ALİ İXTİsas təHSİLİNİn d ö V l ə tstandart I



Yüklə 178,2 Kb.
tarix17.01.2017
ölçüsü178,2 Kb.
#448

ALİ İXTİSAS TƏHSİLİNİN


D Ö V L Ə T S T A N D A R T I
(Ali ixtisas təhsilinin birinci pilləsi – Bakalavr)
Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan

M İ N İ M U M D Ö V L Ə T T Ə L Ə B L Ə R İ

İstigamətin şifri və adı: İİ 020000 Mühəndis iqtisadiyyatı və idarəetmə

İxtisasın şifri və adı: İİ 020200 Menecment (turizm sahəsi üzrə)

Bakı 2006




  1. İstiqamətin ümumi xarakteristikası

-


-

-
-


-

-


-

-

-


-

-


-

-


-

-


İİ 020000 «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətində «İİ020200-Menecment (sahələri üzrə)» ixtisası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.1997- ci il tarixli 04 saylı qərarı ilə təsdiq edilmişdir.

Əyani təhsil formasında istiqamətin normativ təhsil müddəti 4,0 ildir.

Qiyabı təhsil formasında istiqamətin normativ müddəti 5 ildir.

Bakalavr ali təhsilin birinci pilləsidir.

Məzuna verilən akademik dərəcə- «idarəetmə bakalavrı», ixtisas dərəcəsi – «Turizm meneceri».

Bakalavr:

- Fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş fəaliyyətinə, eləcə də istiqamət(ixtisas) üzrə magistraturada təhsil almağa hazır olmalıdır.

Bakalavrın peşə fəaliyyətinin əsas sahələri:

- mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən xidmət sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s.

- Mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələri( ali məktəblərdə elmi, elmi-pedaqoci fəaliyyət sahələri istisna olmaqla).

II. İstiqamət(ixtisas) üzrə bakalavr pilləsini başa vurmuş məzunun hazırlıq və bilik səviyyəsinə qoyulan tələblər.

2.1. Bilik səviyyəsinə qoyulan ümumi tələblər:

Bakalavr:-

humanitar sahənin əsas tələblərindən xəbəri olmalı, sosial əhəmiyyətli problem və proseslərin elmi təhliliini aparmağa qadir olmalı, bu elmlərin metodrarını özünün peşə və sosial fəaliyyətinin müxtəlif sahələrində istifadə etməyi bacarmalıdır;

Azərbaycan tarixində müxtəlif dövrlərdə baş verən hadisələri, onların baş vermə səbəblərini, ictimai və siyasi hadisələrin gedişini, tarixi şəxsləri və onların fəaliyyətini bilməli, keçmişə Aid olan bütün hadisələrə öz münasibətini bildirməyi, tarixdə baş verən qlobal hadisələr və dəyişiklikləri təhlil etməyi bacarmalıdır;

rus bölməsində dövlət (Azərbaycan) dilində sərbəst danışmaq bacarığına və yazı vərdişlərinə malik olmalıdır;

xarici dillərdən birində ümumi xarakterli söhbətlərin qurulmasını bacarmalı, ixtisasa dair ədəbiyyatı lüğətsiz oxumağı, bədii, texniki ədəbiyyatları, ictimai-siyasi mətnləri lüğətin köməyi ilə tərcümə etməyi, öyrəndiyi leksik və qrammatik materialları oxuyub başa düşməlidir;

öz əməyini elmi əsaslarda təşkil etməyi, peşə fəalliyyəti dairəsində məlumatların toplanması, emalı və saxlanmasında kompüter metodlarından istifadə etməyi bacarmalıdır;

elmin inkişafı və sosial şəraitin dəyişmə şəraitilərində toplanmış təcrübəni qiymətləndirməyə və öz imkanlarını araşdırmağa, müasir məlumat təhsil texnologiyası əsaında yeni biliklərə yiyələnməyə qadir olmalıdır;

öz peşəsinin mahiyyətini və sosial əhəmiyyətini, konkret əmək fəaliyyətinə aid olan fənlərin əsas problemlərini dərk etməli, onların tətbiq sahələrini bilməli və tam biliklər sistemində əlaqəlndirməyi bacarmalıdır;

peşə fəalliyyəti sahəsində müxtəlif hadisələri təsvir edən və proqnozlaşdıran modellər qurmağı, onların kəmiyyət və keyfiyyət təhlilini aparmağı bacarmalıdır;

peşə funksiyaları ilə bağlı məsələlər müəyyənləşdirməyə və onları elmi metodlar əsasında həll etməyə qadir olmalıdır;

sağlam həyat tərzinin elmi əsaslarını anlamalı, fiziki mükəmməllik vərıdişlərinə malik olmalıdır.



2.2. Fənnlər üzrə bilik və bacarıqlara qoyulan tələblər:

2.2.1.Humanitar fənlər üzrə:

Bakalavr:

Azərbaycan tarixinin əsas mərhələlərini və xronologiyası barədə elmi təsəvvürə, tarixi hadisələr haqqında məlumata malik olmalı, tarixi keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini sərbəst ifadə etməyi bacarmalıdır;

Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan) sərbəst bilməli, onun leksikonundan peşə fəaliyyətində istifadə etməyi bacarmalıdır (təlimi rus dilində olanlar üçün);

Xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməli, peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi bacarmalıdır;

sosial mühit və vərəsəlik münasibətlərini bilməli, sosial təcrübələrin toplanması, saxlanılması və ötürülməsi haqqında təsəvvürlərə malik olmalı, milli və mədəni-tarixi amillərin təhsil və tərbiyyədə rolu və əhəmiyyətini dərk etməlidir;

seçdiyi sosial-iqtisadi fənləri dərindən mənimsəməlidir.



2.2.2. İstiqamətin (ixtisasın) ümumpeşə hazırlığı fənləri üzrə:

Bakalavr:

- riyazi biliklər sahəsində onun müəyyən təsəvvürləri olmalı, bu fənnin ümumi prinsiplərini bilməli və onun üsullarını tətbiq etməyi bacarmalıdır;

-informasiya haqqında, onun qorunması, işlənib-hazırlanması və vərdişlərinə yiyələnməli;

-konkret proseslər üçün modellər düzəltməyi və düzəldilmiş model daxilində lazımi hesabatlar aparmaq təcrübəsinə malik olmalıdır;

-proqramlaşdırma və hesablama texnikası, proqramm təminatı imkanlarından istifadə etməyi bacarmalı;

- obyektlərin kəmiyyət və keyfiyyət nisbətlərinin istifadələri üçün riyazi simvolikalardan istifadə etməyi bacarmalı;

- elektron hesablama maşınlarının növləri və iş prinsipi haqqında anlayış, əsas qurğuları, alqoritm anlayışı; kəmiyyət, kəmiyyətin növləri və adı, alqoritmin icrası, müasir kompyuter dillərinin qısa xarakteristikasını; proqramların tərtibini, dövri hesablamaların təşkili alt proqramların yaradılmasını; kompyuterlə sərbəst davranmağı, işə qoşmanı, sərbəst yazmağı, yazının çap edilməsi və çoxaldılma prinsiplərini, maşınlarda əməliyyatların aparılmasını; psixologiyanın vəzifələrini və onların müasir tədqiqat metodlarını; psixi proseslər haqqında anlayışı, dərketməni, hafizəni, təfəkkür və şəxsiyyət anlayışını, qabiliyyət və temperamenti; müəssisə və təşkilatlarda peşə psixologiyasının və etikasının aktual məsələlərini; kollektivin və rəhbərliyin psixoloci xarakterinin əsaslarını və peşə etik normalarını; əmək fəaliyyətinin psixoloci aspektlərini və kollektivdə qarşılıqlı etik norma və fəaliyyətin tətbiqini; əməyin mühafizəsi və ekologiyanın qorunması haqqında təlimatı- normativ aktları, onların tətbiqini; iş şəraitində əməyin qorunmasına nəzarəti, əmək məcəlləsinə əsasən bütün qanunların icrasının yerinə yetirilməsini; yeni tip avadanlıqların iş prinsipini, onlarla davranış qaydalarını, işə buraxılması və istismar qaydalarını, onlara qulluq elementlərini; yeni tip avadanlıqların faydalılığının qiymətləndirilməsi, xidmətin təşkili, avadanlıqların cərəyan mənbəyinə qoşulması və ayrılmasını, avadanlıqların markası, sxemi və iş üsulunun düzgün təşkilini; istismara buraxma, təhvil-təslim sənədlərinin tərtibini; ətraf mühitin qorunması və ekologiya haqqında qanunların mahiyyətini; yanğın əleyhinə mübarizə tədbirləri və təlimatı, avadanlıqlardan istifadə qaydalarını; mehmanxana, turizm və sanatoriya-kurort komplekslərində və təsərrüfatlarında, iaşə müəssisələrində nomenklatur sənədlərin hazırlanması, onların ayrı-ayrılıqda tərtibini və hüquqi əsasını; müqavilə, saziş, kontrakt və turist qəbulu sənədlərinin hazırlanması zamanı tərəflərin hüquqi vəzifələrini; mədaxil-məxaric sənədlərinin, əmrlərin, məktubların, arxiv sənədlərinin tərtibini, onların hüquqi normativ aktlara uyğunluğunu; mehmanxana - turist və sanatoriya kurort komplekslərində və iaşə müəssisələrində istifadə olunan bütün sənədlərin doldurulmasını bilməli və bacarmalıdır;

- elmin və elmi idrakın, onun strukturunda, formalarında və metodlarında, sosial və etik problemlərində ümumi anlayışı, şüurun mahiyyəti: əxlaqın şüurlu və şüursuzluğunu, insanda bədən və ruhun başlanğıcını bioloci və sosial başlanğıc haqqında təfəkkürü, şəxsiyyətin formalaşması şəraitini, onun azadlığını, məsuliyyəti və cəmiyyətdə insanlar arasında mənəvi normaların qaydaya salınmasını; ictimaiyyətin və şəxsiyyətin funksiyalarını və qanunlaşmış sosial addımlarının başa düşülməsini, cəmiyyətin əsas sosial institutları, sosial qarşılıqlı hərəkat, sosial təbəqələşməni və sosial struktur haqqında anlayışı; şəxsiyyətin sosiallaşması proseslərinin, sosial əxlaqın idarəetməsi və özünüidarəçiliyin formalarının xüsusiyyətlərini; sosial hərəkatların və faktorların dəyişməsini bilməlidir.

- turizm fəliyyətinin hüquqi əsaslarını; turizm və ekskursiya işinin təşkilini; mehmanxana və turizm komplekslərində servis xidmətinin əsaslarını, binaların və komplekslərin fəaliyyətinə görə seçilməsini; qonaqların qəbulunu və onlara göstərilən servis xidmətinin təşkili, turistlərə göstərilən xidmətin növlərini; xarici qonaqlara və turistlərə göstərilən mədəni xidmətin təşkilini və mədəni davranış qaydalarını; mehmanxana binalarının təyinatı üzrə seçilməsini, binanın memarlıq elementlərini, binanın konstruktiv elementlərini, onların istismarını və təmirini; mehmanxana binalarında mühəndis, texniki qurğuların təyinatı üzrə yerləşdirilməsini, istismarını və təmirini; sanitar texniki avadanlıq və qurğular, onların istismarı və təmirini; dünya turizminin yaranma tarixini, müasir dünya turizminin inkişafına təsir edən amilləri; Azərbaycanda turizmin yaranmasını, inkişafını, quruluşunu; turizmin ətraf mühitə təsirini, turizm növlərini, regionlarda yaşayan əhalinin mədəni və iqtisadi əlaqələrinin yaranmasında turizmin rolunu; turizmin coğrafiyası və ölkəşünaslıq hazırlığı fənninin nəzəri və praktiki aspektlərinı; səyahətlərin planlaşdırılmasını və təşkilini; turizm səfərlərinin növlərini, seçilməsini, marşurutların tərtibini; turizm səfərlərinin təşkilində və turist marşurutlarının seçilməsində tələb edilən sənədlərin tərtibini və hazırlanmasını; bazar iqtisadiyyatı şəraitində marketinqin rolunu və məqsədini; xidmət sahələrində bazar iqtisadiyyatına uyğunlaşması ilə bağlı marketinqin rolunu; müəssisənin idarə edilməsində və fəaliyyətində marketinqin vəzifələrini; xidmət sahələrində gəlirin artırılması məqsədilə marketinq və idarəetmənin növlərini və formalaşmasını; valyuta məzənnəsi və onun əhəmiyyətini, valyuta kursları və onların növlərini; beynəlxalq valyuta sistemlərinin mahiyyətini; beynəlxalq və milli valyuta sistemlərinin formalaşdırılmasına təsir edən amilləri; banklar tərəfindən hesabların açılması yollarını və hesablar üzrə əməliyyatları; bazar iqtisadiyyatının və xidmət sahələrinin əsaslarını; iqtisadiyyatın və sahibkarlığın mahiyyətini; təsərrüfatın yeni formalarını, müəssisəsinin sosial iqtisadi inkişafını; xidmət sahələrində hesabatlar və rentabelliyin təyini; təsərrüfat formalarının maliyyələşmə yollarını; mühasibat uçotu, audit və kreditləşmə sisteminin tətbiqini, təsərrüfat vasitələri və onların əmələ gəlmə səbəblərini, mühasibat balanslarını, hesablanmasını, mal-materialların qiymətləndirilməsini, əmək haqqı və xərclərin hesablanmasını, maliyyə əməliyyatını; menecer işinin və işçi heyətin idarə olunmasını; idarəetmə qərarlarının qəbulu, münaqişələrin həlli, işgüzar danışıqların aparılmasını; turizm menecmentinin meydana gəlmə səbəblərini; menecerin funksiya və vəzifə prinsiplərini; rəhbərliyin iş prinsipini, turizm inkişafı üçün forma və metodlarını; turizmdə bronlaşdırma sistemlərini və onlardan istifadəni bilməlidir.

İxtisas fənnləri üzrə:

Bu fənnlər bakalavra alacağı ixtisasın daha dar istiqamətləri üzrə biliklər vermək, elmi tədqiqat metodlarını öyrətmək və onu praktik vərdişlərə yiyələnmək imkanlarını reallaşdırmaq üçündür. Bakalavrın ixtisas hazırlığına tələblər bu bölümə daxil olan fənnlərin məzmunu ilə müəyyənləşdirilir. Bu bölümə daxil olan fənnlər həmin istiqamət üzrə magistr ixtisaslaşma proqramlarını təmin etməlidir.

Bakalavr:

- turizmdə nəqliyyat xidmətləri və onun idarə edilməsini bilməlidir;

- turizm məhsullarının keyfiyyətinin idarə edilməsini bilməlidir;

- turizm və sosial-mədəni servis xidməti sahəsində reklam işlərini aparmağı bacarmalıdır;

- turizmin növlərini və inkişaf meyllərini bilməliidir;

turizmdə bronlaşdırma sistemləri barədə məlumata malik olmalıdır;

-turizm işlərini planlaşdırmağı bacarmalıdır.

Xüsusi fənnlər üzrə:

Bakalavr:

- insanın inkişafında və mütəxəssis hazırlığında bədən tərbiyəsinin rolu tərzinin əsaılarını bilmlidir

-sağlamlığın qorunmasını və möhkəmləndirilməsini, psixofiziki qabiliyyətləri və keyfiyyətləri inkişaf etdirən və təkmilləşdirən praktiki bacarıq və vərdişlər sisteminə malik olmalıdır;

-həyat və peşə məqsədinə çatmaq üçün bədən tərbiyəsi və idman fəaliyyətindən istifadə etmək təcrübəsi əldə etməlidir.
III. İİ 020000 “Mühəndis iqtisadiyyatı və idarəetmə” istiqamətində “İİ020200-Menecment (turizm sahəsi üzrə) ixtisası” üzrə bakalavr hazırlığını təmin edən ali baza təhsil proqramı


Fənnin kodu

Fənn bölümləri və fənlərin adı

saatlar
3240


Kreditlər


A. HSF-B00 Hümanitar fənnlər-330


HSF-B01

Azərbaycan tarixi

90

6

HSF-B02

Azərbaycan*(rus) dili

150

10

HSF-B03

Seçmə fənnlər**

90

6

B. İÜHF-B00 İstigamətin(ixtisasın) ümumpeşə hazırlığı fənnləri

2235


İÜHF-B01

Statistika

60

4

İÜHF-B02

İqtisadiyyat

120

4

İÜHF-B03

Riyaziyyat

105

6

İÜHF-B04

İnformatika

90

6

İÜHF-B05

Psixologiya

60

4

İÜHF-B06

İqtisadi və sosial coğrafiya

60

4

İÜHF-B07

Menecmentin əsasları

90

6

İÜHF-B08

Dunya mədəniyyəti və incəsənəti

60

4

İÜHF-B09

Ekonometriya

90

6

İÜHF-B10

Turizm biznesinin təşkili və idarəedilməsi

90

6

İÜHF-B11

Turizmin tarixi

60

4

İÜHF-B12

Turizmin menecmenti

90

6

İÜHF-B13

Mühasibat uçotu

60

4

İÜHF-B14

Turizm fəaliyyətinin hüquqi əsasları

60

4

İÜHF-B15

Turizmdə marketinq

90

6

İÜHF-B16

Maliyyə və nəzarət

60

4

İÜHF-B17

Turizm və sosial-mədəni servis xidməti sahəsində informasiya texnologiyaları

90

6

İÜHF-B18

Restoran biznesinin təşkili və idarə edilməs

90

6

İÜHF-B19

Peşə etikası və etiket qaydaları

60

4

İÜHF-B20

Mehmanxana biznesinin təşkili və idarə edilməsi

90

6

İÜHF-B21

Xarici dil

360




İÜHF-B22

Seçmə fənlər


300

20

C. İF-B00 İxtisas fənnləri- 510


İF-B01

Turizmdə nəqliyyat xidmətləri və onun idarə edilməsi

60

4

İF-B02

Turizm məhsulunun keyfiyyətinin idarə edilməsi

60

4

İF-B03

Turizm və sosial-mədəni servis xidməti sahəsində reklam

60

4

İF-B04

Turizmin növləri və inkişaf meylləri

90

6

İF-B05

Turizmdə Bronlaşdırma sistemləri

60

4

İF-B06

Davamli turizm və planlaşdırma

60

4

İF-B07

Seçmə fənnlər

120

8

XF-B00 Xüsusi fənlər-165


XF-B01

Mülki müdafiə

45




XF-B02

Bədən tərbiyəsi

120







Cəmi

3265



*Azərbaycan bölməsində təhsil alanlar öz arzuları ilə həmin saat həcmində ikinci xarici dil, yaxud Azərbaycan dili və nitq mədəniyyəti fənnlərini seçə bilərlər.

**I bölüm üzrə seçmə fənnlərə ali məktəb tərəfindən fəlsəfə,politologiya, sosiologiya, mədəniyyətşünaslıq, Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları və s., hümanitar, sosial-iqtisadi fənnlər daxil ola bilər.

Bütün bölmələrdə seçmə fənnlər bir neçə blokda(ən azı 2 blok) ibarət ola bilər. Ali məktəb tərəfindən hər bir bloka seçmə fənnlər üçün nəzərdə tutulmuş saat həcmini aşmamaq şərtilə tədris yükü müəyyənləşdirilir. Tələbə həmin blokların hər birindən yalnız bir fənn seçmək hüququna malikdir və onun seçdiyi bu fənn həmin bloka ayrılan saat həcmində tədris olunmalıdır. Məsələn: fərz edək ki, ali məktəb tərəfindən humanitar bölümə daxil olan seçmə fənnlər(cəmi 90 saat) üzrə iki blok müəyyənləşdirilmişdir. Birinci bloka seçmə fənnlərdən «fəlsəfə», «iqtisadiyyat», «politologiya», ikinci bloka «mədəniyyətşünaslıq», «Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları», «sosiologiya» fənnləri daxil edilmişdir. Birinci bloka daxil olan fənnlərin tədrisinə 60, ikinci bloka daxil olan fənnlərə isə 30 saat müəyyənləşdirilmişdir. Əgər tələbə 1-ci blokda fəlsəfəni, 2-ci blokda isə sosiologiyanı seçibsə onda ona həmin fənnlər müvafiq olaraq 60 və 30 saat həcmində tədris olunmalıdır.


İstiqamət(ixtisas) üzrə ali təhsil proqramı aşağıdakı normalara uyğun tərtib edilmişdir.

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr – 198

Nəzəri təlim üçün ayrılan həftələr-115

Təcrübələr üçün ayrılan həftələr(ixtisasdan asılı olaraq) – 8 -18(təcrübənin müddəti 8 həftədən çox olduqda onun təşkili nəzəri təlim üçün ayrılan həftələrin hesabına keçirilə bilər).

İmtahan sessiyası üçün ayrılan həftələr – 32

Tətillər üçün ayrılan həftələr – 36

Buraxılış işinin hazırlanması üçün – 5

Dövlət yekun attestasiyası üçün ayrılan həftələr -2



İİ 020000 “Mühəndis iqtisadiyyatı və idarəetmə” istiqaməti üzrə ali baza təhsil hazırlığı proqramına daxil olmuş fənnlərin qısa məzmunu
HSF-B00 Hümanitar fənnlər (330 saat)
HSF-B01 Azərbaycan tarixi(105 saat)

Azərbaycan ərazisində ibtidai icma cəmiyyəti; e.ə. III-I minilliklərdə Azərbaycanın etno-siyasi xəritəsi, qədim dövlətlər;feodal münasibətlərinin yaranması və inkişafı; III-VII əsrlərdə Azərbaycanın siyasi tarixi; Azərbaycan Xilafətin tərkibində, Babəkin başçılığı ilə azadlıq müharibəsi; Azərbaycan feodal dövlətləri(X-XII əsrlər); Azərbaycanda monqol ağalığı; XIV- XV əsrlərdə feodal dövlətləri; şirvanşahlar,qaraqoyunlu və ağqoyunlu dövlətləri;Azərbaycan Səfəvilər dövləti; Azərbaycan XVIII əsrin birinci yarısında; Azərbaycan xanlıqları; Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsi, çarizmin müstəmləkə siyasəti əleyhinə çıxışlar; Cənubi Azərbaycan XIX əsrin birinci yarısında; Babilər hərəkatı; Azərbaycanda kapitalist münasibətlərinin inkişafı; XIX əsr mədəniyyəti; Azərbaycan XX

əsrin əvvəllərində; Cənubi Azərbaycanda demokratik və Milli hərəkat (1905-1911); Azərbaycan Birinci dünya müharibəsi və Fevral inqilabı günlərində; Azərbaycan Cümhuriyyəti(may 1918-aprel 1920-ci illər); Bolşevik çevrilişi. ADR-in süqutu; Azərbaycanun sosial-iqtisadi və siyasi vəziyyəti, mədəniyyət(1921 iyun-1941-ci illər); Azərbaycan İkinci dünya müharibəsi dövründə; Azərbaycan 90-cı illərdə, ərazi bütövlüyü uğrunda mübarizə; Cənubi Azərbaycan XX əsrdə.

HSF-B02. Azərbaycan(rus) dili (150 saat)

Orta məktəbdə alınan vərdişləri möhkəmlətmək və inkişaf etdirmək, sərbəst danışıq vərdişinə yiyələnmək. İstənilən məqamda bu dildə ünsiyyət saxlamağı bacarmaq; fikrini yazılı şəkildə ifadə etmək, yazıda orfoqrafiya normasına yiyələnmək; öz ixtisası ilə bağlı elmi ədəbiyyatlardan istifadə imkanı əldə etmək; müxtəlif üslublarda ədəbiyyat və materialı mənimsəmək, həmin üslubların yazılı və şifahi formalarında özünü ifadə etməyi bacarmaq.

Gündəlik ünsiyyətdə zəruri olan leksik-qramatik materialların öyrənilməsi, nitq fəaliyyətinin mövcud formalarının(dialoq-monoloq, yazılı-şifahi) lazımi səviyyədə mənimsənilməsi; fənn üzrə leksik və qrammatik minimumun öyrənilməsi; orcinal elmi-texniki əsərlərin oxunub dərk olunması, onların referatlaşdırılması; lazımi elmi-texniki ədəbiyyatın adekvat tərcümə olunması; nitq mədəniyyətinin lazımi səviyyədə inkişaf edilməsi və elmi, ədəbi və adi ünsiyyətdə fikirlərinin həcmli və sadə izah edilə bilməsi.


HSF-B03. Seçmə fənnlər(90 saat)
İÜHF-B00 İstiqamətin(ixtisasın) ümumpeşə hazırlığı fənnləri
İÜHF-B01 Statistika(60 saat)

Statistikanın predmeti, metodu və vəzifələri; məlumatların mənbəyi; statistik tədqiqatın mərhələləri; müşahidənin tədqiqatda rolu; statistik məlumatların yekunlaşdırılması və qruplaşdırılması; statistika sıraları və cədvəlləri; mütləq və nisbi kəmiyyətlər; orta kəmiyyətlər, variasiya göstəriciləri; indekslər, qarşılıqlı əlaqə və asılılıqların statistik üsullarla öyrənilməsi; seçmə tədqiqatı, onun zəruriliyi; əmək ehtiyatları və işçilərin sayı statistikası; iş vaxtı, əmək məhsuldarlığı, əmək ödənişi, əsas fondlar və elmi texniki tərəqqi statistikaları; sahələr statistikası.



İÜHF-B02 İqtisadiyyat(120 saat)

Mikroiqtisadiyyat iqtisadi nəzəriyyənin mühüm tərkib hissələrindən biri kimi; mikroiqtisadiyyat və onun tədqiqat obyekti; iqtisadi davranışın araşdırılması; iqtisadi hadisə və proseslər sistemi; tələb və təklif nəzəriyyəsi; bazar tarazlığı; tələb və təklifin elastikliyi; istehlakçı seçimi nəzəriyyəsinin əsasları; fərdi və bazar tələbi; texnologiya və istehsal; istehsal xərcləri; təklif, inhisar, inhisarçı rəqabət və oliqapoliya; istehsal amilləri bazarı; ümumi tarazlıq və səmərəlilik.

Makroiqtisadiyyat iqtisadiyyatı tam şəkildə öyrənən elm kimi; iqtisadi proseslər və ümumi iqtisadi göstəricilər;gəlirlər,qiymətlər, məşğulluq və digər iqtisadi göstəricilərin ümumiləşmiş qanunauyğunluqları;dünya təsərrüfat sisteminin meylinin müəyənləşdirilməsi. İqtisadi hadisələrin öyrənilməsi və təhlili; iqtisadi siyasətin təkmilləşdirilməsi; dövlət tənzimlənməsinin pul-kredit və büdcə-vergi siyasətinin səmərəliliyi; makroiqtisadi göstəricilərin təhlili; iqtisad elmlərinin inkişafının əsas mərhələləri; bazar iqtisadiyyatının və sahibkarlığın meydana gəldiyi dövrdə iqtisadi fikrin təkamülü; müasir fikrin əsas istiqamətləri.

İÜHF-B03 Riyaziyyat(105 saat)

Riyazi analizə giriş; nöqtədə funksiyanın limiti və kəsilməzliyi; parçada kəsilməyən funksiyalar; funksiyanın törəməsi və differensialı; funksiyanın araşdırılması; inteqral hesabı(müəyyən, qeyri-müəyyən və qeyri məxsusi); çoxdəyişənli funksiya; sıralar, adi differensial tənliklər; xətti cəbr; xətti tənliklər sistemi; matrislər və determinantlar; en-ölçülü vektorlar fəzası; xətti operatorlar; xətti operatorların məxsusi ədədi və məxsusi vektoru; qabarıq çoxluq və xətti bərabərsizliklər sistemi; ehtimal nəzəriyyəsinin əsas anlayışları; ehtimal fəzası; təsadüfi hadisələr; Bernulli, Muavr-Laplas və Puasson düsturları; təsadüfi kəmiyyətlər, onların paylanması və ədədi xarakteristikaları; təsadüfi kəmiyyətlərdən asılı funksiya; çox ölçülü təsadüfi kəmiyyətlər; böyük ədədlər qanunu və mərkəzi limit teoremi; seçmə xarakteristikaları; paylanma parametrlərinin statistik qiymətləndirilməsi; statistik hipotezlərin yoxlanılması; korrelyasiya və reqressiya analizi.



İÜHF-B04 İnformatika(90 saat)

İnformasiya anlayışı; informasiyanın qəbulu, verilməsi, işlənilməsi proseslərinin ümumi xarakteristikası; informasiya proseslərinin texniki və proqram vasitələri; funksional və hesablama məsələləri həllinin modelləri; alqoritmləşdirmə və proqramlaşdırma; yüksək səviyyədə proqramlaşdırma dilləri; verilənlər bazası; proqram təminatı; proqramlaşdırma texnologiyası və kompüter qrafikası; fərdi EHM-lərdə tədris praktikumu; proqramların reallaşdırılması; əməliyyat sistemləri; yaddaşa yazma, saxlama və yenidən işləmə; riyazi proqramlaşdırmada xətti proqramlaşdırma məsələsinin qoyuluşu, yazılış formaları,həlli üsulları; ədədi, dinamik, qeyri-xətti məsələlərin qoyuluşu, iqtisadi mənaları və həlli üsulları; optimal idarəetmə qərarının qəbul edilməsi mexanizminin təhlili.




İÜHF-B05 Psixologiya(60 saat)

Predmeti, obyekti və üsulları. Psixologiyanın elmlər sistemində yeri; psixologiyanın inkişaf tarixi və əsas istiqamətləri; fərd, şəxsiyyət, subyekt və fərdiyyətçilik; orqanizm və psixika; davranış və fəaliyyət; psixikanın əsas funksiyaları; ontogeniz və filogeniz proseslərdə psixikanın inkişafı; beyn və psixika; psixikanın quruluşu; şüurlu və şüursuz münasibət; əsas psixi proseslər; idrakın quruluşu; dərk olunan proseslər; duyğu, təxəyyül, təsəvvür və s.; idrak və düşüncə; yaradıcılıq, diqqət, emosiya və hissiyyat; insan fəaliyyətinin psixoloci tənzimi; ünsiyyət və nitq; şəxsiyyətin psixologiyası; fərdlər arası ünsiyyət; kiçik qrupların psixologiyası; qruplar arası münasibət və qarşılıqlı fəaliyyət; insan şəxsiyyətin müəyyənləşdirilməsinə müxtəlif yanaşmalar, fərdi tipoloci xüsusiyyətlər, A.Q.Qroysman təsnifatı; motivlər sistemi, baxışlar, dünyagörüşü; formalaşmış həyat təcrübəsi, tələbat, maddi imkanlar; insan tələbatı; tələbatın növləri: bioloci, sosial, ideal. Tələbatın ictimailəşməsi; psixoloci yanaşma haqqında ümumi məlumat; peşəkar yanaşma; yanaşmanın işgüzar münasibətlərin quruluşunda rolu; fərdi xüsusiyyətlər nəzərə alınmaqla ünsiyyətin qarşılıqlı əlaqəsi; tərəfdaşlara qarşı münasibət prosesində qarşılıqlı dərketmə; özünü dərketmənin metodikası; nitq səviyyəsi; nitq mədəniyyətində özünə əminlik; müxtəlif işgüzar vəziyyətlərdə münasibətlər texnologiyası;peşəkar ünsiyyət, mədəniyyətlərarası ünsiyyət, mədəniyyət anlayışı, nitq mədəniyyəti, mədəniyyətlərin dialoqu.



İÜHF-B06 İqtisadi və sosial coğrafiya (60 saat)

İqtisadi coğrafiyanın təkamülü; dünyanın sivill regionları: anlayışı, miqyası, meyarları; regionların formalaşmasında mədəniyyət və sivilizasiya; regional sivilizasiyaların genesizi və formalaşması; regionların kapitalizmin başlanğıcından müasir dövrümüzə qədər inkişafı; erkən kapitalizm dövründə imperialar və dinlər: sivilizasiyanın ekspansiyası; sənaye çevrilişi və avrosentrizmin zirvəsi; dünya ağalığı uğrunda mübarizə; imperiaların zirvəsi və sonu; müasir elmi-texniki tərəqqi və postindustrial inkişafın başlanması. Xidmətlər sahəsi postindustrial inkişafın əsas istiqamətidir; regional inteqrasiyanın bazar problemləri; dünya bazarı; coğrafi əmək bölgüsünün amili və onun nəticələri. Dünya ölkələri. Ərazilərin iqtisadi-coğrafi vəziyyətin, təbii şəraitin və ehtiyatları, məskunlaşmanın, təsərrüfatın və onların ərazi quruluşlarının xüsusiyyətləri və öyrənilməsi üsulları; əhalinin differensasiya və inteqrasiya prosesləri; regionçuluq amilləri; təbii mühit; turizmin iqtisadi resursları.




İÜHF-B07 Menecmentin əsasları(90 saat)

Menecment fəaliyyət növü və idrəetmə sistemi; menecmentin təşəkkül tapması və inkişafı; təşkilatlar menecmentin obyekti kimi; təşkilatın makro və mikro mühiti; menecmentin metodoloci əsasları; menecmentin infrastrukturu; innovasiya menecmenti; menecmentin sosial amilləri və etikası; menecmentdə inteqrasiya prosesi; menecment sistemində kommunikasiya; situasiyaların moddelləşdirilməsi və qərarların işlənib hazırlanması; menecmentin funksiyalarının təbiəti və tərkibi; menecment sistemində strateci və taktiki planlar; menecment s istemində təşkilati münasibətlər; menecment sisteminin təşkili formaları; menecmentdə fəaliyyətin motivasiyası; menecment sistemində tənzimlənmə və nəzarət; menecment sistemində qrupp dinamikası və liderlik; işgüzar ünsiyyət; rəhbərlik, hakimiyyət və partnyorluq; menecment üslübu və menecer imici; menecmentdə münaqişə halları; menecmentin effektivliyi amilləri; dövlət menecmenti; dövlət idarəetmə aparatı; iqtisadiyyatın idarə edilməsi sitemi; təşkilati davranış; insanların və qrupların idarə edilməsi



İÜHF-B08 Dünya mədəniyyəti və incəsənəti (60 saat)

Dünya mədəniyyət tarixi; dünya mədəniyyət və incəsənəti nəzəriyyəsində istiqamətlər və məktəblər; mədəniyyət varisliyindən istifadə və onun qorunması; müxtəlif dövrlərin mədəni-tarixi proseslərinin şifahi-təsviri incəsənətin formalaşmasına və dəyişməsinə təsiri: antik dövr, orta əsr və intibah dövrü, klassizm, maarifçilik dövrü, XIX-XX əsrlər; incəsənətin məkan və zaman növlərində üslub anlayışı; əsəs mədəni-tarixi turizm mərkəzləri dünya mədəni varisliyi konteksində; mədəni və turizm mərkəzlərinin imicinin formalaşmasına ədəbiyyatın təsiri; mədəni-tarixi varislik; əsas növ və tiplərin xüsusiyyətləri; istifadə imkanları və coğrafiyası; sosial-mədəni ehtiyatlar; sosial ehtiyatlar; etnoqrafik varislik; müxtəlif xalqların etnik mədəniyyətinin xüsusiyyətləri və etnoqrafik abidələr.


İÜHF-B09 Ekonometriya(90 saat)

Əsas anlayışlar: iqtisadi kəmiyyətlər və statistik göstərici, iqtisadi kəmiyyətlərin ehtimal təbiəti, ölçmə problemi və onun iqtisadi xüsusiyyəti və adekvatlığı; təsviri statistika: paylanma tezliyi, orta kəmiyyətlər, mediana, moda və kvantil, momentlər və digər xarakteristik paylamanlar; indeksli təhlil: indekslərin qurulması prinsipi; əlaqələr təhlilinə giriş: miqdar əlamətləri tezliyinin birgə paylanması, reqressiya və dispersiya təhlili; təsadüfi səhvlər: ilkin ölçmə, törəmə ölçmələr, xətti reqressiya cəbri,sadə və ortoqonal reqressiya, reqressiyanın qiymətləndirilməsinin çoxüzlülüyü; əsas xətti reqressiya modeli: müxtəlif formalı reqressiya tənlikləri, əsas hipotezlər və qiymətləndirmə xüsusiyyətləri, asılı olmayan amillər, modelin özünə məxsusluğu, proqnozlaşdırma; əsas xətti modellərin pozulması hipotezi, ümumiləşmiş ən kiçik kvadratlar üsulu, amillərin ölçülməsində səhvlər; reqressiyada tam ədədli dəyişənlər; saxta dəyişənlər; binomial asılı dəyişənlərin modeli; tənliklər sistemi parametrlərinin qiymətləndirilməsi; keçici sıraların təhlili: əsas anlayışlar, stasionarlıq; loqistik fnuksiyanın qiymətləndirilməsi; Spirmen kriteriyası; xətti-stoxastik modellər; dinamik reqressiya modeli.



İÜHF-B10 Turizm bisnesinin təşkili və idarə edilməsi (90 saat)

Kursunun predmeti, məqsədi və vəzifələri. Turizm biznesi sahəsində işlədilən əsas terminlər və anlayışlar; müasir turizm və onun təşkili; Cəmiyyətin həyatında turizmin əhəmiyyəti; Tomas Kuk və turizm biznesinin başlanğıcı; dünya turizminin rolu; dünya turizmində müasir yeniliklər; Azərbaycanda turizminin yaranması və inkişafı; turizm müəssisəsinin hüquqi-təşkilatı əsasları; turizm sahəsində satış qabağı proseslərin texnologiyası; turizm sənayesinin strukturu; turizmdə turoperator və turagentliklərin fəaliyyəti; turizm məhsulunun hazırlanması; turizm firmaları müştərilərinə xidmətin texnologiyası; qəbul proqramlarının hazırlanması; turizm sahəsində beynəlxalq əməkdaşlıq; mehmanxanalarla və nəqliyyat şirkətləri ilə əməkdaşlığın formaları; turizm və internet; turizmdə təhlükəsizlik; viza rəsmiyyətçiliyi; səfərlərin sığortalanması; əvvəlcədən proqramlaşdırılan turizmin təşkili; kənd və şəhər turizmi, mədəni turizm; turizmdə mədəniyyət əlaqələri və mədəniyyətin inkişafına təsiri; turizmin ətraf mühütə təsiri; əhalinin məşqulluğu problemlərinin həllində turizmin rolu və vəzifələri; sivil əlaqələrin inkişafında müasir turizmin rolu, mədəni və iqtisadi əlaqələrin inkişafında turizmin rolu. Regional turizm; turizm və kurort işi. Turizm mərkəzlərinin tipləri.


İÜHF-B11 Turizmin tarixi(60 saat)

Dünya turizminin cəmiyyətin inkişafında rolu və əhəmiyyəti; qədim dövrlərdə və orta əsrlərdə ərazi yerdəyişmələri və səyahətlər; XVIII-XIX əsrlərdə dünya turizminin inkişafı; XX əsr turizminin tarixi mərhələləri; dünya turizminin inkişaf perspektivləri; Azərbaycan Respublikasında turizmin inkişafının mərhələləri; Azərbaycan Respublikasında turizmin inkişaf strategiyası; turizmin Qlobal Etik Kodeksi; dünya mehmanxana sənayesinin əsas inkişaf mərhələləri; dünya mehmanxana şəbəkəsi; mehmanxanaların təsnifat sistemləri.




İÜHF-B12 Turizmin menecmenti (90 saat)

Menecmentin əsasları, anlayışlar; menecmentin təkamülü; müxtəlif məktəblərin fərqləndirilməsi əsasında idarəetməyə yanaşma; turizm fəaliyyət sahəsi kimi turizm idarəetmə obyekti kimi; turizmin menecmentinin mahiyyəti və funksiyaları, menecment sahəsində xarici təcrübə, Azərbaycanda tətbiqi imkanları; turizm menecmentinin xüsusiyyətləri; turizmin idarə edilməsinin sistemi və strukturu; turizm firmalarının idarə olunmasının əsasları; müəssisələrin idarəedilməsi məsələsi və məqsədi; müəssisələrin idarəedilməsi işinin təşkili; turizm firmasına rəhbərliyin sosial psixoloci əsasları ; ünsiyyət sistemləri; cari və strateci planlaşdırma; qərar qəbulu üsulları; turizm sahəsində daxili və xarici biznes mühüti; istehsal menecmentinin əsasları; əməyin motivləri siteminin təşkili; işçilərin fəaliyyətinə nəzarətin təşkili; özünü idarəetmə; risk-menecment; işgüzar münasibət etikası; münaqişələrin idarəedilməsi; psixologiya menecmenti; menecmentin imkanları və xarici əlaqələri; qarşılıqlı faydalı əməkdaşlıq; turizm firmasına rəhbərlik üslübu; turizm firmalarında personalın idarə edilməsi; turizmdə əmək proseslərinin idarə edilməsi; turizm menecmentinin səmərəliyi; turizm biznesinin gəlirli edilməsi; turizmdə gəlir mənbələri; turizmdə İnnovasiya menecmenti




İÜHF-B13 Mühasibat uçotu(60 saat)

İdarəetmə sistemində mühasibat uçotu; mühasibat uçotunun təşkili əsasları; kapitalın uçotu; müəssisənin əsas vəsaiti və qeyri-maddi aktivlərinin uçotu və qiymətləndirilməsi; maliyyə qoyuluşunun və borcların uçotu; istehsalat ehtiyatlarının uçotu; əmək və onun ödənilməsinin uçotu; məhsul istehsalına çəkilən məsrəflərin uçotu; hazır məhsulun və onun satışının uçotu; pul vəsaitinin, hesablaşma və kredit əməliyyatlarının uçotu; valyuta dəyərlərinin və əməliyyatlarının uçotu; icarə əməliyyatlarının uçotu; maliyyə nəticələrinin uçotu; fondlar və ehtiyatların uçotu; müəssisələrin uçot siyasəti; qeyri-dövlət müəssisələrində uçotun təşkili; xarici iqtisadi fəaliyyətin uçotu; iqtisadiyyat sahələrində uçotun xüsusiyyətləri; idarəetmə və maliyyə uçotu; uçot və hesabatın beynəlxalq sistemi



İÜHF-B14 Turizm fəaliyyətinin hüquqi əsasları(60 saat)

Azərbaycan respublikasının Mülki məcəlləsi- turizm sənayesində sahibkarlıq fəaliyyətinin hüquqi əsasları; turizm sahəsində müəssisələrin təşkilatı-hüquqi formaları; beynəlxalq turizm hüququ institunun predmeti və əsas prinsipləri; səfər zamanı turistlərin hüquq və vəzifələri; turizm sahəsində beynəlxalq müqavilə və sazişlər; turizmin təşkilati-hüquqi təminatı; turizmdə nəqliyyat xidmətlərinin hüquqi tənzimlənməsi; Turizmdə münaqişələrin həlli qaydaları; Turizm sahəsində dövlətlərarası fəaliyyətin əlaqələndirilməsinin Beynəlxalq hüquqi formaları; Azərbaycan Respublikasında turizm fəaliyyətinin tənzimlənməsi; turizmin hüquqi bazası; sahibkarlıq fəaliyyətinin dövlət tənzimi.




İÜHF-B15 Turizmdə marketinq (90 saat)

Bazar iqtisadiyyatı şəraitində turizmdə marketinq turizm sənayesinin inkişaf vasitəsi kimi; marketinqin mahiyyəti anlayışı, marketinq strategiyası; turizmdə marketinq konsepsiyası; marketinq sistemi və onun turizm bazarında xüsusiyyətləri; qiymət siyasəti; turizm məhsulunun təbliği və satışı nəzəriyyəsi; turizm sənayesi müəssisələrində marketinq xidmətinin təşkili və fəaliyyəti; marketinq tədqiqatlarının məzmunu və istiqamətləri; turizm müəssisələrinin marketinq mühitinin tədqiqi; turizm bazarının marketinq tədqiqatları; turizm məhsulunun marketinq tədqiqatı; marketinq əlaqələri; rəqiblərin marketinq tədqiqi;turizm məhsulu istehlakçılarının marketinq tədqiqi; bazarın seqmentləşdirilməsi; beynəlxalq marketinq, xarici-iqtisadi marketinq, xarici iqtisadi marketinq turizm marketinqinin xüsusi tərkib hissəsidir; beynəlxalq marketinqin xüsusiyyətləri, marketinq sistemində nəzarət; marketinq əlaqələri kompleksində şəxsi satış; marketinq kompleksində təbliğat və reklam; turizm müəssisələrinin firma üslubu.



İÜHF-B16 Maliyyə və nəzarət(60 saat)

Maliyyənin mahiyyəti və rolu; bazar iqtisadiyyatı şəraitində maliyyədən itsifadə olunması; dövlətin maliyyə siyasəti və maliyyənin idarə edilməsi; maliyyə sistemi; maliyyə nəzarəti və auidit; dövlət büdcəsi, sığorta, vergilər gömrük rüsumu; dövlət və bələdiyyə krediti; büdcədən kənar fondlar; sosial sferanın maliyyəsi; müəssisələrin pul yığımlarının yaranması və istifadəsi; səhmdar cəmiyyətləri maliyyəsi; koorporativ maliyyə münasibətləri; investissiyaların maliyyələşdərilməsi; müəssisələrin əsas, dövriyyə vəsaitləri və onların maliyyələşdirilməsi; müəssisənin idarə olunması sistemində maliyyə işi və maliyyə proqnozlaşdırılması; maliyyə və sığorta bazarı; beynəlxalq maliyyə münasibətləri; xarici ölkələrin maliyyə sistemi.




İÜHF-B17 Turizm və mədəni-servis xidməti sahəsində

informasiya texnologiyaları(90 saat)

İnformasiya sistemləri, quruluşu və təsnifatı; təminedici və funksional alt sistemlər; müəssisələrin avtomatlaşdırma və elektronlaşdırma prinsipləri; sənədləşmə və sənəd mübadiləsinin elektronlaşdırılması; elektron informasiyanın təşkilati quruluşu, kanallar və elektron poçt şəbəkəsi; elektron ofis; baza informasiya texnologiyasının quruluşu; baza informasiyalar texnologiyasının konseptual, məntiqi və fiziki səviyyəsi; informasiya texnologiyalarının növləri; informasiya texnologiyaları və informasiya sistemlərinin tətbiq sahələrinə, istifadə xarakterinə əsasən təsnifatı; müəssisələrin avtomatlaşdırılması və elektronlaşdırılması prinsipləri; sənədləşdirmə və sənəd mübadiləsinin elektronlaşdırılması; elektron imza; elektron informasiyaların təşkillinin quruluşu; müasir saxlama vasitələri; verilənlər bazası ilə idarəetmə sistemi; informasiya obyektləri; turizm müəssisələrində informasiya moddellərinin qurulması; verilənlər bazasının yaradılması və işlədilməsi texnologiyası; turizmdə istifadə edilən müasir kompüter texnologiyaları; xüsusiləşdirilmiş informasiya texnologiyalarının turizm sənayesinə təsiri; turizmdə xüsusiləşdirilmiş informasiya sistemlərinin inkişaf istiqamətləri və tendensiyasının müasir vəziyyəti; lokal kompüter şəbəkələri; lokal şəbəkələrin topologiyası; qlobal kompüter şəbəkələri; İnternet(quruluşu və ünvanlaşdırma); şəbəkə xidməti, elektron poçt və WWW- texnologiyası; telekonfranslar, məsafədən giriş; kompüter praktikumu.




İÜHF-B18 Restoran biznesinin təşkili və

idarə edilməsi (90 saat)

Kulinariya sənəti; restoran biznesinin inkişafı: bazar fəlsəfəsi, missiya, məqsəd və vəzifələri, restoran xidməti bazarı, restoran biznesi konsepsiyası, restoran yerləşəcək ərazinin seçimi; menyu tərtibi; restoranların təsnifatı; restoran biznesinin inkişafında son meyllər; restoran fəaliyyəti: restoran fəaliyyətinin proqnozlaşdırılması, xidmət, restoran xidmətinin tipləri; ofisiantlar qarşısında qoyulan ixtisas tələbləri; mebellərin, qab-qacağın və digər avadanlıqların növləri və təyinatı; menyu haqqında müasir təsəvvürlər; xidmətə hazırlıq və masanın servirovka qaydaları; qonaqların qəbulu və keyfiyyətli xidmətin əsas qaydaları; kulinar məhsullarının verilmə qaydaları; alkoqollu və alkoqolsuz içkilərin verilməsi qaydaları; banket xidmətinin formaları; xarici turistlərə xidmətin özəllikləri; ərzaq məhsullarının təhlükəsizliyinin təminatı; məhsulların kulinar emalı haqqında məlumat; məhsulların texnoloci emalı prosesləri haqqında məlumat; balıq və qeyri balıq məhsullarının emalı, ev və ov quşlarının emalı, xörəklərin hazırlanmasında əsas qida məhsullarının dəyişməsi, tərəvəz və göbəliklərdən hazırlanan xörəklər və qarnirlər, paxla və makaron məhsullarından xörəklərin hazırlanması, balıq qarnirləri, ət məhsullarından olan soyuq xörəklər, ev və ov quşlarından olan xörəklərin və qarnirlərin hazırlanması; şorbalar və sousların hazırlanması, yumurta və kəsmikdən hazırlanan xörəklər, soyuq xörəklər və qəlyanaltılar; şirin xörəklərin hazırlanması və tələb edilən və yardımçı məhsullar; mikrobiologiya, yeməklərin fizioloci sanitariyası və gigiyenanın əsasları. İaşə müəssisələrində işin təşkili üçün emal sahələrinin, hazırlanma sahələrinin seçilməsi; qida ehtiyatlarının hesablanması, yeməklərin hazırlanması üçün mətbəx avadanlıqlarının seçilməsi və yerləşdirilməsi, xidmət növünün seçilməsi, xidmətçilərin seçilməsi və təyini, yemək zalının təşkili; servirovkanın məqsədə uyğun seçilməsi və hazırlanması; sifarişlərin qəbulu və sifariş üzrə mətbəxə sifarişin yazılı surətdə verilməsi, müştəri tələbinin qeydiyyatı və təqdimi; xidmət növlərinə görə xidmətçilərin seçilməsi; iaşə müəssisələrində fərdi və kollektiv xidmətin təşkili.



İÜHF-B19 Peşə etikası və etiket qaydaları(60saat)

Etika elm və mənəvi mədəniyyətin təzahürü kimi; peşəkər etika anlayışı; sahibkarlıq sahəsində etika; turizm sənayesində etika; tərəfdaşlıq münasibətlərinin etikası; turizm sənayesi işçisinin etikası; etiket sosial təzahür kimi; dünya etiketi tarixi; etiketin vəzifələri; cəmiyyətdə insanların qarşılıqlı münasibətləri sahəsində birləşmə; hüquqi və əxlaqi cəhətlər; müasir etiketin tələbləri, işgüzar adamın etiketi; işgüzar adamın geyim mədəniyyəti, imici və ictimai yerlərdə davranışı; əxlaq işçilərin mənəvi mədəniyyətinin əsas komponentidir; mənəviyyatın mahiyyəti; mənəvi seçim; estetik idealın və incəsənətin mənəvi dünyanın formalaşmasında rolu; peşəkar etika: mahiyyəti və funksiyalarının təsnifatı; etika,əxlaq və mənəviyyat anlayışlarının əlaqəsi; peşəkar etika anlayışı; mənşəyi və mahiyyəti; peşəkar etikanın növləri və xüsusiyyətləri; etik kodekslərin təsnifatı; peşəkar etika normalarının funksiyaları; şəxsiyyətin normativ nümunəsi; xidməti etikanın norma və prinsipləri; «korporativ etika»: genesiz, özəlliyi, sosial nəticələri; işçilərin fəaliyyətində etiket; rəhbər və işçilərin qarşılıqlı münasibətlərinin etiketi; işgüzar görüşlərin, söhbətlərin və danışıqların etiketi



İÜHF-B20 Mehmanxana biznesinin təşkili və

idarə edilməsi(90 saat)

Mehmanxanaların kateqoriyaları; mehmanxanaların təsnifatı; mehmanxana biznesi sahəsində beynəlxalq xidmət standartları; franşiza; lizinq; sindikatlar; mehmanxanaların xidmət personalının sosial-psixoloci özəllikləri; personalın peşəkar portreti; personalın peşəkar portretinin modeli; qonaqpərvərlik sahəsində kadrların seçilməsi və komplektləşdirilməsi; xidmət servisi təşkil edən və uğurlu rəqabəti müəyyən edən amildir; xidmətin əsas standartları; telefon etiketi standartları; mehmanxana personalının xarici görünüş standartları; mehmanxana servisi sahəsində işlərin özəlliyi; tarif və tarif siyasəti; mehmanxana biznesində investisiya strategiyası; personalın müştərilərlə ünsiyyətinin ümumi qaydaları; mehmanxana xidmətlərinin sertifikatlaşdırılması; mehmanxana biznesinin kompüterləşdirilməsi; mehmanxanalarda müxtəlif xidmət sahələrinin təşkili; mehmanxananın əsas funksiyaları və xidmətləri; mehmanxanaların idarəetmə strukturu; avtomatlaşdırılmış idarəetmə sistemləri; gəlirlərin idarə edilməsi; nömrələrin bronlaşdırılması; kommunikasiya xidməti; mehmanxana fəaliyyətində ənənələr; mehmanxana biznesində inteqrasiya



İÜHF-B21 Xarici dil (360 saat)

Oxu, yazı, eşitmə, anlama və danışma vərdiş və bacarıqlarının inkişaf etdirilməsi, gündəlik ünsiyyət üçün zəruri olan yeni fonetik, leksik və qrammatik biliklərin öyrənilməsi, danışıq fəaliyyətinin və danışıq formalarının müxtəlif növlərinin(şifahi, yazılı, monoloci və dioloci) inkişaf etdirilməsi; fonetik, leksik və qrammatik minimumun öyrənilməsi; dili öyrənilən ölkənin real vəziyyəti ilə yaxından tanışlıq; elmi,texniki və bədii ədəbiyyatın tərcüməsi; ixtisas üzrə elmi-nəzəri ədəbiyyatın tədqiqi, təhlili; buraxılış işlərinin yazılmasında və müdafiəsində elmi-metodiki ədəbiyyatdan istifadə vərdişlərinin aşılanması.




İÜHF-B22 Seçmə fənnlər(300 saat)



İF-B00 İxtisas fənnləri(510 saat)

Bu bölməyə ali məktəb tərəfindən təyin edilən fənnlər daxildir.


İF-B01 Seçmə fənnlər(120 saat)
XF-B00 xüsusi fənnlər
XF-B01 Mülki müdafiə (45 saat)

Fövqəladə hallarda Mülki müdafiənin rolu və vəzifələri. Fövqəladə hallar və onların qısa xarakteristikası.

Azərbaycan Respublikası ərazisində xarakter olan təbii fəlakətlər (zəlzələlər, sellər, sürüşmələr), istehsalat qəzaları, ərazinin mühafizəsi. Zədələnmə ocaqlarının xaraktkristikası. Radiasiya, kimyəvi və bakteoroloci vəziyyət haqqında ümumi anlayış. Fövqəladə hallarda əhalinin mühafizəsinin əsas üsulları və prinsipləri. Kollektiv mühafizə vasitələri. Fərdi mühafizə vasitələri.

XF-B02 Bədən tərbiyyəsi (120 saat)

Bədən tərbiyyəsi tələbələrin ümummədəni və peşəkarlıq hazırlığında; bədən tərbiyyəsinin sosial-bioloci əsaslərı; sağlam həyat tərzi və üslubunun əsaslərı; sağlamlaşdırma sistemi və idman (nəzəriyyə, metodika, təcrübə) ; tələbələrin peşəkar-təcrübi fiziki hazırlığı.









QEYDLƏR:









Bakalavr təhsil proqramını həyata keçirərkən ali təhsil müəssisələri aşağıdakı hüquqlara malikdirlər:

    1. Tələbə üçün proqramda nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin faktiki minimum məzmununu saxlamaqla təhsil materialının mənimsənilməsinə ayrılmış saatları fənn bölümləri arasında 5%, fənn bölümləri daxililində isə 20%-ə qədər dəyişmək;

    2. bölümlərə ayrılan auditoriya saatlarının hüdudları çərçivəsində bölümə daxil olan ayrı-ayrı fənnlərin saatlarını müəyyənləşdirmək

    3. uyğun magistr ixtisaslaşmalarını və istehsalat sahələrini nəzərə almaqla ixtisas fənnləri bölümünə daxil olan fənnlərin siyahısını, onların tədrisi ardıcıllığını, mühazirə, məşğələ və laboratoriya saatlarının miqdarını müəyyən etmək.









İxtisas fənnləri bölümü istiqamət(ixtisas) üzrə nisbətən dar peşə hazırlığı məqsədini daşıyır. Ali məktəb bu bölümün müxtəlif variantlarını təklif edə bilər. Lakin ixtisas fənnləri bölümündə tələbələrin yalnız bu ixtisas üzrə hazırlanmasına yol verilmir. Bu bölümə daxil edilmiş fənnlərin uyğun istiqamətin(ixtisasın) mümkün qədər bütün magistr ixtisaslaşmalarını əhatə etməsi təmin olunur.

Müəyyən ixtisaslaşmalara xüsusi meyl göstərən bakalavr-tələbələr üçün tədris planlarının ixtisas fənnləri bölümündə müvafiq seçmə ixtisas fənnləri(və ya fənnlər bloku) daxil edilir və tələbələrin həmin seçmə fənnləri(və ya fənnlər blokunu) mənimsəyə bilmələri üçün lazımi şərait təmin edilir.











Hər semestrin müddəti( sonuncu semestr istisna olmaqla) 15 həftədir.









Təhsil dövründə tələbənin məcburi auditoriya dərsləri bir qayda olaraq həftədə orta hesabla 30 saatdır.







Yüklə 178,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin