Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali Aban ilə tanışlığı və kitabı ona verməsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə10/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   6   7   8   9   10   11   12   13   ...   410
AliMuhemmedin sirleri

12
Suleym ibn Qeys Hilali
Aban ilə tanışlığı və kitabı ona verməsi
Süleym gəldiyi bu şəhərdə Aban adında on dörd yaşlı bir gənclə tanış oldu. 
Əlbəttə Aban ilə aralarındakı bu tanışlığın səbəbi bizə məlum deyil. Qohumu, 
dostu və ya təsadüfü tanışı olduğunu bilmirik. Amma hər halda, sahib olduğu-
muz məlumat  Süleymin Aban ibn Əbu Əyyaşın atasının evində qalmasıdır.
Süleym böyük əmanətini və ömrünün meyvəsini yaxşı qoruyacaq və onu 
sağlam şəkildə gələcək nəsillərə çatdıracaq etibarlı, qəlbi mətin və İmam Əlinin 
(ə) vilayətinə bağlı bir şəxs axtarırdı. Bu səbəblə Abanın tərbiyəsilə  şəxsən 
məşğul olur və mövcud şərait haqqında onu məlumatlandırırdı. Aban Süleym 
haqqında belə deyir: “O, ibadət əhli yaşlı bir adam idi, nurlu üzü vardı. Çox 
çalışqan və böyük bir ruha sahib idi”.
Süleym isə Aban haqqında belə deyir: “Mənim səninlə dostluğum var və 
mən səndə sevdiyim şeylərdən başqa bir şey görmədim”.
Nəticədə Süleym kitabını təhvil verəcəyi adamın Aban olduğuna qərar verir 
və ölümündən əvvəl kitabı ona miras buraxır. Süleym kitabı verməzdən əvvəl 
Abanı  əqidə  və  əmanətdarlıq baxımından imtahan edir. Abana üç şərt qoyur 
və bu şərtlər barədə ona Allahı şahid tutur: Süleym həyatda olduğu müddətdə 
kitabdan və onda yazılan mövzulardan heç kimə söz açmayacaq; Süleymin 
ölümündən sonra da kitabdan və onda yazılan mövzulardan Əhli-Beyt (ə) 
şiələrindən etibarlı şəxslərdən başqa heç kimə söz deməyəcək; öz ölümündən 
əvvəl kitabı  Əhli-Beyt (ə)  şiələrindən möhkəm  əqidəyə  və etibara sahib bir 
nəfərə təhvil verəcək.
Sonra kitabı qaranlıq mövzu qalmaması üçün Abana oxudu və Aban da 
diqqətlə dinlədi. Bu mərhələlərdən sonra Süleym kitabını Abana təslim etdi.
Süleym hicrətin 76-cı ilinin sonlarında 78 yaşında bir fars şəhəri olan 
Novbəndəcanda həyata vida etdi. Böyük ehtimalla həmin şəhərdə torpağa tap-
şırıldı.
O, ömrünün altmış ildən çoxunu Əhli-Beytin (ə) vilayətini yaşatmaq yo-
lunda fəda etdiyi halda mövlalarına qovuşmaq üçün tələsirdi və bu kitabı böyük 
bir xatirə olaraq özündən sonra bizə qoydu.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin