Ali-Muhammedin sirleri indd


Nə üçün İmam Əli (ə) Səqifə hadisəsində qılıncına əl



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə105/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   101   102   103   104   105   106   107   108   ...   410
AliMuhemmedin sirleri

Nə üçün İmam Əli (ə) Səqifə hadisəsində qılıncına əl 
atmadı?
Əşəs ibn Qeys bu sözlərdən qəzəbli halda dedi: “Ey Əbu Talibin oğlu! 
Teym ibn Mərrənin və Udey ibn Kəbin qəbilələrinin qardaşlarına (Yaşlı səhabə 
və Səhhakın oğlu) və o ikisindən sonrada Bəni-Üməyyənin övladına (Əffanın 
oğlu) beyət edildikdə savaşıb qılıncınla zərbə endirməyinə nə mane oldu? Sən 
İraqdan qayıtdığından bəri bizə xütbə söyləmədin. Minbərindən düşərkən belə 
dedin: “Allaha and olsun, mən camaata öz canlarından daha övlayam. Allah 
Muhəmmədi yanına apardığı gündən bəri zülmə məruz qalıb, alçaldıldım”. Öz 
məzlumluğun üçün qılınca əl atmağına nə mane oldu?!”
Əli (ə) dedi: “Ey Qeysin oğlu! Sözünü söylədin. Elə isə cavabını dinlə! 
Rəbbimə qovuşmaqdan məni çəkindirən səbəb nə qorxu, nə  də bu görü-
şü bəyənməməkdir. Həmçinin Allahın qatındakıların mənim üçün dünya və 
axirətdə olanlardan daha xeyirli olduğunu bilməmiş də deyiləm. Mənə mane 
olan şey Peyğəmbərin (s) əmri və mənimlə olan əhdidir. 
Peyğəmbər (s) ondan sonra ümmətin mənə edəcəklərini xəbər verdi. On-
ların etdiklərini gördükdə nə əvvəlki elmim, nə də yəqinim artmadı. Əksinə, 


Ali-Muhəmmədin sirləri
79
mənim Peyğəmbərin (s) sözlərinə yəqinim gözlərimlə gördüklərimdən və mü-
şa hidə etdiklərindən daha çox idi. Peyğəmbərə (s) dedim: “Ya Peyğəmbər! 
Bunlar baş verdikdə mən nə edim?” Buyurdu: “Əgər yardımın olsa onlara qarşı 
çıx və savaş. Əgər yardım tapa bilməsən Allahın dinini, kitabını və mənim sün-
nəmi ayağa qaldırmaq üçün yardım tapana qədər əlini dinc saxla və canını qoru.
Peyğəmbər (s) mənə ümmətin məni alçaldacağını, başqasına beyət edib 
məndən başqasına itaət edəcəyini xəbər verib.
Peyğəmbər (s) mənə ona nisbətimin Harunun Musaya olan nisbəti kimi 
olduğunu, ondan dərhal sonra bu ümmətin bir dəstəsinin Harunla tərəfdarlarına 
və bir hissəsinin də buzovun tərəfdarlarına çevriləcəklərini bildirdi. Musa qar-
daşına dedi: “Ya Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin