Üzünü Azərbaycana tutdu və Ağqoyunlu
hökmdarı qarşısında duruş gətirə bilməyib qaçdı. İsfahan, Kaşan, Yəzd, Şiraz və
Qum şəhərlərini hakimiyyəti altına aldı. Ağqoyunlu dövləti bununla ömrünü başa
vurdu.
Şah İsmayıl 1501-ci ildə özünü şah elan etdi. 1508-ci ildə Xorasan xaric
Azərbaycan, İran, Ağrı Dağına yaxın yerlərin hamısı, Ərəb İraqı Səfəvi
hakimiyyətinə daxil olmuşdu. Şah İsmayıl Ağqoyunlu dövlətinin torpaqlarını ələ
keçirmək yolundakı cəhdlərini davam etdirdi. XVI əsrin əvvəllərində qonşuluqda
olan dövlətlərin hamısı Səfəvilərin Qaraqoyunlu və Ağqoyunluların varisi olduğunu
qəbul etmişdi. Şah İsmayıl 1510-cu ildə Mərv yaxınlığında Özbək xaqanı Şeybani
xanın ordusunu məğlub edib Xorasan vilayətini əlinə keçirdi. XVI əsrin ilk ilinin
axırında Səfəvi dövlətinin torpaqları Amudərya çayından Fərat çayına kimi uzanıb
gedirdi.
Səfəvi ordusu 1514-cü il avqust ayının 23-də Makunun cənub-qərbindəki Çaldıran
düzündə Osmanlı hökmdarı Yavuz Sultan Səlimin ordusu ilə başladığı döyüşdən
məğlubiyyətlə çıxdı və geri çəkildi. Səfəvilər bu hərblə Ərzincan, Diyarbəkir,
Mardin və Anadolunun bəzi vilayətlərini əldən verdilər.
Şah İsmayıl 1524-cü ildə rəhmətə gedənə kimi şimaldakı Şirvanşahları və
Şəkini Səfəvilərə tabe etmişdi. Oğlu I Təhmasib (1524-1576) dövründə Şirvan
torpaqları Səfəvi dövlətinin tərkibinə daxil edildi və Şəkinin hakimiyyətinə son
qoyuldu.
Osmanlı hökmdarı Qanuni Sultan Süleyman 1534,1535,1548,1554-cü illərdə
dörd dəfə Səfəvilərin üstünə yeridi. Qanuni bu hücumlarla hər hansı nəticəyə yetişə
bilmiyəcəyini başa düşüb 1555-ci ildə Təhmasib ilə Amasyada sülh sazişinə qol
çəkdi. I Təhmasibin ölümündən sonra bir müddət Azərbaycanda hakimiyyət
mübarizəsi getdi. Bundan istifadə ədən Osmanlı Sultanı III Murad ordusuyla 1578-
ci ildə Cənubi Qafqaza daxil olub Şamaxı və Dərbəndi işğal etdi. 12 il çəkən
Osmanlı-Səfəvi ixtilafı 1590-cı ildə imzalanan İstanbul sazişi ilə nəticələndi. O
dövrdə hakimiyyətə gələn Şah Abbas Azərbaycanın cənub-şərqi istisna olaraq
qərbdəki torpaqları Osmanlı imperiyasına təhvil vermək məcburiyyətində qaldı.
Səfəvi türk dövlətinin başına təzəcə keçən I Şah Abbas (1578-1629) Osmanlı
İmperiyası ilə mübarizə edə bilmək və Azərbaycanı yenidən ələ keçirmək üçün bəzi
mühüm reformalara əl atdı. Təzə hərbi hissələr yaradıldı. Ancaq həddən artıq səhvə
yol verildi və dövlət idarələrinə fars mənşəli şəxslər təyin edildi. Dövlətin paytaxtı
1598-ci ildə Qəzvindən İsfahana köçürüldü. Bununla da idarə türk ənənəsindən
aralanmağa və tənəzzülə başladı. Səfəvi dövləti XVIII əsrin əvvələrinə qədər yaşasa
da, türk dövlətçilik ənənəsindən tamamiə uzaqlaşaraq fars şahlarının ənənələrini
yaşatmağa başlamışdır. Dövlətin varlığına 1736-cı ildə Nadir şah son qoyub.
Paytaxtı Təbriz, Qəzvin (1555) və İsfahan (1598) şəhərləri
Dostları ilə paylaş: |