Nöqtələr
◘Əvvəlki iki ayədə əməl əsas götürüldü. İslama və ya məsihiliyə aidiyyat yada salınmadı. Bu ayədə isə bütün din və əqidələrin eyni olduğunu anlatmaq üçün bəzi məsələlər bəyan olunur.
◘Bilməliyik ki, Allaha təslimçilik Onun qəzavü-qədərindən razılıqdan üstündür. Çünki razılıq məsələsində insan özünü bir şəxs bilir. Təslimçilikdə isə insan özünü Allah qarşısında fani sayır.3
◘Azğın yoldan haqq yola üz tutana “hənif” deyilir. Haqq yoldan batil yola keçən isə “cənif” adlanır.
◘“Xəlil” ya “xullət” kökündən olub “dostluq” mənasını, ya da “xəllət” kökündən olub ehtiyac mənasını bildirir. Birinci məna daha münasibdir.
◘Rəvayətlərə əsasən, həzrət İbrahim “xəlilullah” məqamını çoxlu səcdələrinə, miskinləri yedirtdiyinə, gecə namazına, dilənçini rədd etmədiyinə, qonaqpərvərliyinə görə əldə etmişdi.4
◘İslam peyğəmbəri İbrahim ayinlərinə tabe olmuşdur.5
◘İbrahim “xəlilullah”, Məhəmməd (s) isə “həbibullah” adlandırılmışdır.6
◘İşlərini ilahi niyyətlə görənlər mənfəətdədir.7 Bütün qeyri-ilahi işlər fanidir.
Dostları ilə paylaş: |