Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali HƏDİS 17 İmam Əlinin (ə) fi tnələrdən çəkinmək barədə xütbəsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə88/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   84   85   86   87   88   89   90   91   ...   227
AliMuhemmedin sirleri

112
Suleym ibn Qeys Hilali
HƏDİS 17
İmam Əlinin (ə) fi tnələrdən çəkinmək barədə xütbəsi
Aban Süleym ibn Qeysdən belə dediyini nəql edir: “Möminlərin əmiri (ə) 
minbərə qalxıb Allaha həmd və səna etdikdən sonra dedi: 
Ey camaat! Mən fi tnənin gözünü çıxaran şəxsəm və məndən başqasının 
buna cürəti çatmaz. Allaha and içirəm ki, əgər sizin aranızda olmasaydım 
Cəməl, Siffi n və Nəhrivan əhli ilə əsla kimsə savaşmazdı. Allaha and içirəm 
ki, əgər əməli etməyi tərk edib yalnız danışmaqla kifayətlənməsəydiniz, döyüş-
düyümüz kəslərin zəlalətdə olduqlarına və bizim də haqq üzərində olduğumu-
zu bildiklərinə Allahın Öz Peyğəmbərinin (s) dililə hökm verdiyini sizə xəbər 
verərdim. 
Məni itirməzdən əvvəl istədiyinizi soruşun. Allaha and olsun, mən göylərin 
yollarını yer üzünün yollarından daha yaxşı tanıyıram. Möminlərin rəhbəri, öndə 
olanların birincisi, təqvalıların imamı, vəsilərin sonuncusu, peyğəmbərlərin 
varisi və aləmlərin Rəbbinin xəlifəsi mənəm. Qiyamət günü ümməti hesaba 
çəkən, Allah tərəfi ndən Cənnət və Cəhənnəm əhlini ayıran mənəm. Mənəm ən 
böyük Siddiq və haqla batili bir-birindən ayıran Faruq. Sülblərin, bəlaların (im-
tahanların) elmi və gözəl bəyan mənim yanımdadır. Nə haqqında, harada və 
kimə endiyini bilmədiyim heç bir ayə yoxdur.
Ey insanlar! Məni itirmənizə az qalıb. Mən sizdən ayrılacaq, ölüb və ya 
öldürüləcəyəm. Çox keçmədən bu ümmətin ən bədbəxti (saqqalına işarə edərək) 
bunu yuxarıdan qana bulayacaq. (Yəni saqqalını başının qanına boyayacaq).
Toxumu yaran və nəfəsi yaradana and olsun ki, qiyamət gününədək sayları 
üç yüz və ya daha artıq olan elə bir dəstə yoxdur ki, onların rəhbərini və başçı-
larını, carçılarını tanımayım. Həmçinin binaların dağılmasını, qiyamət gününə 
qədər nə vaxt sökülüb və nə vaxt yenidən tikiləcəklərini sizə xəbər verərəm.
Bir nəfər ayağa qalxıb dedi: “Ey Möminlərin əmiri! Bizə bəlalardan xəbər 
ver”.
Əli (ə) dedi: “Sualı verən şəxs əvvəlcə düşünməli və soruşulan şəxs də 
cavabdan əvvəl bir az dayanmalıdır. Sizin ardınızdan narahat və şübhəli işlər, 
qorxulu və insanı aciz buraxan bəlalar olacaq.
Toxumu yaran və küləyi yaradana and olsun ki, əgər məni itirsəniz və bu 
işlər sizə üz versə sual soruşanların əksəriyyəti başlarını əyib susacaq və so-


Ali-Muhəmmədin sirləri
113
ruşanların əksəriyyətinin başı qarışmış olacaq. O zaman müharibələriniz çı-
xar, dişlərini göstərər, ayaqları üzərinə qalxar, dünya başınıza bəla olar. Allah 
Bəqiyyətul-əbrar (Yaxşılardan qalmış) üçün fəthi və zəfəri gətirənə qədər belə 
davam edər”.
Bir başqa şəxs ayağa qalxıb dedi: “Ey Möminlərin əmiri! Bizə fi tnələrdən 
danış?”
Əli (ə) dedi: “Fitnələr insana üz tutduqda onu şübhəyə salar və aradan 
getdikdə şübhələrdən pərdələri qaldırar. Fitnələrin dəniz dalğaları kimi dalğa-
ları və küləyin tufanı kimi tufanları vardır! Bir şəhərə üz tutub, digərindən yan 
keçərlər. Bədr günü bayraqlar olan dəstəyə baxın. Onlara yardım edin ki, yar-
dım görəsiniz və mükafatlandırılıb üzrlü hesab ediləsiniz!

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin