Bildirişlər
1. Allaha təkcə ibadət etmək bəs deyil. Hər cür şirk və riyadan da uzaq olmaq lazımdır.
2. Ata-anaya yaxşılıq Allaha bəndəlik və tövhid sayəsində olmalıdır.
3. Həqiqi allahpərəst öz yaxınlarına, məhrumlara, qonşulara vəfalı və məsul olmalıdır.
4. Uzaq qonşuların da insanın öhdəsində haqları vardır.
5. Ehsan edərkən bu məsələdə üstünlükləri nəzərə alın. Valideyn qohumlardan, qohumlar isə yetimlərdən öndə gəlir.
6. Valideynə, qohumlara, yetimlərə, məhrumlara diqqətsizlik təkəbbür və lovğalıq nişanəsidir.
7. İnsan təvazökarlıqla ehsan etməlidir. Ayənin əvvəlində ehsan etmək tapşırılırsa, sonunda təkəbbür qadağan edilir.
37. ﴿ الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا ﴾
“(Özünü üstün tutan təkəbbürlülər) o kəslərdir ki, həm özləri xəsislik edir, həm də xalqı xəsisliyə çağırırlar. Onlar Allahın Öz fəzlindən bağışladığını gizlədirlər. Biz nemətə küfr edənlər üçün zəliledici əzab hazırlamışıq.”
Dostları ilə paylaş: |