26
Suleym ibn Qeys Hilali
yoxdur ki, burada olmasın, elə bir ayə yoxdur ki, Peyğəmbər (s)
mənə oxudub
və təvilini öyrətməsin”.
Sonra dedi: “Sabah deməyin ki: “Biz bundan qafi l idik”.
1
Ardınca buyurdu: “Sonra qiyamət günü deməyin ki, mən sizi yardımıma
səsləmədim, haqqımı xatırlatmadım, sizi fatihədən ta sonuncusuna qədər olan
Allahın kitabına dəvət etmədim!”
Yaşli səhabənin yoldaşi dedi: “Bizim yanımızda
olan Quran bizə kifayət
edir, sənin əlindəkinə ehtiyacımız yoxdur”.
Əli (ə) qayıdıb evinə getdi.
Yaşlı səhabənin iddia etdiyi ləqəblərə qarşı dəlillərin
göstəriləmsi
Səhhakın oğlu yaşlı səhabəyə dedi: “Əlinin yanına adam göndər ki, beyət
eləsin. O beyət eləmədikcə biz rahat ola bilmərik. Əgər beyət eləsə,
amanda
olacağıq.
Yaşlı səhabə adam göndərib dedi: “Peyğəmbər xəlifəsinə beyət et”. Elçi
gəlib bunu Əliyə (ə) dedi. Əli (ə) buyurdu: “Sübhanallah! Peyğəmbərin (s)
adına nə tez yalan uydurdunuz! Həqiqətən də o və onun ətrafındakılar bilirlər
ki, Allah və rəsulu məndən başqasını xəlifə təyin eləməyib”. Elçi qayıdıb
deyilənləri onlara söylədi.
Dedi: “Get və de: “Əmirəl-möminin olan yaşlı səhabəyə beyət et!” Elçi
gəlib onun dediklərini xəbər verdikdə Əli (ə) belə buyurdu: “Sübhanallah!
Əhdinizi nə tez unutdunuz?! Allaha and olsun ki, bu ünvan (Əmirəl-möminin)
yalnız mənim barədə həqiqətdir. Peyğəmbər (s)
ona əmr etmişdi ki, mənə
Əmirəl-möminin deyib salam versinlər. O, həmin vaxt yeddi nəfərdən yed-
dincisi idi. O və yeddi nəfərin arasında olan dostu Səhhakın oğlu həmin za-
man Peyğəmbərdən (s) soruşmuşdular: “Bu, Allahdan
və rəsulundan gələn bir
həqiqətdir?” Peyğəmbər də (s) onlara belə cavab vermişdi: “Bəli, həqiqətən,
həqiqətən də Allahdan və rəsulundan gələn bir haqdır ki, o (Əli) möminlərin
əmiri, müsəlmanların ağası, üzüağların bayraqdarıdır. Qiyamət
günü Allah onu
Siratın üzərində oturtacaq, dostlarını cənnətə, düşmənlərini isə cəhənnəmə da-
xil edəcək”.
Elçi qayıdıb onun söylədiklərini xəbər verdi. Cavabı
eşidib həmin günü
artıq susdular.
1
“Əraf” surəsi, 172-ci ayəyə işarədir.