Ali-Muhammedin sirleri indd


Bəni-Abbas dövləti barədə xəbərlər



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə355/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   351   352   353   354   355   356   357   358   ...   410
AliMuhemmedin sirleri

Bəni-Abbas dövləti barədə xəbərlər
Ey İbn Abbas! Həsən Kufədən bir neçə mindən
1
 1 nəfər əskik adamla ya-
nına gələcək.
Ey İbn Abbas! Bəni-Üməyyənin hakimiyyəti bitdikdə ilk Bəni-Haşimdən 
hakimiyyətə  gələcək ilk şəxs sənin övladlarındır. Onlar bəzi etdiklərini 
edəcəklər”.
İbn Abbas deyir: “O kitabın bir nüsxəsi mənim olsaydı, bu mənim üçün 
üzərinə günəş doğan hər şeydən daha sevimli olardı”.
1
 Bu kitabın 30-cu hədisinə müraciət et.


260
Suleym ibn Qeys Hilali
HƏDİS 67
Cəməl savaşından sonra Əmirəl-mömininin (ə) Bəsrədəki 
xütbəsi
Süleym dedi: “Cəməl savaşında qələbə çaldıqdan sonra Əlinin (ə) Ziyad 
ibn Ubeydin evinə getdiyinin şahid oldum. Ev Peyğəmbərin səhabələrilə dolu 
idi. Onların arasında Əmmar, Əbu Heysəm ibn Teyhan, Əbu Əyyub və yetmiş 
nəfərə yaxın Bədr əhli də vardı. Evə sığışmayanlar isə həyətində toplaşmışdılar. 
Həmin vaxt bir kişi İmamın (ə) Şamdakı şiələrindən birinin məktubunu gətirdi: 
“Müaviyə camaatı döyüşə  və Osmanın qanının intiqamına çağırır. Onları bu 
sözlərlə təşviq edir: “Həqiqətən Əli Osmanı öldürdü və qatillərini himayə etdi. 
O,  Əbu Bəkr və Ömər haqqında tənəli sözlər danışır, özünün Peyğəmbərin 
xəlifəsi olduğunu və xəlifəliyə onlardan daha çox haqq sahibi olduğunu iddia 
edir”. Bu sözlərdən avam camaat və Quran əhli hiddətləndilər və onlardan az 
bir dəstə istisna olmaqla hamısı Müaviyənin ətrafında toplaşıblar”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin